Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-19/2023 27.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı1, iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı2, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh9, Ağayeva (Cəfərova) Zəminə Qalaş qızının, Cavabdeh8 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Saatlı şəhərində yerləşən 1.50 ha həyətyanı torpaq sahəsindən iddiaçılar X1 payına düşən 0.20 ha hissəsinin, İddiaçı2 payına düşən 0.20 ha hissəsinin və İddiaçı3 payına düşən 0.16666667 ha hissəsinin naturada ayrılaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi Cavabdeh4 0.2 ha, İddiaçı2 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, Cavabdeh2 0.2 ha, İddiaçı3 0.16666667 ha, Cavabdeh5 0.16666667 ha, Cavabdeh6 0.03333333 ha, Cavabdeh8 0.03333333 ha, Cavabdeh7 0.03333333 ha, Cavabdeh1 0.03333333 ha, Cavabdeh9 0.03333333 ha və İddiaçı1 0.2 ha olmaqla ümumi paylı mülkiyyətdədir. Hazırda həmin torpaq sahəsinin şəxsi istifadələri üçün naturada bölünməsini istəyirlər. Bununla bağlı torpaq mülkiyyətçiləri arasında mübahisə mövcud olduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı2 İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahatında göstərdi ki,Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi Cavabdeh4 0.2 ha, İddiaçı2 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, Cavabdeh2 0.2 ha, İddiaçı3 0.16666667 ha, Cavabdeh5 0.16666667 ha, Cavabdeh6 0.03333333 ha, Cavabdeh8 0.03333333 ha, Cavabdeh7 0.03333333 ha, Cavabdeh1 0.03333333 ha, Cavabdeh9 0.03333333 ha və İddiaçı1 0.2 ha olmaqla ümumi paylı mülkiyyətdədir. Hazırda həmin torpaq sahəsinin paylara uyğun naturada bölünməsinə etirazı yoxdur. Məhkəmə baxışı zamanı cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh9, Ağayeva (Cəfərova) Zəminə Qalaş qızı və Cavabdeh8 Cavabdeh2la eyniməzmunlu izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh7 və Cavabdeh1 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi Cavabdeh4 0.2 ha, İddiaçı2 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, Cavabdeh2 0.2 ha, İddiaçı3 0.16666667 ha, Cavabdeh5 0.16666667 ha, Cavabdeh6 0.03333333 ha, Cavabdeh8 0.03333333 ha, Cavabdeh7 0.03333333 ha, Cavabdeh1 0.03333333 ha, Cavabdeh9 0.03333333 ha və İddiaçı1 0.2 ha olmaqla paylı mülkiyyətdədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7243 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsinin naturada istifadə etdikləri faktiki sahəsi 1.108 ha olduğundan Cavabdeh4 0.2 ha, İddiaçı2 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, Cavabdeh2 0.2 ha, İddiaçı3 0.16666667 ha, Cavabdeh5 0.16666667 ha, Cavabdeh6 0.03333333 ha, Cavabdeh8 0.03333333 ha, Cavabdeh7 0.03333333 ha, Cavabdeh1 0.03333333 ha, Cavabdeh9 0.03333333 ha və İddiaçı1 0.2 ha olmaqla təcrid olunmuş şəkildə naturada bölgüsü mümkün deyil. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********85 olan çıxarışa əsasən Saatlı rayonu, Musalı kəndində yerləşən, sahəsi 1.50 ha olan torpaq sahəsi Cavabdeh4 0.2 ha, İddiaçı2 0.2 ha, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızına 0.2 ha, Cavabdeh2 0.2 ha, İddiaçı3 0.16666667 ha, Cavabdeh5 0.16666667 ha, Cavabdeh6 0.03333333 ha, Cavabdeh8 0.03333333 ha, Cavabdeh7 0.03333333 ha, Cavabdeh1 0.03333333 ha, Cavabdeh9 0.03333333 ha və İddiaçı1 0.2 ha olmaqla paylı mülkiyyətdədir. İddiaçılar ümumi paylı mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiklərindən torpaq sahəsindən paylarıının naturada ayrılmasını tələb edirlər. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7243 nömrəli ekspert rəyindən görünür ki, çıxarışa əsasən sahəsi 1.50 ha olan torpaq sahəsi faktiki olaraq çıxarışda göstəriləndən az, yəni 1.108 ha olduğundan payçıların payına uyğun şəkildə naturada bölgü aparılması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc 100 manat təşkil etmiş və həmin xərc İddiaçı1 tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 07 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7283 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 100 manat ödənilmiş dövlət rüsumu və100 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı1 aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-19/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 27 dekabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı1, iddiaçı və İddiaçı3 nümayəndəsi İddiaçı2, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh9, Ağayeva (Cəfərova) Zəminə Qalaş qızının, Cavabdeh8 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı torpaq sahəsinin naturada ayrılmasıtələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4,Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Ağayeva(Cəfərova) Zəminə Qalaş qızı, Cavabdeh8, Cavabdeh1 və Cavabdeh9 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-19/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-19/2023
27.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver