Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1383/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, məhkəmə katibi X6, iddiaçının nümayəndəsi X5, cavabdeh X20 nümayəndəsi X10 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Sabirabad Regional X9 cavabdehlər X21 və "xxxx" X12 MMCinə (MMC) qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X16 Təsərrüfatı Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X16 X4 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında X20 direktoru tərəfindən Saatlı rayon Qaracalar kənd sakini X2 qeyri-qanuni icarəyə verilmiş ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq X16 Təsərrüfatı Mərkəzinə təhvil verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh X20 direktoru Cavabdeh1 əsl cavabdeh X23 ilə, cavabdeh X1 əsl cavabdeh "xxxx" X12 MMC ilə əvəz edilməsini xahiş etmiş, torpaq sahəsinin 45 ha torpaq sahəsi kimi qeyd edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdeh X20 direktoru Cavabdeh1 əsl cavabdeh X23 ilə, cavabdeh X3 əsl cavabdeh "xxxx" X12 MMC ilə əvəz etmiş və iddia ərizəsində göstərilən Saatlı meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən torpaq sahəsini 45 ha torpaq sahəsi kimi qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X16 X4 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən 45 hektar torpaq sahəsini X13suz zəbt edərək onu "xxxx" X12 MMC-nin istifadəsinə vermişdir. Sabirabad Regional X9 əməkdaşları tərəfindən həmin sahədə yoxlama aparılarkən həmin 45 hektar torpaq sahəsinin 9 ha hissəsində pambıq, 8 ha hissəsində bostan bitkiləri, 13 ha hissəsində taxıl, 5 ha hissəsində yonca əkildiyi, 10 ha sahənin isə suvarma kanalları, əlaqələndirici yollar və kollarla əhatə olunduğu məlum olmuşdur. Fakt əsasında Sabirabad Regional X9 əməkdaşlarının iştirakları ilə 13 may 2022-ci il tarixdə müvafiq akt tərtib edilərək ərazinin koordinatları, xəritədən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. X23 tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması tələb edilsə də, dövlət meşə fonduna aid torpaq sahəsi boşaldılmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh X20 nümayəndəsi X14 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, torpaqdan istifadə hüququna aid 002885 saylı dövlət aktı və AN 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında X20 (əvvəlki adı Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbi) istifadəsinə ümumilikdə 116 hektar torpaq sahəsi verilmişdir. 2021-ci il tarixli birgə istifadə haqqında müqavilə ilə həmin torpaq sahəsinin 32 hektar sahəsi 30 oktyabr 2021-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək "xxxx" X12 MMC-nin istifadəsinə verilmişdir. İddiaçının mübahisələndirdiyi torpaq sahəsi meşə fonduna deyil, X21 məxsus ümumilikdə 116 hektar torpaq sahəsinə aiddir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" X12 MMC-nin nümayəndəsi iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Sabirabad Regional X9 cavabdehlər X21 və "xxxx" X12 MMC-yə qarşı Saatlı rayonu Potubəyli kəndi ərazisində yerləşən, X16 X4 meşəbəyliyinin 2 saylı meşə dolayının 18-ci kvartalında yerləşən X23 tərəfindən zəbt olunmuş və Xəqani” X12 MMC-yə qeyriqanuni icarəyə verilmiş 45 ha torpaq ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq X16 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı X16 Təsərrüfatı Mərkəzi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur. Şikayətə görə, məhkəmənin mütəxəssis rəylərini mötəbər sübut kimi qəbul etməsinə baxmayaraq, məhkəmə mübahisələndirilən qətnamədə sübutlara düzgün qiymət verməyərək qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə formal mülahizələrə əsaslanaraq iddianı əsassız olaraq rədd etmişdir. Halbuki cavabdeh tərəfindən zəbt edilmiş meşə fonduna məxsus olan torpaq sahəsi mütəxəssis və ekspert rəyi ilə öz təsdiqini tapır. İzahatlar P r o s e s s u a l m ə s əl ə l ə r Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Vüsal Fərəcov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında, nümayəndə iş üzrə ekspert rəyi ilə qeyd olunan sahənin meşə təsərrüfatı ərazisi olduğunu bildirmişdir. Cavabdeh X20 nümayəndəsi Qalib Mirzəyev apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatında, nümayəndə bildirmişdir ki, iddia edilən həmin ərazi məktəbin əmlakıdır. Sənədlər üst -üstə düşməyə bilər. Cavabdeh "xxxx" X12 MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya işə, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı balansında olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edildiyini iddia etməklə, cavabdehlərin çıxarılmasını, torpaq sahəsinin təhvil verilməsini xahiş etmişdir. İşin aşağıdakı faktiki halları müəyyən edilmişdir: 13 may 2022-ci il tarixli 002623 saylı akta görə Sabirabad Regional X9 2 saylı meşə dolayının xəritəsinə uyğun olaraq, Saatlı meşəbəylinin 2 saylı meşə dolayının 18-ci kvartalına X16 Təsərrüfatı Mərkəzi tərəfindən baxış keçirilmiş, baxış zamanı ərazinin 35 hektarında əkin olduğu aşkar edilmişdir. Meşə gözətçisinin verdiyi məlumata görə əkinlər Peşə liseyinin təlim və tədris məqsədi üçün nəzərdə tutulmuşdur. Peşə liseyinin direktoru Cavabdeh1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılarkən o, Peşə liseyinin təlim və tədris üçün əkdiyi ərazinin meşə fonduna məxsus olmadığını bildirmişdir. Əraziyə keçirilən təkrar baxış zamanı 45 hektar ərazinin əkin altında olan 35 hektarında 9 ha pambıq, 8 ha bostan, 13 ha taxıl, 5 ha yonca əkildiyi, 10 hektar isə meşə ağacları, suvarma kanalları, əlaqələndirici yollar və kollarla əhatə olunduğu məlum olmuş, özünü Saatlı rayonu Qaracalar kənd sakini kimi təqdim edən X8 əraziyə baxış keçirən zaman əraziyə gələrək X23 ilə 1 illik müqavilə əsasında 32 ha əkin əkdiyini bildirmişdir. 2021-ci ilin oktyabr ayında imzalanmış birgə istifadə haqqında müqavilədən görünür ki, X20 direktoru Cavabdeh1 X21 məxsus Saatlı rayonu Potubəyli kənd vahidliyində yerləşən 32 hektar torpaq sahəsini 30 oktyabr 2021-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək "xxxx" X12 MMC-nin istifadəsinə vermiş, istifadəçi isə hektarı 300 manat olmaqla, ümumilikdə 9600 manat vəsaiti 2022-ci ilin 1-ci və 2-ci rübü ərzində istifadəyə verənin hesabına köçürməyi öhdəsinə götürmüşdür. 002885 saylı torpaqdan istifadə hüququna aid dövlət aktına görə, 1984-cü ildə Azərbaycan SSR Saatlı rayon X18 İcraiyyə Komitəsi tərəfindən Saatlı rayonu 109 nömrəli kənd orta texniki peşə məktəbinin istifadəsinə kənd təsərrüfatı istehsalı üçün pulsuz və müddətsiz olaraq 120 hektar torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 732673 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə görə, X20 istifadəsində Saatlı rayonu Potubəyli kəndi yaxınlığında yerləşən sənəd üzrə sahəsi 116 hektar, faktiki sahəsi 107,711 hektar olan torpaq sahəsi vardır. Hazırki tələbində iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən iddia vermişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1ci bəndində əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci bəndinə əsasən özbaşına tutulmuş, zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların da sökülməsi daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçının tələbinin təmin edilməsi üçün, o, iddia etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni istifadəçisi) olmalı, torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində olmalı, cavabdeh həmin əmlakı qaytarmaqdan imtina etməlidir. İddianın təmin edilməsi şərtlərindən biri ondan ibarətdir ki, iddiaçının iddia etdiyi sahənin məhz cavabdehin sahibliyində olan ərazidə yerləşdiyi sübut edilməlidir. Mübahisəli sahəsinin iddiaçının qanuni istifadəçisi (sahibi) olduğu, həmin sahədən cavabdehin istifadəsinin qanunsuz olduğu müəyyən edildiyi halda iddia əsaslı hesab edilərək təmin edilməlidir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin çıxarılmasını tələb etdiyi ərazi meşə fonduna aid torpaq sahələridir. İddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilmiş, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 15 fevral 2023- cü il tarixli 3-21-3-38/2-344/23 saylı mütəxəssis rəyinə uyğun olaraq verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2023-cü il tarixli, 10/2591 nömrəli rəyinə görə, iddiaçı X16 Təsərrüfatı Mərkəzi tərəfindən iddia edilən və cavabdehlərin faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi 37.0 ha müəyyən edildi. Müəyyən edilən 37.0 ha torpaq sahəsinin 35.0 hektarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində mülkiyyət növü- Dövlət, kateqoriyası- meşə fondu torpaqları kimi qeyd edilən və X20 istifadəsinə verilən 107,711 ha torpaq sahəsinin hüdudları daxilindədir. Müəyyən edilən 37.0 ha mübahisəli torpaq sahəsi Elektron Kadastr məlumat bazasında 28,58 hektarı Dövlət mülkiyyətində saxlanılan meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsi, 8,42 hektarı isə dövlət mülkiyyətində saxlanılan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi kimi qeyd edilmişdir. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən iş üzrə məhkəmə mühəndis texniki ekspertizasının rəyi ilə iddia edilən torpaq sahəsininin cavabdehlər qanunsuz sahibliyində olmadığı müəyyən edilir. Cavabdehlərin sahibliyi qanunsuz deyil. Belə ki, torpaq sahəsinin planı və ölçüsü sənədinə görə, X20 istifadəsində Saatlı rayonu Potubəyli kəndi yaxınlığında yerləşən sənəd üzrə sahəsi 116 hektar, faktiki sahəsi 107,711 hektar olan torpaq sahəsi vardır. Həmin sahənin mübahisələndirilən ərazidə müəyyən edilən 37.0 ha torpaq sahəsinin 35.0 hektarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AN 732673 saylı “Torpaq sahəsinin planı və ölçüsü”sənədində mülkiyyət növü- Dövlət, kateqoriyası- meşə fondu torpaqları kimi qeyd edilən və X20 istifadəsinə verilən 107,711 ha torpaq sahəsinin hüdudları daxilindədir. Həmin sahə Peşə liseyinin adına qeydə alınmışdır. Həmin sənədin həqiqiliyi prezumsiyası vardır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə halda iddia təmin edilməməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, doğru qənaətə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Sabirabad Regional X9 apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(055)-17/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1383/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1383/2023
12.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver