Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-25/2025 14.07.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və X1 iştirakı ilə, İddiaçı Suvarğa oğlunun cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Suvarğa oğlu cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0,04 sot torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Daha sonra İddiaçı Suvarğa oğlu məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0,042 sot torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı Suvarğa oğlu iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsinin 0.042 ha onun mülkiyyətindədir. Həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmədiyindən hazırda həmin torpaq sahəsinin naturada bölünməsini istəyir. Ekspert rəyi ilə də həmin torpaq sahələrinin onun payına düşən hissəsinin naturada bölünməsinin mümkün olması təsdiq olunmuşdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ümumi birgə mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsinin 0.042 ha İddiaçı Suvarğa oğlunun mülkiyyətindədir. Həmin torpaq sahəsinin naturada bölünməsinə və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz edir. Məhkəmə baxışı zamanı digər cavabdehlər X4 və Cavabdeh3 Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddianın təmin edilməsinə etiraz etdiklərini bildirdilər. İşdə olan JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməndan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 may 2025-ci il tarixli, 10/1498 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN- 140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsindən İddiaçı Suvarğa oğlunun payına düşən 0.042 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür. Məhkəmə işdə iştirak edən şəxsləri izahatının dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Qəhrəmanov X7 Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsindən payına düşən 0.042 ha sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən payının naturada ayrılmasını tələb edir. Hal-hazırda bütün mülkiyyətçilərdən yalnız iddiaçı torpaq sahəsinin qanun bölüşdürülməsinə razı olsa da, cavabdehlər payların müəyyən olunmasına razı deyildir.Həmçinin iddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun, X2, Cavabdeh1, X3 və Cavabdeh3 arasında bərabər şəkildə bölünməli, onların hər birinin 1/5 payı müəyyənləşdirilməli, İddiaçı Suvarğa oğlunun payına düşən 1/5 hissə mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan yaşıl cizgiylə göstərilmiş qaydada təcrid olunmuş şəkildə naturada bölünməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Suvarğa oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.21 ha torpaq sahəsi İddiaçı Suvarğa oğlunun, X2, Cavabdeh1, X3 və Cavabdeh3 arasında bərabər şəkildə bölünməli, onların hər birinin 1/5 payı müəyyənləşdirilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1998-ci il tarixli, 04 saylı qərarına əsasən JN-140A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0.21 ha torpaq sahəsininn İddiaçı Suvarğa oğlunun payına düşən 1/5 hissə mütəxəssis tərəfindən tərtib edilmiş yerqurulu planında əks olunan yaşıl cizgiylə göstərilmiş qaydada təcrid olunmuş şəkildə naturada bölünsün. İddiaçı Suvarğa oğlunun ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 (bir yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3dan müştərək qaydada alınaraq İddiaçı Suvarğa oğlunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3dan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-25/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-25/2025
14.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver