Məhkəmə qərarları › İş №2(055)-226/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-226/2025

16.01.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-226/2025 16.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikasi Saatli Rayonunun Məzrəli Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 81,53 manat, İcbari Tibbi Sığorta Fonduna 1140,44 manat, dövlət büdcəsinə 27 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 27 manat), Dövlət Sosial Müdafiə Fonduna 2582,46 manat olmaqla, ümumilikdə 3804,7 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********904500, xx.xx.2024-cü il tarixli **********903800, xx.xx.2022-ci il tarixli **********121800, xx.xx.2024-cü il tarixli **********905200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq tərəfləin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, digər qeyri-kommersiya təşkilatı olan Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədri Maraqlı şəxsdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxsin Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədri haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Saatlı rayon Naharlı kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsi hesab vərəqəsindən və vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Saatlı rayonu Məzrəli bələdiyyəsinin dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır və həmin borcun ödənilməsi ondan tələb olunmuşdur. Məhkəmə, ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədrinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Saatlı rayonu Məzrəli bələdiyyəsinin dövlət büdcəsinə 3804.7 manat vergi borcu olduğundan və Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədri Maraqlı şəxs Saatlı rayon Naharlı kəndində yaşadığından, ərizəçi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilərək İcra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. Saatlı rayon Məzrəli Bələdiyyəsinin sədri xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar