Məhkəmə qərarları › İş №2(055)-3/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-3/2025

09.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-3/2025 09.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin onun payına düşən 0.24546 ha hissəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. Həmin torpaq sahəsinin 0.24546 ha hissəsi onun payına düşür. Lakin cavabdehlərin təqsiri üzündən payına düşən torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmir. Hazırda həmin torpaq sahəsinin naturada ayrılmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 məhkəməyə gəlməmişlər və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin 0.24546 ha hissəsi İddiaçı mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/2782 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin 1/12 paylara uyğun naturada ayrılması Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və şəbəkələri bölməsinin 7 və 9 saylı cədvəllərin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. İşdə olan torpaq sahəsinə baxış keçirilməsi haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin iddiaçının payına düşən 0.24546 ha hissəsi şimaldan 23.9 metr, cənubdan 21.5 metr, şərqdən 109.8 metr, qərbdən isə 106.9 metr olmaqla naturada ayrıla bilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. İddiaçı da payına düşən 0.24546 ha torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən payının naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 0.24546 ha hissəsi şimaldan 23.9 metr, cənubdan 21.5 metr, şərqdən 109.8 metr, qərbdən isə 106.9 metr olmaqla naturada ayrılmalıdır. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlərdən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 0.24546 ha hissəsi şimaldan 23.9 metr, cənubdan 21.5 metr, şərqdən 109.8 metr, qərbdən isə 106.9 metr olmaqla naturada ayrılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-03/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 09 yanvar 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********26 olan çıxarışa əsasən Saatlı rayonu, Nərimankənd kəndində yerləşən, sahəsi 1.25 ha olan torpaq sahəsinin İddiaçı payına düşən 0.24546 ha hissəsi şimaldan 23.9 metr, cənubdan 21.5 metr, şərqdən 109.8 metr, qərbdən isə 106.9 metr olmaqla naturada ayrılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5,Cavabdeh6, Cavabdeh7,Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar