Məhkəmə qərarları › İş №2(055)-192/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-192/2023

14.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-192/2023 14.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Qasımova (Əsgərova) Gülanə Seyfulla qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payın ayrılması barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə onun və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 2.80 ha torpaq sahəsindən payların ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə onun və cavabdehin mülkiyyətlərinə 2.80 ha pay torpaq sahəsi verilmiş, bu barədə onlara JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Ümumi birgə mülkiyyətdəki paylarını birgə idarə edə bilmədiklərindən həmin payın ayrılması zərurəti yaranmışdır. Lakin bunu qarşılıqlı razılıqla edə bilmirlər. Mülkiyyətdə olan əmlaklara dair sənədlər ümumi olduğundan və həmin əmlaklarda olan payının müəyyənləşdirilməməsi səbəbindən tam müstəqil olaraq həmin əmlaklarına sərəncam vermək hüququndan məhrum olmuşlar. Cavabdehlər ona lazımi şərait yaratmadığı üçün o həmin torpaq sahəsinin özünə aid olan hissəsindən istifadə edə bilmir. O, həmin torpaq sahələrinin payına düşən hissənin müəyyən edilib ayrılması üçün DƏDRX-in 13 saylı ərazi idarəsinə müraciət etsə də, cavabdehlərlə aralarında olan narazılığa görə məhkəməyə müraciət olunması iddiaçıya izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 3 saylı qərarı ilə yeddi nəfər ailə üzvlərinin mülkiyyətlərinə 2.80 ha pay torpaq sahəsi verilmiş, bu barədə onlara JN- 507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Hazırda dövlət aktında göstərilən torpaq sahəsindən payların ayrılmasına razıdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı iddianı qəbul edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 3 saylı qərarı ilə yeddi nəfər ailə üzvlərinin mülkiyyətlərinə 2.80 ha pay torpaq sahəsi verilmiş, bu barədə onlara JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Hazırda dövlət aktında göstərilən torpaq sahəsindən payların ayrılmasına razıdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh4 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktınının surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı əsasən Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 2.80 ha torpaq sahəsi verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı, Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə 2.80 ha torpaq sahəsi verilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin cavabdehlərin istifadəsində olması və iddiaçı ilə cavabdehlər arasında narazılığın olması səbəbindən iddiaçı həmin torpaq sahəsinin payına düşən hissəsindən istifadə edə bilmir. Ona görə də, iddiaçı payına düşən torpaq sahəsinin ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia təmin edilməli, Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 2.80 ha torpaq sahəsi bölünməli, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 hər birinin payı (2.80 ha:5(“Dövlət Aktı üzrə olan şəxslərin sayı)= 0.56 ha (hər bir nəfərə düşən pay)) 0.56 ha müəyyənləşdirilməli, paylarına düşən hissədə mülkiyyət hüquqları tanınmalı və bu barədə müvafiq dövlət orqanında qeydiyyat aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə JN-507, KOD 90800038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 və İddiaçı ümumi birgə mülkiyyətlərinə verilmiş 2.80 ha torpaq sahəsi bölünsün. İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qasımova (Əsgərova) Gülanə Seyfulla qızı və Cavabdeh4 hər birinin payı (2.80 ha:5(“Dövlət Aktı üzrə olan şəxslərin sayı)= 0.56 ha (hər bir nəfərə düşən pay)) 0.56 ha müəyyənləşdirilsin və paylarına düşən hissədə mülkiyyət hüquqları tanınsın. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar