Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-243/2024 14.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək məhkəmə proseslərinə cəlb olunduğu üçün dəymiş ziyana görə 1000 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun cavabdehdən alınıb ona verilməsi və cavabdehin ondan üzr istəməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək İddiaçı 7000 manat pulun, habelə 100 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 7130 manat pulun alınaraq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı 24 mart 2016-cı il tarixdə 25 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 3500 manat və 30 avqust 2016-cı il tarixdə 2018-ci ilin noyabr ayında qaytarmaq şərti ilə 3500 manat borc pul vermiş və bu barədə İddiaçı qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Lakin Mübariz üzərinə götürdüyü öhdəliyi pozaraq həmin 7000 manat məbləğində borcu ona qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir”. Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi iddia təmin edilərək İddiaçı 7000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin, cəmi 7130 (yeddi min yüz otuz) manatın tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, X1 iddiaçıya qarşı qaldırmış olduğu iddia tələbinin əsassızlığı, yəni İddiaçı Cavabdeh borclu olmaması Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları ilə bir daha təsdiq olunmuşdur. Buradan da görünür ki, hazırki İddiaçı Cavabdeh əsassız iddia tələbi ilə əlaqədar məhkəmə mübahisələrinə cəlb olunmuş, el-oba içərisində borc alıb-qaytarmayan şəxs kimi tanınmış, maddi və mənəvi zərərə məruz qalmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçı həqiqətən də, 24 mart 2016-cı il tarixdə 25 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 3500 manat və 30 avqust 2016cı il tarixdə 2018-ci ilin noyabr ayında qaytarmaq şərti ilə 3500 manat ondan borc pul almışdır. Onun iddia tələbi hüquqi baxımdan yetərli sübutlar olmadığına görə rədd olunmuşdur. Bir daha bildirir ki, o, iddiaçıya böhtan atmamış, onun əzab və sarsıntı keçirməsinə səbəb olmamışdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(055)- 18/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək cavabdehdən 7000 manatın, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin, cəmi 7130 (yeddi min yüz otuz) manatın tutulub Cavabdeh verilməsi qət edilmişdir İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2020-ci il tarixli 2(106)-1028/2020 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli 2(055)- 18/2020 saylı qətnaməsinin ləğv edilərək iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli 2(102)-133/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2020-ci il tarixli 2(106)-1028/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 4.1-4.2-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələblərindən göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusunun olması üçün birincisi, cavabdehin əməli hüquqa zidd əməl olmalıdır. ikincisi, cavabdehin əməli təqsirli əməl olmalıdır. Üçüncüsü, cavabdehin əməli iddiaçıya zərər vurulmasına gətirib çıxartmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh Nuriyev X2 Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarına əsaslanaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edib İddiaçı qarşı Saatlı Rayon Məhkəmsində iddia qaldırmış, Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi iddia təmin edilərək İddiaçı 7000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin, cəmi 7130 manatın tutulub Cavabdeh verilməsi qət edilmiş, İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilib iddia rədd edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hər bir vətəndaş kimi cavabdeh də qanunvericilik çərçivəsində ona verilmiş hüquqlarından istifadə edərək məhkəməyə müraciət etmişdir. Cavabdehin iddiasının rədd olunmasına görə hazırki halda iddiaçıya maddi və mənəvi zərər vurulması nəticəsinə gəlinməsinə əsaslar mövcud deyil. İddiaçı da ona zərər dəyməsini, bununla əlaqədar mənəvi əzab və sarsıntı keçirməsini sübut edə bilməmişdir. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 13-cü maddəsinə görə bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov İş № 2(055)-243/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 14 mart 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-243/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-243/2024
14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver