Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-323/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Fəxrətova (Tağıyeva) Leyla Adıgözəl qızı, İmanova (Tağıyeva) İlahə Adıgözəl qızına qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Fəxrətova (Tağıyeva) Leyla Adıgözəl qızı, İmanova (Tağıyeva) İlahə Adıgözəl qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 4.88 hektar pay torpaq sahəsinin mülk nömrəsi 135 olan hissəsindən (kəndə yaxın hissəsindən) iddiaçıların payına düşən (hər birinə 0.65 ha.) 1.30 ha. torpaq sahəsinin naturada ayrılaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətinə verilmiş 4.88 hektar pay torpaq sahəsinin mülk nömrəsi 135 olan, 33077.10 kv.m hissəsindən iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarına əsasən iddiaçıların və cavabdehlərin ümumi birgə mülkiyyətinə 4.88 hektar pay torpaq sahəsi verilmişdir. Bu barədə iddiaçı və cavabdehlərə JN-135, KOD 90803038 saylı torpağa müllkiyyət hüququna dair dövlət aktı təqdim edilmişdir. Nümayəndəsi olduğu idddiaçılar cavabdehlərlə ümumi birgə mülkiyyətlərinə verilmiş 4.88 hektar torpaq sahəsinin mülk nömrəsi 135 olan, 33077.10 kv.m hissəsindən onların payına düşən hissəsinin ayrılmasını istəsələr də, cavabdehlər onlara lazımi şərait yaratmadığı üçün həmin torpaq sahəsinin özlərinə aid olan hissəsindən istifadə edə bilmir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Fəxrətova (Tağıyeva) Leyla Adıgözəl qızı, İmanova (Tağıyeva) İlahə Adıgözəl qızı heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmirlər və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-135, KOD 90803038 saylı torpağa müllkiyyət hüququna dair dövlət aktındən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Cavabdeh1, X2 və X1 ümumi birgə mülkiyyətlərinə 4.88 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülk nömrəsi 135 olan hissəsi 33077.10 kv.m-dir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarına əsasən İddiaçı1, İddiaçı2, Cavabdeh1, X2 və X1 ümumi birgə mülkiyyətlərinə 4.88 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülk nömrəsi 135 olan hissəsi 33077.10 kv.m-dir. İddiaçılar torpağın torpaq sahəsinin 33077.10 kv.m hissəsindən öz paylarına düşən hissənin ayrılaraq onlara verilməsi barədə cavabdehlərlə aralarında narazılığın olması səbəbindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə nəticəyə gəlir ki, iddia təmin edilməli, JN-135, KOD 90803038 saylı torpağa müllkiyyət hüququna dair dövlət aktı əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Cavabdeh1, X2, X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 4.88 hektar pay torpaq sahəsinin mülk nömrəsi 135 olan, 33077.10 kv.m hissəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ayrı-ayrılıqda payına düşən (33077.10:5 (dövlət aktı üzrə olan şəxslərin sayı)=6615.42 kv.m (hər bir nəfərə düşən pay)) 6615.42 kv.m torpaq sahəsi iddiaçılar üçün ayrılmalı və bu barədə müvafiq dövlət orqanında qeydiyyat aparılmalıdır. İşdə olan 22 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınaraq İddiaçı1 xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. JN-135, KOD 90803038 saylı torpağa müllkiyyət hüququna dair dövlət aktı əsasında Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, Cavabdeh1, X2, X1 ümumi birgə mülkiyyətlərinə verilmiş 4.88 hektar pay torpaq sahəsinin mülk nömrəsi 135 olan, 33077.10 kv.m hissəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ayrı-ayrılıqda payına düşən (33077.10:5 (dövlət aktı üzrə olan şəxslərin sayı)=6615.42 kv.m (hər bir nəfərə düşən pay)) 6615.42 kv.m torpaq sahəsi iddiaçılar üçün ayrılmalı və bu barədə müvafiq dövlət orqanında qeydiyyat aparılmalıdır. Cavabdehlər Cavabdeh1, Fəxrətova (Tağıyeva) Leyla Adıgözəl qızı, İmanova (Tağıyeva) İlahə Adıgözəl qızından 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-323/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-323/2023
26.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver