Məhkəmə qərarları › İş №2(056)-1114/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1114/2025

16.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1114/2025 16.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X4 iştirakı ilə, İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı «torpaq sahəsinin real bölünməsi» tələbi barədə mülki işə 16 oktyabr 2025-ci il tarixdə Sabirabad Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qarşı qarşı «torpaq sahəsinin real bölünməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN:366 seriyalı KOD 90914028 saylı Dövlət AKTı əsasında 6 nəfərdən ibarət tərkibdə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Qəzli kəndində yerləşən 1,34 ha. torpaq sahəsinin onun (iddiaçının) 1/6 (altıda bir) hissəsinə payının müəyyən edilməsi və həmin paya uyğun ölçüdən ibarət hissənin 1,34 ha. olan ümumi torpaq sahəsindən real olaraq naturada ayrılması və ayrılmış həmin hissənin istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınması, ona ayrılmış torpaq sahəsindən istifadə hüquqlarına hər hansı formada müdaxilə olunmasının cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların ailə üzvlərinə - X7, Cavabdeh3, X11, Cavabdeh1, X9 və İddiaçı oğlu da daxil olmaqla Sabirabad rayonu, Kovlar kəndində yerləşən 6 nəfərdən ibarət ailə üzvünə kənd təsərrüfatı məsulları istehsalına dair verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət AKTı Sabirabad rayonu Aqrar islahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 1,34 ha torpaq sahəsi verilmişdir. X1 xx.xx.2018-ci il tarixdə və qardaşı X11 isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Yuxarıda qeyd olunan şəxslər o da daxil mərhum valideynlərinin 1-ci növbə qanun üzrə vərəsələridirlər. Torpağa mülkiyyət hüququna dair JN:366 seriyalı KOD 90914028 saylı Dövlət AKTı əsasında 6 nəfərdən ibarət tərkibdə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Sabirabad rayonu Qəzli kəndində yerləşən 1,34 ha. torpaq sahəsinin onun 1/6 (altıda bir) hissəsinə payı müəyyən edilməlidir. Çünki, həmin paya uyğun ölçüdən ibarət hissənin 1,34 ha. olan ümumi torpaq sahəsindən real olaraq naturada ayrılmalıdır. Ona görə ki, ayrılmış həmin hissənin istifadə və sərəncamıma verilərək, onun vahid mülkiyyəti kimi tanınması zəruridir. Hətta ona ayrılmış torpaq sahəsindən istifadə hüquqlarına hər hansı formada müdaxilə olunmasının cavabdehlərə qadağan olunması zərurəti yaranmalıdır. Valideynlərdən miras qalan əmlak Sabirabad rayonu, Qəzli kəndində yerləşən 1,34 hektar torpaq sahəsindən ibarətdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X9 iddianı etiraf etmişlər. Məhkəmə hazırkı mübahisəyə aid olunan sübutları araşdırıb, tərəflərin izahatını dinləyib və onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair (JN:366 KOD:********) Dövlət AKTının surətindən görünür ki, Sabirabad rayonu, Qəzli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.34 ha. torpaq sahəsi mülkiyyətçilər X2, Cavabdeh3, X8, Cavabdeh1, X4 və İddiaçı ümumi mülkiyyətinə verilmişdir. İddiaçının iddiasına görə o, ümumilikdə 6 nəfərdən ibarət ümumi birgə mülkiyyətə verilmiş Sabirabad rayonu, Qəzli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.34 ha. torpaq sahəsinin 1/6 (altıda bir) hissəsinə onun payının müəyyən edilərək real ayrılmasını tələb edir. Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunan maddi hüquq normasının mənasına görə, ümumi əşyanın bölünməsində ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Mübahisəli torpaq sahəsinin iddiaçılara aid hissələrinin real bölünüb naturada ayrılmasının mümkünlüyünü müəyyən etmək üçün məhkəmə tərəfindən məhkəmə mühəndis-texniki ekspertiza təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri ilə birgə) məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5532№-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Torpağın mülkiyyətə verilməsinə dair (JN:366 KOD:********) Dövlət AKTı əsasında X2, Cavabdeh3, X8, Cavabdeh1, X4 və İddiaçı ümumi mülkiyyəti olan Sabirabad rayonu, Qəzli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.34 ha. torpaq sahəsinin İddiaçı tələb etdiyi 1/6 (altıda bir) hissəsinin (torpaq sahəsinin ayrlmış hissəsinə sərbəst surətdə eyni imkanlarla ayrı-ayrılıqda giriş-çıxışının təmin edilməsi şərtilə) naturada ayrılması (bölgüsü) mümkündür. Sözügedən 1.34 ha. torpaq sahəsi faktiki 1.33 ha. olmaqla iki hissədən ibarət bölgünün cizgisi və ölçüləri mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Sözügedən 1.33 ha. torpaq sahəsi iki hissədən ibarət olmaqla, 0.70 ha. torpaq sahəsinin 1/6 hissəsi 0.11666 ha. təşkil etməklə, 0.63 ha. torpaq sahəsinin 1/6 hissəsi isə 0.105 ha. təşkil etməklə naturada ayrılması (bölgüsü) texniki cəhətdən mümkündür. Torpaq sahəsinin bölgüsü texniki cəhətdən mümkündür və təyinatına uyğun tənasübsüz zərər vurmur. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/5532№-li ekspert rəyinə dair məhkəmə qeyd edir ki, ekspert rəyi mülki prosessual qanunvericiliyinin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, suallara tam olaraq cavab verilmiş və rəyin tədqiqat hissəsi ilə nəticə hissələri uyğundur. Eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsilli və ekspertiza sahəsində iş təcrübəsi də məhkəmə ekspertizası rəylərinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizası rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə Sabirabad rayonu, Qəzli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1.34 ha. torpaq sahəsi üzərində İddiaçı payının müəyyən edilməsi, həmin paya uyğun ölçüdə torpaq sahəsinin real olaraq naturada ayrılması və ayrılmış hissənin iddiaçının istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınmasının mümkünlüyü barədə mütəxəssis rəyini nəzərə alaraq, iddianın qanuni əsaslarının olmasını müəyyən edir. Beləliklə istinad olunan mütəxəssis rəyinə, qeyd olunan maddi hüquq normalarına və işin məhkəmədə araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair (JN:366, KOD:********) Dövlət AKTı əsasında X2, Cavabdeh3, X8, Cavabdeh1, X4 və İddiaçı ümumi mülkiyyətində olan Sabirabad rayonu, Qəzli kəndində yerləşən və iki hissədən (bir hissəsi 0.70 ha. və digər hissəsi 0.63 ha.) ibarət ümumilikdə 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.70 ha. hissəsinin 1/6 hissəsini təşkil edən 0.11666 ha. ölçüdə olan hissəsinə İddiaçı payı müəyyən edilməli, həmin paya uyğun 0.11666 ha. ölçüdən ibarət hissənin ümumi mülkiyyətdə olan 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.70 ha. hissəsindən real olaraq naturada ayrılmalı (İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2344/2025№-li məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuş qaydada) və ayrılmış hissənin İddiaçı istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınmalı, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair (JN:366, KOD:********) Dövlət AKTı əsasında İddiaçıvə digər ailə üzvlərinin ümumi mülkiyyətində olan Sabirabad rayonu, Qəzli kəndində yerləşən və iki hissədən (bir hissəsi 0.70 ha. və digər hissəsi 0.63 ha.) ibarət ümumilikdə 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.63 ha. hissəsinin 1/6 hissəsini təşkil edən 0.105 ha. ölçüdə olan hissəsinə İddiaçı payı müəyyən edilməli, həmin paya uyğun 0.105 ha. ölçüdən ibarət hissənin ümumi mülkiyyətdə olan 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.63 ha. hissəsindən real olaraq naturada ayrılmalı və ayrılmış hissənin İddiaçı istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınmalı, həmçinin İddiaçı ayrılmış və onun mülkiyyəti kimi tanınmış 0.11666 ha. və 0.105 ha. hissələrindən mülkiyyətçinin istifadə hüquqlarına hər hansı formada müdaxilə olunması cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qadağan edilməlidir. MPM-nın 14.2, 77.1 və 88-ci madd. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni zamanda məhkəmə MPM-nın 119.1-ci maddəsinə əsaslanaraq hesab edir ki iddia tələbləri təmin edildiyi halda ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/5532 saylı məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 AZN cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülməlidir. Göstərilənlərə və MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair (JN:366, KOD:********) Dövlət AKTı əsasında X2, Cavabdeh3, X8, Cavabdeh1, X4 və İddiaçı ümumi mülkiyyətində olan Sabirabad rayonu, Qəzli kəndində yerləşən və iki hissədən (bir hissəsi 0.70 ha. və digər hissəsi 0.63 ha.) ibarət ümumilikdə 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.70 ha. hissəsinin 1/6 hissəsini təşkil edən 0.11666 ha. ölçüdə olan hissəsinə İddiaçı payı müəyyən edilsin, həmin paya uyğun 0.11666 ha. ölçüdən ibarət hissə ümumi mülkiyyətdə olan 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.70 ha. hissəsindən real olaraq naturada ayrılsın (İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2344/2025№-li məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuş qaydada) və ayrılmış hissə İddiaçı istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınsın. Torpağın mülkiyyətə verilməsinə dair (JN:366, KOD:********) Dövlət AKTı əsasında X2, Cavabdeh3, X8, Cavabdeh1, X4 və İddiaçı ümumi mülkiyyətində olan Sabirabad rayonu, Qəzli kəndində yerləşən və iki hissədən (bir hissəsi 0.70 ha. və digər hissəsi 0.63 ha.) ibarət ümumilikdə 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.63 ha. hissəsinin 1/6 hissəsini təşkil edən 0.105 ha. ölçüdə olan hissəsinə İddiaçı payı müəyyən edilsin, həmin paya uyğun 0.105 ha. ölçüdən ibarət hissə ümumi mülkiyyətdə olan 1.34 ha. (faktiki 1.33 ha.) torpaq sahəsinin 0.63 ha. hissəsindən real olaraq naturada ayrılsın (İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 3-21-3-38/2-2344/2025№-li məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxematik planda əks olunmuş qaydada) və ayrılmış hissə İddiaçı istifadə və sərəncamına verilərək, onun vahid mülkiyyəti kimi tanınsın. Sabirabad rayonu, Qəzli kəndində yerləşən 1.34 ha. (faktiki 1.33 ha.) olan ümumi torpaq sahəsinin İddiaçı ayrılmış və onun mülkiyyəti kimi tanınmış 0.11666 ha. və 0.105 ha. hissələrindən mülkiyyətçinin istifadə hüquqlarına hər hansı formada müdaxilə olunması cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X6 qadağan edilsin. ƏN Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış xx.xx.2025-ci il tarixli 10/5532 saylı məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən xərcin əvəzi 50 manat pul vəsaiti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və X3 müştərək qaydada tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X5, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********3944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Hazırkı qətnamə Sabirabad rayonu, Qəzli kəndində yerləşən 1.34 ha. (faktiki 1.33 ha.) olan ümumi torpaq sahəsindən İddiaçı ayrılmış 0.11666 ha. və 0.105 ha. hissələrinə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar