Məhkəmə qərarları › İş №2(055)-37/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-37/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-37/2025 27.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı X9, Cavabdeh iştirakı ilə, İddiaçı X9 Cavabdeh qarşı şərəfin, ləyaqətin müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X18 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində şər və böhtan dolu, şərəf və ləyaqətini alçaldan məlumatları Facebook, Youtube, “Dövlət TV”, “Tiktok” və qeyri-qanuni yaradılmış “YDDİB-nin Ümumi Yığıncağı” və “Ali Məclis” adlı Whatsapp qruplarında yayılmasına görə ona vurduğu mənəvi ziyana görə 100000 (yüz min) manat pulun Cavabdeh tutularaq ona ödənilməsi və yalan məlumatların Facebook, Youtube, “Dövlət TV”, “Tiktok” vǝ qeyri-qanuni yaradılmış “YDDİB-nın ümumi yığıncağı” və “Ali Məclis” adlı Whatsapp qruplarında təkzib edilməsi və silinməsi, həmçinin bu hərəkətlərinə görə ondan üzür istəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı X18 iddianı müdafiə edərək izahatında göstərdi ki, “X11” ictimai birliyi 31 oktyabr 2019-cu ildə təsis edilmiş və Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmışdır. X23 Heydər Eliyevin, Silahlı Qüvvələrin Ali X16 cənab İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləməkdir. Dövlət-xalq münasibətlərinin yüksək səviyyədə olması üçün təbliğatlar aparırlar. Milli dəyərlərin hər tərəfli qorunmasına köməklik göstərirlər. O, Cavabdeh “X11” İctimia Birliyindən tanıyır. Cavabdeh kimi şəxslər həm onun, həm də İctimai Birliyin nüfuzuna xələl gətirib. Belə ki, Əliyev X15, YouTube sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq, onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirmişdir. Cavabdeh gizlənərək öz çirkin və cinayət yolu əməllərini həyata keçirmək məqsədilə bəzi şəxsləri öz ətrafında aldadaraq birləşdirib, bilərəkdən onlara yalan məlumatlar vermişdir. Onlar da onun yalan sözlərinə inanmışlar. Bu şəxslərdən nümunə olaraq X2 deyə bilər. Çünki Cavabdeh X3 bilərəkdən aldadıb öyrədərək, sonuncunun onun barəsində söydüyü söyüşlər təntiq formada, onun şərəf və ləyaqətini, ictimaiyyətdə nufuzunu alçaldan sözlər olmuşdur. Sonradan həmin video və səs yazıları Cavabdeh tərəfindən sosial şəbəkələrdə Facebook, YouTube, “Tiktok”, “Dövlət TV”, müxtəlif watsapp qruplarında yayılmışdır. Eyni zamanda X22a montaj etdiyi səsyazılarını və videoları göndərmişdir. X22 sosial şəbəkədə onun ünvanına nalayiq, entiq formada söyüşlər söyləmişdir. Bütün bunların təşkilatçısı Cavabdeh məqsədi İctimai Birliyi ələ keçirmək olmuşdur. Eyni zamanda Əliyev X20 Birliyi dağıtmaq məqsədilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaratmışdır. X4 və Cavabdeh rəhbərliyi ilə bu saxta qrupda fəaliyyət göstərərək onun ünvanına şər-böhtan xarakterli çıxışlar edir, şərəf və ləyaqətini alçaldaraq Whatsapp qruplarında və sosial şəbəkələrdə çıxışlarını yayır və onun nüfuzuna yetərincə xələl gətirirlər. Həmçinin Cavabdeh bilərəkdən onun nüfuzuna xələl gətirərək, şəxsiyyətini alçaldaraq şantaj, hədəqorxu məqsədilə X1 onun ünvanına söydüyü nəlayiq söyüşləri bilərəkdən videoya çəkərək və səsyazılarını yazaraq sosial şəbəkələrdə - Facebook, YouTube, Tiktok və müxtəlif Whatsapp qruplarında yaymışdır və özünün səsyazılarının birində bunları etiraf etmişdir. Saatlı rayon məhkəməsinin icraatında olan 1(055)-32/2024 saylı xüsusi ittiham qaydasında cinayət işi üzrə aparılan məhkəmə prosesi zamanı Cavabdeh öz səsyazılarını dinlədiyi zaman sosial şəbəkələrdə X1, həmçinin X8, X5 və Cavabdeh video formatda etdiyi çıxışı sosial şəbəkələrdə öz tərəfindən yaymasını etiraf etmişdir. Cavabdeh məhkəmədə etiraf etdiyi səsyazısının mətni ondan ibarətdir ki, “...Axşam mən bu çıxışı Ziyətxan müəllimin çıxışını paylaşdım, 9000-dən çox baxış sayı var. Bu axşam mən bu çıxışı Dilşad xanım, Cəmalə xanım və mənim birge video çıxışımızı paylaşandan sonra bir daha İddiaçı, Nəsimi Əsgərov, Əliheydər, Surxay və başqaları bir-bir zəng ediblər Cəmalə xanıma. İlham hədə-qorxularından əl çəkmir...”. Cavabdeh tərəfindən 15 və 27 mart 2023cü ildə sosial şəbəkələrdə - YouTube, Fasebook, Tiktok və müxtəlif Whatsapp qruplarında Cəlilov Ziyǝtxan İsrafil oğlunun video və səsyazılarını yaydığını etiraf etdiyi çıxışın mətni ondan ibarətdir ki, “...YDDİB-nın üzvləri İddiaçı haqqında mənə bir çox şikayətlər etmişlər. Telefon vasitəsilə onun bəzi nəlayiq şəkillərini mənə göndərmişdilər. İddiaçı mənim imzamı saxtalaşdıraraq mənim adımdan müxtəlif təşkilatlara məktublar göndərmiş və bir çox təşkilatları məndən xəbərsiz bağlayıb, özü bildiyi kimi sənədləşdirib ki, güya mən və bəzi üzvlər keçirilən yığıncaqlarda iştirak etmişik. İddiaçı dəfələrlə məndən tələb edirdi ki, bəzi üzvləri bu təşkilatdan çıxararaq qovaq. Ancaq mənə verilən faktlar göstərdi ki, onun dedikləri iftira və şərdir. Bu adam normal adam deyil, xəstədir. İstədiyi adama şər atır, böhtan atır. Təşkilatın vəsiqələrindən yığdığı pulları aparıb xərcləyir. İndi də məndən və digər hörmətli üzvlərdən şikayət edir ayrı-ayrı təşkilatlara. Mən onu çağırdım ki, gəl söhbət edək, gəlmədi və hətta məndən də uzaqlaşdı. Bu adam təşkilatın möhürü məndə olduğu halda, möhürü icazəsiz həm rus, həm də ingilis dilində surətini çıxararaq, məndən xəbərsiz yalan məktublar tərtib edib, müxtəlif təşkilatlara göndərmişdir. Bu da ağır cinayət sayılır. İddiaçı təşkilatın qadın, qız və gəlinlərini narahat edərək, onların adlarına xələl gətirir, bu günə kimi də əl çəkmir. Onun bu hərəkətləri xalqımızın ümumi milli dəyərlərinə xəcalət gətirir. Təşkilata rəhbərlik edən İlhamı düz yola dəvət etmişəm, fikirlərimi ona çatdırmışam. Belə ki, bu təşkilatın qanun qaydalarına uyğun hərəkət etməsini, əməllərindən əl çəkməsini təklif etmişəm. Qeyd etmək istəyirəm ki, Cəlilov Ziyətxan çıxışında “X11” İctimai birliyinin sədri kimi mənim barəmdə çoxsaylı şikayətlərin olduğunu, özümü yaxşı aparmadığımı, insanlara yaxşı davranmadığımı qeyd edir. Bildirir ki, müxtəlif kələklərə, fırıldaqlara əl atır. Bundan əlavə insanlara şər atır, qadın-kişi xüsusiyyətlərinə əhəmiyyət vermir. Onlara lazımı səviyyədə yanaşmır. Çıxışçı deyir: “əlindən bir iş gəlirsə, kömək eləyə biləcəksənsə eləsin, eliyə bilmirsə, ona yaxın düşməsin, artıq əskik hərəkətlər etməsin. Bu insan deyilən söhbətlərdən nəticə çıxarmayıb. Heç bir ağlı başında normal adam ona olan hörmətin əksini göstərməz. Amma biz bu adamda onu görürük. Hörmət eliyirsən o bunu tamam başqa cür dəyərləndirir. Belə bir hərəkətlə çıxış edir ki, mən nə istəyirəm onu eliyirəm, guya bunun hər şeyə ixtiyarı var. Bu düşünmür ki, sən bu dövlətdə yaşayırsan. Bu dövlətin Konstitusiyası var, qanunu var. Her bir şexsin hüququ var. Heç birinə bu adam əməl eləmir. Bu da sonda təşkilatımıza xələl gətirir. Orda olan çox gözəl insanlara ləkə yaxır. Özünü mənə qarşı da çox pis aparır. Hansı alçaq hərəkət desən ortaya çıxaracaq. Mənim qərarım belədir - o normal adam deyil. Bəlkə müalicə olunsun, yenə də insan səviyyəsinə, adam səviyyəsinə gələ bilməyəcək. O çox yalançı, fırıldaqçı bir adamdır, ondan - ona, bundan - buna söz deyəndi. Azərbaycanda onun xasiyyətini bilsələr ona salam verən də olmaz. Sonrakı fayllarda mövzu davam etdirilir, şıxışçı deyir: “İlham keçmiş sədr olaraq çıxış edib, yalançı ifadələr verib. Onun heç bir əsası yoxdur. Deyir ki, “Ziyətxan müəllimin 1 səsi var, mən də deyirəm yalançının lap...! Kollektivdə nə qədər səs var, hamısı mənim səsimdir. Amma bu adam əl çəkmir. Gərək nə qədər utanmaz adam olasan ki, Ziyətxan müəllimə nöqsan axtarasan. Səni bura təyin edən adam mənəm, sənə qol-qanad veren mənəm. Sonra da məlum olur ki, sən gedib dırmaşmısan arvadlara. Sən Nəbinin şəklini mənə göndərdiyin kimi, senin də şəklini mənə göndərdilər. Qrupda olan qadınların namusuna, qeyrətinə toxunursan, şəxsiyyətinə toxunursan. Fikirləşirsən ki, bunun yiyəsi var, eri var, qardaşı var, dədəsi var, nənəsi var. Sənə kim haqq verib ki, bu cürǝ mənəviyyatsız, tərbiyəsiz işlər görəsən? Seyid oğurluq eliyər? Camaatdan yığdığın pulları müxtəlif adamlarla aparıb xərcləmişəm başqa şeylərə. Sənin ona ixtiyarın varmı? Bunnlar ayıb olan şeydir. Ağlını başına yığ. Onsuz da sən fəaliyyət göstərə bilməyəcəksən. Kim də onun yanındadır bilsin. Elə adamın yanında olmazlar axı. Bu adam normal adam deyil. Başı çatmır. Onun göstərdiyi fəaliyyət, bu o deməkdir ki, bunun müalicəyə ehtiyacı var. Elə adamlar oturub-durmazlar. El arasında bir söz var, adam gərək kişi ola. Hər addımda kişi səviyyəsinə yüksəlmir. Nə işlərdən, oyunlardan çıxıb, heç birindən də mənim xəbərim yox. Burda gəlib mənim başımı aldadır. Başımın altına yastığı qoyub, gedib öz işindədir. Adam belə iş görməz axı. Bura dövlətlə əlaqədar təşkilatdır. Burda gərək adamın mənəviyyatı olsun, dövlətinə sədaqəti olsun, millətinə hörməti olsun. Belə şeylər yaramır axı. Əlinə keçəni, birinə bir qapaz, birinə bir şillə, birinə bir söyüş. Birinə gəlib ki, mən arvadı boşanmışam, gəl səni alıram. Sonra görüb ki, yalan deyir, bunun 5-6 arvadı var. Hərəsi bir dərədə, heç hansınan da yaşamır. Bunun mənəviyyatı budur. Sən kimsən axı, sənin dəyərin nədir? Sənin dəyərin 3 köpük də deyil. Mənəviyyatsız, tərbiyəsiz, yalançı, fırıldaq. Ondan kənar olmaq lazımdır. Həm də təşkilatımızın adına xələl gətirir. Həm də ağzı təmiz adam deyil, əli təmiz adam deyil. Vicdanı təmiz adam deyil. Təmiz bir şeyi yoxdur. Hər şeyi çirklidir…”. Bir çox şəxslər Cavabdeh tərəfindən öyrədilərək videoçıxışları və səsyazılarını sosial şəbəkələrdə - Yotabe, Facebook, Tiktok və bir neçə watsapp qruplarında yaymış və paylaşılmışdır. Həmin şəxslər öz ərizələrində də tam və ətraflı qeyd edərək etiraf etmişlər ki, bu paylaşımdan onların xəbərləri olmayıb. Həmin şəxslər: 1.Hüseynova Dilşad, 2.Məmmədova Tahirə, 3. Əsədova Cəmalə, 4. Xəlilov Akif öz ərizələrində imzaları və öz sözləri ilə təsdiq etmişdilər. Bu səsyazısını Cavabdeh müxtəlif watsapp qruplanında yaymışdır. Cavabdeh həmçinin Cəlilov Ziyabanın onun haqqında şər, böhran xarakterli çıxışlarından ibarət videoyazısını müxtəlif Watsapp qruplarında və sosial şebəkələrdə - Facebook, YouTube, Tiktokda yaymışdır. Cavabdeh ona məxsus olan ********** nömrəsindən yaratdığı saxta “YDDİB-nin Ümumi Yığıncağı”, “Ali Məclis” qruplarında, sosial səbəkələrdə - Facebook, YouTube, tiktok və muxtəlif Watsapp qruplarında montaj olunmuş səsyazılarımı və videoları bilərəkdən təkrar olaraq yaydığını öz çıxışlarında etiraf etmişdir. X1 bir video çıxışında onun barəsində işlətdiyi – “firldaqci”, “yalançı”, “utanmaz”, “mənəviyyatsız”, “normal adam deyil”, “şər atır”, “lǝkǝ yaxır”, “təmiz deyil (vicdanı,əli, agzı)”, “oğurluq edir”, “dəyəri 3 köpük olmayan”, “başı çatmır”, “min oyundan çıxır”, “arvadlara dırmaşır”, “5-6 arvadı var, hərəsi bir dərədə”, “kələklərə əl atır”, “müalicəyə ehtiyacı var”, “yalançının lap...” və s. işlətdiyi sözlər şər və böhtan olmaqla onun şərəf və ləyaqətini alçaldan ifadələrdiri Cavabdeh sosial şəbəkələrdə - YouTube, Fasrbook, Toktok və müxtəlif watsapp qruplarında yaymış və etdiyi bu hərəkətini də məhkəmədə etiraf etmişdir. Bundan başqa, Bakı şəhəri Binəqədi rayon məhkəməsində xüsusi ittiham qaydasında xx.xx.2023-cü il tarixli məhkəmə və xx.xx.2024-cü il tarixli “Maddi və mənəvi zərərin ödənilməsi” barədə məhkəmə onun xeyrimə qərar çıxarmışdır. Əliyev X20 birliyin üzvləri X5 və X8 ilə birgə video çıxışında onun şərəf və ləyaqətinə, şəxsi nüfuzuna xələl gətirən, şər-böhtan xarakterli çıxışlar etmişdir. Guya o, Əsədova Cəmaləyə maşında təcavüz etmiş, ona rayona getməyi təklif edərək, əvəzində vəzifə söz vermişdir. Guya İctimai birlikdə fəaliyyət göstərən xanımlara nəlayiq söyüşlər söyərək, onları təhqir etmişəm. Bu videoçıxışı Facebook, YouTubedə xanımların və mənim xəbərimiz olmadan öz mənafeyini güdərək və məqsədlərinə çatmaq üçün yaymışdır. Bu videonun sosial şəbəkələrdə Cavabdeh tərəfindən yayılmasını Cavabdeh ona məxsus olan şəxsi səsyazısında etiraf etmişdir. Cavabdeh mənim şərəf və ləyaqətimə toxunan, şər-böhtan xarakterli çıxışlar edərək sosial şəbəkələrdə və müxtəlif Whatsapp qruplarında yaymışdır. Cavabdeh səsyazısıının mətni: “…İddiaçı haqda 30 fakt toplanıb. O, kimlərə hansı əxlaqsızlıqları edib, təşkilatda kimlərə nə təklif edib, maşında kimlərə təcavüz etmək istəyib, kimi hansı rayona aparmaq istəyib və vəzifə qarşılığında kimin başına pul qoyub və 300 manat verib apartdırıb belǝ elətdirəcəm, elə elətdirəcəm deyib. Elə bil bu rekertdir, lotudur. Bu, əxlaqsız sözlər danışıb qadın üzvlərinin dalınca. Mən ondan əl çəkən deyiləm. İstəyirəm bu səsimi İlhama göndərsinlər. Bunun əlindən təkcə sədrliyi alınmayacaq. İddiaçı qoy yalvarsın, o cavab verəcək bütün bunlara görə. Cavabdeh səsyazisinin mətni: 4 (səsyazısının 1:00 dəq sonrakı hissəsində məni söyüb): - Mən Asimǝm. Hamınız yığılıb gəlin, siz hamınız, mən isə tək. Görün hamınızın ağzını s.....m, ya yox? Cavabdeh səsyazısının mətni: 5 (45-ci saniyədən sonrakı hissədə məni söyür) - İlhamın da boyunu soxum yerə ki, gəlib düşüb sənin g....ə, səndən xəbəri yoxdur. Kül İlhamın başına ki, gəlib sənə inanır, düşüb sənin g....ə, təşkilatı verib sənin ayağına. Cavabdeh Cəmaləyə göndərdiyi səsyazısın mətni: 6 – “...Cəmalə, sən İçtimai birliyi dağıdanlarla bir stolda oturmusan, Paşinyanın böründə (məni nəzərdə tutur). Sən bəzi məsələləri açıqlayanda şoka düşdüm ki, İlham bu dərəcədə belə adammış, maşında sənə barmaq elədiyindən tutmuş, sənə nə təklif etdiyindən tutmuş, mən konkret gördüm ki, İlham nə qədər murdar adamdır, yəni sənin namusuna əl atan adamdır. Əgər o, sənə əl atıbsa, sənə qarşı əxlaqsız, cındır, şərəfsiz hərəkətlər edibsə, sən onunla oynayarkən ailənə, təşkilata, özünə və mənə hörmət qoymursan...”. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçını üzvü və idarə heyətinin sədr müavini olduğu “X11” İctimai Birliyində tanımışdır. İddiaçının iddia ərizəsində göstərdikləri, guya onun sosial şəbəkədə iddiaçının haqqında yalan məlumatlar yayması və onu təhqir etməsi yalandır. Onun iddia ərizəsində göstərilənlərlə heç bir əlaqəsi yoxdur. İddiaçı haqqında heç bir status və ya məlumat paylaşmamışdır. Bundan başqa iddiaçının onun haqqında iddia ərizəsində göstərdikləri xüsusatlar həqiqətə uyğun deyil. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş içərisində audioyazılar və videoyazılar olan CD diskdən görünür ki, Cavabdeh “Whatsapp” sosial şəbəkəsində “Ali Məclis” adlı qrupda səsli mesaj vasitəsi ilə iddiaçı X10 qarşı kobud və nalayiq ifadələr işlədərək, onu qeyri-etik sözlərlə və söyüşlər söyməklə təhqir etmişdir. Bundan başqa iddiaçı X18 haqqında özü və digər şəxslər tərəfindən nəlayiq işlədilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə cavabdehin iddiaçı barəsində səsləndirdiyi ifadələrin insanın şərəf və ləyaqətini ləkələyən ifadələr olmasının mübahisə doğurmadığını və bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb olunmadığını nəzərə alıb Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Respublikanın rayon(şəhər), inzibati, kommersiya və apellyasiya məhkəmələrinə ünvanlanmış 18 may 2021-ci il tarixli, 2-740 nömrəli tövsiyə məktubuna əsasən məhkəmə-linqvistik ekspertiza təyin olunmasına zərurət bilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan audioyazılar dinlənilərkən həmin audioyazılarda “Whatsapp” sosial şəbəkəsində “YDDİB-nin Ümumi Yığıncağı” və “Ali Məclis” Whatsapp qruplarında səsli mesaj vasitəsi ilə Cavabdeh tərəfindən iddiaçı X10 qarşı qeyri-etik sözlərin və nalayiq ifadələrin işlədilməsi müəyyən edilmişdir. Bundan başqa, CD diskdə olan vidoeyazılara baxış keçirlərkən Cavabdeh tərəfindən X10 qarşı nəlayiq ifadələr və onun nüfuzuna xələl gətirən sözlər işlədildiyi müəyyən edilmişdir. Məhkəmə həmin səsli mesajların və vidoegörüntülərin cavabdeh tərəfindən yayılması və buna görə də, iddiaçı barəsində mənfi rəy yaranmasına səbəb olduğu, nəticədə iddiaçının mənəvi sarsıntı yaşamasına və onun şərəf və ləyaqətinin alçaldılmasına səbəb olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının şərəf və ləyaqətini ləkələməsi faktı mübahisəolunmazdır. Belə ki, ali ictimai varlıq olan insanın həyat fəaliyyətində şərəf və ləyaqətin önəmi, bütövlüyü onların dövlət tərəfindən qorunmasında və müdafiəsinə təminat verilməsində ifadə olunur. Şərəf insana öz əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, ətraf mühitə olan münasibətinə və s. görə verilən ictimai qiymət, ləyaqət isə şəxsin özünə, öz mənəvi və əxlaqi dünyagörüşünə və s. özünün verdiyi qiymətdir. Hazırki halda cavabdehin iddiaçı barəsində bildirdiyi məlumatların iddiaçının şərəf və ləyaqətini ləkələyəcək məlumatlar olması şübhəsizdir. Belə olan halda iddiaçının mənəvi sarsıntılara, iztirablara məruz qalması və nəticə olaraq ona mənəvi zərər dəyməsi ağlabatandır və “iddiaçıya mənəvi zərər vurulması” barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarı ilə həmçinin bəlli olur ki, mənəvi ziyanın miqdarı pul ilə ölçülməlidir. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, məlumatın yayılma dairəsini, iddiaçıya yetirilmiş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə almalıdırlar. Məhkəmə iddiaçı X10 vurulmuş mənəvi zərərin məbləğini müəyyən edərkən belə qənaətə gəlir ki, cavabdeh tərəfindən onun şərəf-ləyaqətinin alçaldılması nəticəsində vurulmuş mənəvi zərərin əvəzi qismində elə bir məbləğdə pul vəsaiti tutulmalıdır ki, həmin məbləğ cavabdehi hədsiz ağır maddi məhrumiyyətlərə məruz qoymasın, iddiaçını isə hədsiz varlandırmasın. Məhkəmənin mülahizəsinə görə isə, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 100000 manat manat pul tələb olunması mənəvi zərərə münasibətdə adekvat deyil. İşin müəyyən edilmiş hallarını və mövcud real vəziyyəti nəzərə alan məhkəmə hesab edir ki, bu məbləğin 300 manat miqdarında müəyyən edilməsi ədalətlidir və işin hallarına daha uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli Qərarının 12-ci bəndinə görə şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən yayılmış iddiaçı X18 barəsində şərəf və ləyaqəti ləkələyən yuxarıda qeyd olunan məlumatlar cavabdeh tərəfindən eyni üsulla təkzib olunmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarında da göründüyü kimi üzr istənilmə özü təkzib edilmə üsülü olduğundan, hazırki iddia üzrə cavabdeh tərəfindən yayılmış məlumatların eyni üsulla təkzib olunması qənaətinə gəlindiyindən, cavabdehin hərəkətlərinə görə iddiaçıdan üzr istəməsi barədə iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin tələbinə görə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanunamüvafiq baxırlar. Azərbaycan Respubilkası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 13-cü maddəsinə görə bu konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozuntu rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı X18 barəsində yaymış olduğu məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar olduğundan Cavabdeh tərəfindən eyni üsulla təkzib edilməli, vurulmuş mənəvi ziyanın əvəzində 300 (üç yüz) manat pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iddia qiymətləndirilməyən iddia olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi kimi 300 (üç yüz) manat alınaraq iddiaçı X10 verilsin. Cavabdeh iddiaçı X18 barəsində yaymış olduğu məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar olduğundan Cavabdeh tərəfindən eyni üsulla təkzib edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar