Məhkəmə qərarları › İş №2(055)-4/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-4/2025

05.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-4/2025 05.03.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı2, İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehqarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin onların payına düşən 0.03333 ha hissəsinin naturada ayrılaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsi onların və cavabdehin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsindən iddiaçıların hər birinə düşən pay 0.03333 ha təşkil edir. Hazırda həmin torpaq sahəsindən öz istədikləri kimi istifadə edə bilmədiklərindən torpaq sahəsindən paylarına düşən hissələrin naturada bölünməsini istəyirlər. Ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların naturada ayrılmasını cavabdehə təklif etsələr də, cavabdeh notariat ofisinə getməkdən imtina etmişdir. Ona görə də məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Ekspert rəyi ilə də torpaq sahələrinin onların payına düşən hissəsinin naturada bölünməsinin mümkün olması təsdiq olunmuşdur.Sonda iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 digər İddiaçı2 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onuniştirakı olmadan baxılmasını xahiş etməmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsi iddiaçılar və cavabdehin ümumi birgə mülkiyyətindədir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 26 dekabr 2013-cü ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 10/5907 nömrəli ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payına düşən 0.03333 ha hissəsinin təcrid olunmuş şəkildə naturada bölgüsü mümkündür.Torpaq sahəsinin yol istiqamətindən düz xətt ilə, hər birinə düşən 0.3333 olmaqla bölgüsü aparılmalıdır. Məhkəmə iddiaçıların izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılar ümumi birgə mülkiyyətlərində olmaqla ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin onların payına düşən hissəsindən istədikləri kimi istifadə edə bilmədiklərindən paylarının naturada ayrılmasını tələb edirlər.İddiaçıların hər birinin payına düşən torpaq sahələrinin naturada ayrılmasının mümkünlüyü isə ekspert rəyi ilə bir daha təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payına düşən 0.03333 ha hissəsi yol istiqamətindən düz xətt ilə naturada bölünməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payına düşən 0.03333 ha hissəsi yol istiqamətindən düz xətt ilə naturada bölünsün. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. çıxarış İş № 2(055)-4/2025 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 05 mart 2025-ci il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı2, İddiaçı və iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehqarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********27 olan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 0.2 ha olan torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər birinin payına düşən 0.03333 ha hissəsi yol istiqamətindən düz xətt ilə naturada bölünsün. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar