Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-1293/2025 25.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzilindən (yaşayış sahəsindən) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzilini o, Cavabdeh1 Əziz qızından aralarında bağlanmış xx.xx.2007-ci il tarixli, 258713 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən 14000 (on dörd min) manata satın almışdır. Qeydiyyata düşən şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 heç bir səbəb olmadan onun ünvanında qeydiyyatda qalmışlar. Hazırda ev ona məxsusdur. Onun həmin şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur. Ona görə də o, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından və onlar məlum olan sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə MPM-nin 147-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: xx.xx.2007-ci il tarixli, 258713 saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Əliyeva X7 şəhəri, H.Əliyev prospekti, ev 118, mənzil 14 ünvanında yerləşən ümumi sahəsi 81,4 kv.m olan tam mülkiyyət hüququ ilə ona məxsus olan mənzili İddiaçı 14000 (on dörd min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı üzərində mülkiyyət hüququ İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, xx.xx.2010cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzili üzərində mülkiyyət hüququ İddiaçı adına ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda Cavabdeh1, Cavabdeh2 Cavabdeh3, X8, Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X10 həmin evdə pasport qeydiyyatda qalmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə ümumiləşdirərək hesab edir ki, iddiaçının iddia tələbi onun mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğundan əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh4, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X4 Sabirabad şəhəri, H.Əliyev prospekti, 118 saylı evin 14 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-1293/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-1293/2025
25.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver