Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-420/2023 07.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Nayıb qızına qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh Nayıb qızına qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin və ümumi sahəsi 113.7 kv.m olan fərdi yaşayış evinin Cavabdeh Nayıb qızının olan 1/6 hissəsinin və onun mülkiyyətində olan 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Saatlı şəhəri, H.Əliyev prospekti ev 155 ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin onun mülkiyyətində olan 5/6 hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301 olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha torpaq sahəsinin və ümumi sahəsi 113.7 kv.m olan fərdi yaşayış evinin 5/6 hissəsi onun, 1/6 hissəsi isə bacısı olan Cavabdeh Nayıb qızının mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsinin naturada bölünməsini istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Nayıb qızı məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301 olan çıxarışdan görünür ki, Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha torpaq sahəsinin və ümumi sahəsi 113.7 kv.m olan fərdi yaşayış evinin 5/6 hissəsi İddiaçı, 1/6 hissəsi isə Cavabdeh Nayıb qızının mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2023-cü il tarixli, 3-16-16/2- 10/6555 nömrəli ekspert rəyindən görünür ki, reyestr nömrəsi **********65-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin 5/6 hissəsi və ya 0.0833 hektarı İddiaçı mülkiyyətinə, 1/6 hissəsi və ya 0.0167 hektarı isə Cavabdeh Nayıb qızının mülkiyyətinə verilmişdir.Lakin iddiaçı və cavabdehin mülkiyyətinə 0.10 ha həyətyanı torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadələrində 0.0657 ha torpaq sahəsi müəyyən edilmişdir. Yerdə qalan (çatışmayan) 0.0343 ha müəyyən edilən torpaq sahəsi isə Rahib Babayevin istifadəsindədir(iddiaçının deməsinə istinadən). Müəyyən edilən 0.0657 ha torpaq sahəsi ilə 0.0343 ha torpaq sahəsi arasında mişar daşından hasar inşa edilmişdir.Həmçinin sözügedən 0.10 ha torpaq sahəsinə giriş-çıxış yolu yalnız H.Əliyev prospektindən nəzərdə tutulmuşdur. Bölünməsi nəzərdə tutulan 0.10 ha torpaq sahəsinin 0.0343 ha hissəsi üzərində Rahib Babayevə məxsus fərdi yaşayış evinin mövcud olması, küçəyə (prospektə) birbaşa maneəsiz avtomobil yolunun olmaması, aralarında çəkilmiş daş hasarın mövcudluğu həmin torpaq sahəsində iddiaçının payına düşən 0.0833 ha və cavabdehin payına düşən 0.0167 ha torpaq sahəsinin sərbəst şəkildə giriş-çıxışın təmin olunması şərtilə naturada hansı qaydada ayrılması mümkün olmamışdır. Qeyd edilən faktlar nəzərə alınmasa və mülkiyyətçilərin razılığı ilə irəli sürülən əlavə təkliflər nəzərdən keçirilsə 0.10 ha torpaq sahəsi 5/6 hissəyə və 1/6 hissəyə naturada bölünə bilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpaq sahəsinə baxış keçirilməsi haqqında 30 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin İddiaçı məxsus olan 5/6 hissəsi, yəni 0.0833 ha şimaldan 35.60 metr, cənubdan 35.20 metr, şərqdən 21 metr, qərbdən isə 24 metr olmaqla naturada bölünə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. İddiaçı da ümumi paylı mülkiyyətə verilmiş həmin torpaq sahəsindən istədiyi kimi istifadə edə bilmədiyindən torpaq sahəsindən naturada payının ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus olan 5/6 hissəsi, yəni 0.0833 ha şimaldan 35.60 metr, cənubdan 35.20 metr, şərqdən 21 metr, qərbdən isə 24 metr olmaqla naturada bölünməlidir. İşdə olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərci ödəmişdir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 manat Cavabdeh Nayıb qızından tutulub İddiaçı verilməlidir. Ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə Cavabdeh Nayıb qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus olan 5/6 hissəsi, yəni 0.0833 ha şimaldan 35.60 metr, cənubdan 35.20 metr, şərqdən 21 metr, qərbdən isə 24 metr olmaqla naturada bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 (bir yüz doxsan beş) manat Cavabdeh Nayıb qızından tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh Nayıb qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov çıxarış İş № 2(055)-420/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 07 dekabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Nayıb qızına qarşı torpaq sahəsindən payların naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********65-10301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Saatlı şəhəri, Heydər Əliyev pr, ev 155-də yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin İddiaçı məxsus olan 5/6 hissəsi, yəni 0.0833 ha şimaldan 35.60 metr, cənubdan 35.20 metr, şərqdən 21 metr, qərbdən isə 24 metr olmaqla naturada bölünsün. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc, cəmi 195 (bir yüz doxsan beş) manat Cavabdeh Nayıb qızından tutulub İddiaçı ödənilsin. Ekspertiza tədqiqinin dəyəri olan 50(əlli) manat Cavabdeh Nayıb qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamə müvafiq dövlət orqanında qeydin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-420/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-420/2023
07.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver