Məhkəmə qərarları › İş №2(055)-411/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-411/2024

20.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-411/2024 20.09.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttinin yerinin dəyişdirilərək texniki şərtlərə uyğun olaraq çəkilişinin təmin edilməsi və hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılan elektrik xəttinin yerinin dəyişdirilərək texniki şərtlərə uyğun olaraq çəkilişinin təmin edilməsi və hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin yaşayış evi üçün quraşdırılan elektrik xətti və hesablaşma elektrik sayğacı xx.xx.2021-ci il tarixli texniki şərtə uyğun quraşdırılmamışdır. Belə ki, texniki şərtdə uçot cihazlarının quraşdırılma nöqtəsi obyektin girişi olaraq göstərildiyi halda bu tələbə əməl edilməyərək sayğac xeyli aralıda quraşdırılmışdır.Həmçinin fərdi yaşayış evinə gələn elektrik elektrik xətti düzgün çəkilməmiş və texniki şərtdəki digər parametrlər də nəzərə alınmamışdır. Bu hal ekspert rəyi ilə bir daha təsdiq olunur. Bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, nəticəsi olmamışdır. Nəticədə məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılan elektrik xəttinin yerinin dəyişdirilərək texniki şərtlərə uyğun olaraq çəkilişinin təmin edilməsi və hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti X2 ifadəsində göstərdi ki, tərəfindən tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş və ekspert rəyi hazırlanmışdır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılan elektrik sayğacı evin yerləşdiyi torpaq sahəsinin girişindən 24 metr ara məsafəsində beton dayaq üzərində quraşdırılmışdır. Lakin ”Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın və materiala əlavə edilmiş 02 aprel 2021-ci il tarixli texniki şərtin tələbini nəzərə aldıqda sayğacının göstərilən qayda və mülki iş materialına əlavə edilmiş texniki şərtin tələblərinə uyğun quraşdırılmadığı, yəni obyektin giriş hissəsində olmadığı müəyyən edilmişdir. Fərdi yaşayış evinə çəkilmiş elektrik xəttinə gəlincə tədqiqat zamanı müəyyən edilmişdir ki, 02 aprel 2021-ci il tarixli texniki şərtdə elektrik xəttinin hansı qaydada və hansı istiqamətdə çəkilməsi ilə bağlı müddəa yoxdur. Odur ki, rəy hazırlanarkən bu suala cavab vermək mümkün olmamışdır. İşdə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün elektrik təchizatına dair 02 aprel 2021-ci il tarixli texniki şərtdən görünür ki, uçot cihazının(sayğacın) yeri obyektin giriş nöqtəsidir, quraşdırılacaq elektrik xətti isə ÖİN kabel xəttidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4239 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılan elektrik sayğacı evin yerləşdiyi torpaq sahəsinin girişindən 24 metr ara məsafəsində quraşdırılmışdır. Lakin “Məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması (mövcud 0,4 kV-luq şəbəkədən) üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın və materiala əlavə edilmiş 02 aprel 2021-ci il tarixli texniki şərtin tələbini nəzərə aldıqda həmin elektrik sayğacının göstərilən qaydada və mülki iş materialına əlavə edilmiş texniki şərtin tələblərinə uyğun quraşdırılmadığı müəyyən edilir. Məhkəmə iddiaçının izahatını, ekspertin ifadəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacı xx.xx.2021-ci il tarixli texniki şərtə uyğun olaraq fərdi yaşayış evinin girişində deyil, evin həyətinin darvazasından 24 metr kənarda beton dayaq üzərində quraşdırılmışdır. İddiaçı isə hesablaşma elektrik sayğacının xx.xx.2021-ci il tarixli texniki şərtə uyğun olaraq quraşdırılmasını tələb edir. İddianın qeyd olunan hissədə əsaslı olması xx.xx.2021-ci il tarixli texniki şərt və ekspert rəyi ilə bir daha təsdiq olunur. İddia tələbinin digər hissəsi olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçün quraşdırılan elektrik xəttinin yerinin dəyişdirilərək texniki şərtlərə uyğun olaraq çəkilişinin təmin edilməsinə gəlincə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 02 aprel 2021ci il tarixli texniki şərtdə elektrik xəttinin hansı qayada və hansı istiqamətdə çəkilməsi ilə bağlı müddəa yoxdur. Bu hal ekspert X1 ifadəsi ilə bir daha təsdiq olunur. Odur ki, məhkəmə iddia tələbini qeyd olunan hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspertiza tədqiqinin dəyəri olan 100 manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqinin dəyəri olan 100(bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Çıxarış İş № 2(055)-411/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 20 sentyabr 2024-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı elektrik xəttinin yerinin dəyişdirilərək texniki şərtlərə uyğun olaraq çəkilişinin təmin edilməsi və hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə keçirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə öhdəlik qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üçün quraşdırılan hesablaşma elektrik sayğacının texniki şərtdə göstərilən uçot nöqtəsinə-obyektin giriş hissəsinə keçirilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqinin dəyəri olan 100(bir yüz) manat cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar