Məhkəmə qərarları › İş №2(055)-332/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-332/2024

01.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-332/2024 01.10.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavadova(Namazova) Sevinc Əlibala qızı və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında verilmiş 3.39 ha torpaq sahəsindən payına düşən torpaq sahəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında mülkiyyətə verilmiş 3.39 ha torpaq sahəsinin 0.678 ha onun mülkiyyətindədir. Həmin torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmədiyindən hazırda həmin torpaq sahəsinin naturada bölünməsini istəyir. Ekspert rəyi ilə də həmin torpaq sahələrinin onun payına düşən hissəsinin naturada bölünməsinin mümkün olması təsdiq olunmuşdur.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-127, KOD 90803028 saylı dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən 3.39 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5533 nömrəli ekspert rəyindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında mülkiyyətə verilmiş 3.39 ha torpaq sahəsindən iddiaçının payına düşən 0.678 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Saatlı Rayon Məhkəməsinə müraciət edərək, Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında verilmiş 3.39 ha torpaq sahəsindən payına düşən 0.678 ha torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən payının naturada ayrılmasını tələb edir. İddiaçının payına düşən torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında mülkiyyətə verilmiş 3.39 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.678 ha hissəsi təcrid olunmuş şəkildə naturada bölünməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçının, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında mülkiyyətə verilmiş 3.39 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.678 ha hissəsi təcrid olunmuş şəkildə naturada bölünsün. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 (bir yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-332/2024 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 01 oktyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 qarşı torpaq sahəsindən payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-127, KOD 90803028 saylı dövlət aktı əsasında mülkiyyətə verilmiş 3.39 ha torpaq sahəsindən İddiaçı payına düşən 0.678 ha hissəsi təcrid olunmuş şəkildə naturada bölünsün. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95 manat xərc, cəmi 195 (bir yüz doxsan beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Namazova(Cavadova) Sevinc Əlibala qızı və Cavabdeh4 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar