Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-989/2024 08.08.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki işə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 15 iyul 2024-cü il tarixə 98904,97 manat məbləğində (o cümlədən,vergilər üzrə 53362,36 manat, faizlər üzrə 45262,61 manat, maliyyə sanksiyası üzrə 280 manat),İşsizlikdən Sığorta Fonduna 0 manat, İcbari Tibbi Sığorta Fonduna 5260,66 manat, Dövlət Sosial Müdafiə Fonduna 76210,72 manat olmaqla,ümumilikdə 180376,35 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********548900, xx.xx.2024-cü il tarixli **********962900, xx.xx.2024-cü il tarixli **********988700, xx.xx.2024-cü il tarixli **********144600 nömrəli bildirişlər göndərilmiş lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsaslanaraq tərəfləin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, digər qeyri-kommersiya təşkilatı olan Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri Maraqlı şəxsdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatdan görünür ki, Maraqlı şəxs Saatlı rayon Qaracalar kəndində yaşayır. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsi hesab vərəqəsindən və vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dövlət büdcəsinə ödənilməmiş vergi borcu vardır və həmin borcun ödənilməsi ondan tələb olunmuşdur. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin dövlət büdcəsinə 180376,35 manat vergi borcu olduğundan və Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri Maraqlı şəxs Saatlı rayon Qaracalar kəndində yaşadığından, ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilərək Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. Saatlı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müdiri, xx xxxxxx 1958-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-989/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-989/2024
08.08.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver