Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1197/2025 26.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı X6 və Cavabdeh1 iştirakları ilə, İddiaçı X6 cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və X3rşı “miras əmlakda payların müəyyən edilməsi” barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və X3rşı “Miras şərikləri arasında mirasın bölüşdürülməsi” və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış, 2007-ci il buraxılışlı, mühərrik nömrəsi 8877720, ban nömrəsi XTA**********2143, Sedan tipli, tünd yaşıl rəngli, VAZ-21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onun qanun üzrə 1/5 hissəsi olaraq məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1954-cü ildə Özbəkistan, Yanqiyulda anadan olmuşadur. Mərhum X4 ilə xx.xx.1977-ci il tarixdə rəsmi nikaha girərək evlənmişlər. Birgə nikahlarından Əzizova (Mexboradze) Lola Axmedovna, X9, Cavabdeh3 və X8 adlı uşaqları anadan olmuşdur. Mərhum X4 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbindən ölmüşdür. Ölməmişdən əvvəl adına 2007-ci il buraxılışlı, mühərrik nömrəsi 8877720, ban nömrəsi XTA**********2143, Sedan tipli, tünd yaşıl rəngli, VAZ- 21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qediyyata alınmışdır. Halhazırda miras əmlakın bölünməsinə dair onunla cavabdehlər arasında mübahisə vardır. Belə ki, cavabdehlər miras əmlakın bölünməsinə dair münasibət bildirmir. Aralarında mübahisə olduğundan məsələnin notariusda həlli mümkünsüz olmuşdur. Ona görə mərhum X1 miras qalmış mirasın şərikləri arasında mirasın bölüşdürülməsi notarial qaydada müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa mərhum arvadı X2 hissəsindən onun hissəsi də müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasındai ştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdehlər X9, Cavabdeh3 və X8 məhkəmə iclasına üzrlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə məhkəmə iclasına gəlməmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və məhkəmə iclasına gəlmiş cavabdehin izahatı dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, X2 adına xx.xx.2015-ci il tarixdə 2007-ci il buraxılışlı, mühərrik nömrəsi 8877720, ban nömrəsi XTA**********2143, Sedan tipli, tünd yaşıl rəngli, VAZ-21074 minik markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbindən ölmüşdür. İş materiallarında olan nikah haqqında şəhadətnamədənin surətindən görünür ki, X11 ilə X4 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha girərək evlənmişlər. İş mteriallarına əlavə edilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Sabirabad Regional "Asan Xidmət' mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1609 saylı məktubundan görünür ki, Sabirabad ASAN xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisinə ünvanlandırdığı xx.xx.2024-cü il tarixli, 2(056)-1516/2024 nömrəli sorğunuza cavab olaraq bildirilmişdir ki, mərhum X2 vərəsələrindən hər hansı biri notariat ofisinə müraciət etmədiyindən Sabirabad regional ASAN xidmət mərkəzində vərəsəlik işi açılmamışdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehlər mərhum miras qoyan X2 əri və övladları olmaqla birinci dərəcəli vərəsələridir. Mərhum X1 2007ci il buraxılışlı, mühərrik nömrəsi 8877720, ban nömrəsi XTA**********2143, Sedan tipli, tünd yaşıl rəngli, VAZ-21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmış, tərəflər notariat orqanına müraciət etmədiyi üçün vərəsəlik işi açılmamışdır. Hazırda tərəflər arasında miras əmlak olan göstərilən avtomobildə payların müəyyən edilməsi və bölüşdürülməsi ilə ixtilaf yarandığından iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəflərin vərəsəlik hüququnun mövcudluğu və miras əmlak olan avtomobildə paylarının mövcudluğu ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İşin hallarından və sadalanan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, iddiaçı və cavabdehlər mərhum X2 birinci növbə vərəsələridir. İddiaçının miras əmlakda məcburi payların müəyyən edilməsi üzrə tələbinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında sərgilənmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. İşdən də göründüyü kimi, iddiaçı göstərilən hüququndan istifadə etməklə məcburi paylarının müəyyən edilməsi edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında sərgilənmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər. Sadalanan qanunvericilik və Plenum qərarlarının mövqeyi nəzərə alınmaqla məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbi əsaslı hesab edilməklə tərəflərin miras əmlak olan avtomobildə payları müəyyən edilməli, məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan avtomobilin bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə bilmədiyi halda tərəflərdən hər hansı birinin yenidən mirasın bölüşdürülməsi ilə bağlı (əmlakın bölüşdürülməsi mümkün olmadıqda açıq hərracda satılıb əldə edilən gəlirin paylara uyğun tərəflər arasında bölüşdürülməsi ilə bağlı) məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, prosessual qanunvericiliyin göstərilən normasının tələbləri nəzərə alınmaqla verilmiş tələb üzrə qətnamə çıxarılmalı olduğundan və qanun üzrə vərəsələrin sayı 5 nəfər olduğundan, iddia tələbi təmin edilməli, qanun üzrə vərəsələrin hər birinin miras əmlakda payları 1/5 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış, 2007-ci il buraxılışlı, mühərrik nömrəsi 8877720, ban nömrəsi XTA**********2143, Sedan tipli, tünd yaşıl rəngli, VAZ-21074 minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə X2 birinci növbə vərəsələri iddiaçı X6 1/5 hissədə, cavabdehlər Cavabdeh1 1/5 hissədə, X7 1/5 hissədə, Cavabdeh3 1/5 hissədə və X8 1/5 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1197/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1197/2025
26.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver