Məhkəmə qərarları › İş №2(056)-1047/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1047/2023

01.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1047/2023 01.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh1 qаrşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehlərin onun mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasında yalnız Cavabdeh1 qeyd etməklə Cavabdeh1 onun mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5-ə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bu barədə DƏDRX Şirvan Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olan, xx.xx.2017-ci ildə qeydə aparılmış, RX seriyalı, ******* nömrəli çıxarışla təmin edilmişdir. Cavabdeh1 onun qızı Gülnarə Ələskərovanın keçmiş əri olmuşdur. Salehin şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən yeni şəxsiyyət vəsiqəsi alınarkən mənzilə qeydiyyata salınmasına icazə vermişdir. Sabirabad rayon Məhkəməsinin müvafiq qətnaməsi əsasında qızı ilə Cavabdeh1 arasında olan rəsmi nikah pozulmuş, xx.xx.2020-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. Qızı ilə Saleh faktiki olaraq 4 ilə yaxındır ki, ayrılmışdır və birlikdə yaşamırlar. Cavabdeh Salehin harada ona yaşaması məlum deyil. Cavabdehin onun mənzilində qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram ünvalayaraq, xəstə olduğundan işin baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin teleqrama xəstəliyi ilə əlaqədar hər hansı sübut əlavə etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, 2019-cu ildə onu evdən polis sahə rəisinin əli ilə çıxartmışlar. Mübahisəli evdən çıxdıqdan sonra bacısının evində yaşamağa başlamışdır. 2014-cü ilin avqust ayının 24-də mübahisəli evi İradə adlı qadından o, satın almışdır. Evə beh vermək üçün o, qayınatası Rəfail ilə birlikdə getmiş və 9000 manat vermişlər. Lakin şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığı üçün evi qayınanası olan hazırki iş üzrə İddiaçı adına rəsmiləşdirmişdir. Evin dəyərini o, ödəmişdir. Ona görə də o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb tədqiq edərək və iddia tələbinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında Cavabdeh1, X1, Cavabdeh1 Mehran oğlu və Cavabdeh2 qeydiyyatdadır. Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsində yerləşən 5 saylı binanın sakinləri tərəfindən tərtib edilmiş və onların imzaları, həmçinin Sabirabad rayon MİS-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, Cavabdeh1 və Həsəni X5 şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 saylı ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar, formal qeydiyyatda qalmışlar. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 X2 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə mürciət etmiş, iddia ərizəsini əsaslandırarkən göstərmişdir ki, onlar xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. Həmin vaxtdan özlərinə məxsus evləri olmadığına görə əvvəl kirayədə, sonradan isə Gülnarənin anasının adına rəsmiləşdirilmiş göstərdiyi evdə yaşayaraq həmin ünvanda hər ikisi qeydiyyata düşmüşlər. AZ-İ No 348680 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə qeyd edilmiş, arvada “Ələskərova” soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Mehbarə Ələsgərova Cavabdeh1 keçmiş qaynanasıdır. İddiaçı qızı Gülnarə Əliyeva ilə Cavabdeh1 2008-ci ildə nikaha daxil olmuş, onlar əvvəllər kirayədə, sonradan iddiaçının adına rəsmiləşdirilmiş evdə - Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yaşamışlar və həmin evə qeydiyyata alınmışlar. 2020-ci ildə G.Əliyeva ilə Cavabdeh1 arasında olan nikah pozulmuş, həmin zamandan onlar ayrı ünvanlarda yaşamağa başlamışlar. Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, ev 5, mənzil 5 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A- 52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdehin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyət hüuqlarını sərbəst və maneəsiz həyata keçirməsində əngəl yaratdığından, həmçinin mülkiyyətçinin mənzilinə dair Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüququnun pozulması müəyyən edildiyindən iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilindən Cavabdeh1 istifadə hüququna xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh1 Sabirabad şəhəri, Anar Məmmədov (İ.İsgəndərov) küçəsi, 5 saylı evin 5 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Sabirabad Rаyоn Məhkəməsi vаsitəsilə Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar