Məhkəmə qərarları › İş №2(055)-3/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-3/2024

12.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-3/2024 12.03.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katbi X1, İddiaçı nümayəndəsi Həsənov Güloğlan Üzbaşı oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Saatlı şəhərində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsinin onun payına düşən 0.13 hektarının naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışa əsasən Saatlı şəhərində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsindən onun payına düşən 1300 kv.m torpaq sahəsinin 1130 kv.m hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Həsənov Güloğlan Üzbaşı oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, 25 iyul 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Saatlı şəhərində yerləşən sahəsi 0.39 hektar olan torpaq sahəsi Həsənova (Xankişiyeva) Ziyarət Mirhadı qızına 0.13 ha, Cavabdeh1 0.13 ha, Qədirova (Xankişiyeva) Sərfinaz Mirhadı qızına 0.0325 ha, Hüseynova (Xankişiyeva) Sərvanə Mirhadı qızına 0.0325 ha, Cavabdeh4 0.0325 ha və Cavabdeh5 0.0325 ha olmaqla ümumi paylı mülkiyyətə verilmişdir. İddiaçı cavabdehlərin təqsiri üzündən payına düşən torpaq sahəsindən istifadə edə bilmir. Hazırda iddiaçı həmin torpaq sahəsindən payına düşən 1300 kv.m torpaq sahəsinin 1130 kv.m hissəsinin natura bölünməsini istəyir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı çıxarışın surətindən görünür ki, Saatlı şəhəri ərazisində yerləşən, sahəsi 0.39 hektar olan torpaq sahəsi Həsənova (Xankişiyeva) Ziyarət Mirhadı qızına 0.13 ha, Cavabdeh1 0.13 ha, Qədirova (Xankişiyeva) Sərfinaz Mirhadı qızına 0.0325 ha, Hüseynova (Xankişiyeva) Sərvanə Mirhadı qızına 0.0325 ha, Cavabdeh4 0.0325 ha və Cavabdeh5 0.0325 ha olmaqla ümumi paylı mülkiyyətə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2024-cü il tarixli, 10/9066 nömrəli ekspert rəyindən görünür ki, 25 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Saatlı şəhərində yerləşən sahəsi 0.39 hektar olan torpaq sahəsinin İddiaçı məxsus 0.13 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkün deyil. Ona görə ki, Cavabdeh1 0.13 ha və Qədirova (Xankişiyeva) Sərfinaz Mirhadı qızına 0.0325 ha torpaq sahəsi bir tərəfdən ayrılaraq verilmişdir. Lakin yerdə qalan 0.2275 ha torpaq sahəsi üzərində digər şəxsə və ya şəxslərə aid fərdi yaşayış evi və yardımçı tikililər mövcud olduğundan İddiaçı aid 0.13 ha torpaq sahəsinin hansı hissədən ayrılması mütəxəssisin səlahiyyətinə aid deyildir. İşdə olan torpaq sahəsinə baxış keçirilməsi haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı çıxarışa əsasən Saatlı şəhərində yerləşən, paylı mülkiyyətdə olmaqla ümumi sahəsi 0.39 hektar olan torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 0.39 hektar torpaq sahəsinin İddiaçı məxsus 0.13 ha sahəsinin 1130 kv.m hissəsi hər biri 565 kv.m olmaqla iki hissədə-birinci hissə girişdən sağ tərəfdə şimaldan 23.27 kv.m, cənubdan 22 kv.m, şərqdən 22.93 kv.m, qərbdən 27.27 kv.m, ikinci hissə girişdən sol tərəfdə şimaldan 32.60 kv.m, cənubdan 33.60 kv.m, şərqdən 17.26 kv.m, qərbdən 17.50 kv.m olmaqla naturada bölünə bilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən İddiaçı ödənilməsi hüququna malikdir. İş materiallarından da göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən Saatlı şəhərində yerləşən sahəsi 0.39 hektar torpaq sahəsinin 0.13 hektarı Həsənova (Xankişiyeva) Ziyarət Mirhadı qızının mülkiyyətindədir.İddiaçı ümumi paylı mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən naturada payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası MPM-in 103.1-103.2-ci maddələrinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Ekspert rəyi ilə iddiaçıya məxsus 0.13 ha torpaq sahəsinin təcrid olunmuş şəkildə naturada bölgüsünün mümkün olmadığı qənaətinə gəlinsə də, məhkəmə tərəfindən 12 mart 2024-cü il tarixdə mütəxəssisin iştirakı ilə keçirilmiş yerli baxış nəticəsində İddiaçı məxsus 0.13 ha sahəsinin 1130 kv.m hissəsinin yuxarıda qeyd olunan qaydada naturada bölgüsünün mümkün olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan səbəblərdən sözügedən ekspert rəyi hazırki iş üzrə sübut növü kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı çıxarışa əsasən Saatlı şəhəri ərazisində yerləşən, ümumi sahəsi 0.39 hektar olan torpaq sahəsinin İddiaçı payına düşən 1300 kv.m torpaq sahəsinin 1130 kv.m hissəsi hər biri 565 kv.m olmaqla iki hissədəbirinci hissə girişdən sağ tərəfdə şimaldan 23.27 kv.m, cənubdan 22 kv.m, şərqdən 22.93 kv.m, qərbdən 27.27 kv.m, ikinci hissə girişdən sol tərəfdə şimaldan 32.60 kv.m, cənubdan 33.60 kv.m, şərqdən 17.26 kv.m, qərbdən 17.50 kv.m olmaqla naturada bölünməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərci ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilməlidir. Ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı çıxarışa əsasən Saatlı şəhərində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən 1300 kv.m torpaq sahəsinin 1130 kv.m hissəsi hər biri 565 kv.m olmaqla iki hissədəbirinci hissə girişdən sağ tərəfdə şimaldan 23.27 kv.m, cənubdan 22 kv.m, şərqdən 22.93 kv.m, qərbdən 27.27 kv.m, ikinci hissə girişdən sol tərəfdə şimaldan 32.60 kv.m, cənubdan 33.60 kv.m, şərqdən 17.26 kv.m, qərbdən 17.50 kv.m olmaqla naturada bölünsün. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-03/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 12 mart 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katbi X1, İddiaçı nümayəndəsi Həsənov Güloğlan Üzbaşı oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** saylı çıxarışa əsasən Saatlı şəhərində yerləşən 0.39 ha həyətyanı torpaq sahəsindən İddiaçı payına düşən 1300 kv.m torpaq sahəsinin 1130 kv.m hissəsi hər biri 565 kv.m olmaqla iki hissədəbirinci hissə girişdən sağ tərəfdə şimaldan 23.27 kv.m, cənubdan 22 kv.m, şərqdən 22.93 kv.m, qərbdən 27.27 kv.m, ikinci hissə girişdən sol tərəfdə şimaldan 32.60 kv.m, cənubdan 33.60 kv.m, şərqdən 17.26 kv.m, qərbdən 17.50 kv.m olmaqla naturada bölünsün. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195(bir yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub İddiaçı verilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar