Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-336/2024 30.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi İddiaçı1, İddiaçı4, Cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən onların (iddiaçıların), cavabdehlərin və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş 1,9320 hektar torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 payına düşən 1,0733 hektar hissəsinin naturada ayrılıb onlara (iddiaçılara) verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə baxışı zamanı iddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********75 **********76 və **********32 olan çıxarışlara əsasən iş üzrə iddiaçıların, cavabdehlərin və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar, 0,3527 hektar, 0,90 hektar, ümumilikdə 1,9320 hektar olan torpaq sahəsi vardır. Lakin, 1,9320 hektar olan torpaq sahəsində paylarına düşən 1,07333 hektar torpaq sahəsinin naturada bölüməsini Cavabdeh1 razılığı olmadığından və mülkiyyətçilərdən ikisi öldüyündən aidiyyəti orqanda ayıra bilməmişlər. Hal-hazırda da həmin problem səbəbindən paylarına düşən torpaq sahəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-saqtqı edə bilmədiklərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, mütəxəssis və ekspert rəyləri ilə onların payına düşən torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmişdir. O, mütəxəssis və ekspert rəyləri ilə razıdır. Ona görə də göstərdiklərini nəzərə alaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********75 **********76 və **********32 olan çıxarışlara əsasən iş üzrə iddiaçıların, cavabdehlərin və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar, 0,3527 hektar, 0,90 hektar, ümumilikdə 1,9320 hektar olan torpaq sahəsində onun və digər iddiaçıların paylarına düşən 1,07333 hektar torpaq sahəsinin natirada ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı digər İddiaçı4, atası İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı etiraf edərək izahatında göstərdi ki, iş üzrə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə mütəxəssis və ekspert rəyləri əsasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazı olmasa da, nümayəndəsi olduğu digər Cavabdeh1 torpaq sahəsinin bölünməsinə razı deyildir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********75 **********76 və **********32 olan çıxarışlardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı sahəsi 0,6793 hektar (reyestr nömrəsi **********75), 0,3527 hektar (reyestr nömrəsi **********76), 0,90 hektar (reyestr nömrəsi **********32), ümumilikdə 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 21 dekabr 2021-ci ildə, X2 31 mart 2021-ci ildə ölmüşlər. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən və ona əlavə edilmiş yerqurluşu planından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5535 nömrəli ekspert rəyindən görünür ki, ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən və sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 hər birinin bərabər şəkildə olmaqla payına düşən torpaq sahəsinin təsərrüfat təyinatına ziyan vurulmadan naturada ayrılması mümkündür. Naturada ayrılmalı olan torpaq sahəsinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerqurluşu planında əks olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.3-cü maddəsinə görə ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə görə ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. İşin araşdırılan halları, tərəflərin izahatları, həmçinin də Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən və ona əlavə edilmiş yerqurluşu planından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5535 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Lakin, iddiaçılar ümumilikdə sahəsi 1,9320 hektar olan torpaq sahəsindən paylarına düşən hissəsinin naturada bölüməsini cavabdehlərdən biri ilə aralarında olan narazılığa görə həyata keçirə bilmədiklərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı edə bilmirlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, mütəxəssis və ona əlavə edilmiş yerqurluşu planından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, ümumi birgə mülkiyyətə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 hər birinin bərabər şəkildə olmaqla payına düşən torpaq sahəsinin təsərrüfat təyinatına ziyan vurulmadan naturada ayrılması mümkündür. Qeyd olunanlardan görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində paylarına düşən torpaq sahəsinin naturada ayrılmasını tələb etməkdə haqlıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış **********75, **********76 və **********32 olan çıxarışlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, iddiaçıların hər birinə reyestr nömrəsi **********75 olan çıxarış üzrə 0,6793 hektardan doqquzda bir hissə, yəni 0,07547 ha (0,6793:9=0,07547), reyestr nömrəsi **********76 olan çıxarış üzrə 0,3527 hektardan doqquzda bir hissə, yəni 0,03918 ha (0,3527:9=0,03918) və reyestr nömrəsi **********32 olan çıxarış üzrə 0,9 hektardan doqquzda bir hissə, yəni 0,1 ha (0,9:9=0,1) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerqurluşu planında göstərilənlərə uyğun olaraq naturada ayrılaraq iddiaçılara verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 06 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5535 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert rəyinin verilməsinə dair çəkilən xərc 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilməli, ekspertiza xərcinə görə 50 manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış **********75, **********76 və **********32 olan çıxarışlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və mərhumlar X4 və X1 ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonu Ağarəhimli kəndində yerləşən, sahəsi 0,6793 hektar olan (reyestr nömrəsi **********75), sahəsi 0,3527 hektar olan (reyestr nömrəsi **********76), sahəsi 0,90 hektar olan (reyestr nömrəsi **********32), ümumilikdə sahəsi 1,9320 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, iddiaçıların hər birinə reyestr nömrəsi **********75 olan çıxarış üzrə 0,6793 hektardan doqquzda bir hissə, yəni 0,07547 ha (0,6793:9=0,07547), reyestr nömrəsi **********76 olan çıxarış üzrə 0,3527 hektardan doqquzda bir hissə, yəni 0,03918 ha (0,3527:9=0,03918) və reyestr nömrəsi **********32 olan çıxarış üzrə 0,9 hektardan doqquzda bir hissə, yəni 0,1 ha (0,9:9=0,1) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerqurluşu planında göstərilənlərə uyğun olaraq naturada ayrılaraq iddiaçılara verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-336/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-336/2024
30.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver