Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-22/2024 07.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quiyev Mətin Azər oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Sabirabad rayonu Muğan-Gəncəli Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X13, X14, X7, X2 qeyd edilən) «vərəsəlik üzrə keçən torpaqdan müddətsiz istifadə hüququna dair payın naturada bölünməsinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Sabirabad rayonu Muğan-Gəncəli Bələdiyyəsinə qarşı (üçüncü şəxslər X13, X14, X7, X2 qeyd edilən) «vərəsəlik üzrə keçən torpaqdan müddətsiz istifadə hüququna dair payın naturada bölünməsinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu Salmanlı kəndində yerləşən Sabirabad rayonu, X3 mülkiyyətində olan və ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıların hər birinə müvafiq olaraq məxsus olan 1/18 hissə payların, ümumilikdə 1/6 hissə payın naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddiasını onunla əsaslandırmışlar ki, Sabirabad rayonu Salmanlı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 159.985508 (ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər X8 istifadə hüququ ilə yüklü edilmişdir. xx.xx.2010-cu il tarixində o vəfat etdikdən sonra həmin sahə onun vərəsələri X15 1/6 hissə, X7 1/6 hissə, X12 1/6 hissə, X14 1/6 hissə, X13 1/6 hissə olmaqla müddətsiz istifadə hüququ paylara bölünmüşdür. Daha sonra xx.xx.2011-ci il tarixində X8 vərəsəsi X12 vəfat etmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən X4 vərəsələri irsi transmissiya qaydasında onun payına vərəsəlik hüququ əldə etmişdirlər. X4 vərəsəlik qaydasında əldə etdiyi müddətsiz istifadə hüququna dair 1/6 hissə payı ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında müvafiq olaraq 1/18 hissə paylara bölünmüşdür. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin aradılması haqqında” qanununun 33-cü maddəsinin 11-ci hissəsinə və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” AR qanununa Əlavənin 44.18-ci "əndinə əsasən Cəngan, Çiçəkli, Muğan Gəncəli və Salmanlı bələdiyyələrinin əhatə etdiyi Cəngan, Çiçəkli, Muğan Gəncəli və Salmanlı kəndlərində X11 yaranmışdır. Ona görə də iddiaçılar hazırkı iddia üzrə Sabirabad rayonu, X6 cavabdeh kimi tanımaqda haqlı olmuşdur. İddiaçıların hər biri xx.xx.2011-ci il tarixindən müvafiq olaraq 1/18 hissə olmaqla müddətsiz istifadə hüququna dair pay əldə etmələrinə baxmayaraq üçüncü şəxslər tərəfindən iddiaçılar həmin torpaq sahəsinə buraxılmır, paylarına mütənasib torpaqdan istifadə və ona sahiblik etməyə mane törədilir. Üçüncü şəxslər iddiaçıların payına mütənasib hissədən də əldə edilən qazancı mənimsəməklə əsassız varlanırlar, iddiaçıların üçüncü şəxslərlə dəfələrlə danışıqları fayda verməmiş və onlar arasındakı münasibət kəskin pisləşmişdir. Ona görə də İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Sabirabad rayonu X11nə paylara bölünmüş torpaqdan müddətsiz istifadə hüququnun naturada ayrılmasının mümkün olub-olmamasına dair xx.xx.2023-cü il tarixli, 83 nömrəli sorğu göndərilmişdir. Lakin Sabirabad rayonu X11 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli cavab məktubunda naturada ayrılmanın mümkün olub-olmamasına münasibət bildirilməmişdir. Beləliklə də iddiaçılar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında AR qanununun 11-ci maddəsinə əsasən “bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilə bilər". Vərəsəlik üzrə keçən torpaqdan müddətsiz istifadə hüququ mülkiyyətçi bələdiyyə tərəfindən verilmiş və bu hal ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini tapmışdır. Mübahisə predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən müddətsiz istifadə hüququ, hüquq sahibi tərəfindən heç kimə vəsiyyət edilməmişdir və qanun üzrə bir neçə vərəsə mövcuddur. Hazırkı iddia ərizəsində üçüncü şəxs kimi qeyd olunan digər vərəsələr iddiaçıların hüquqlarını həyata keçirmələrinə mane olduğuna və torpaqdan birgə istifadə mümkün olmadığına görə torpaq sahəsinin paylara mütənasib səkildə vərəsələr arasında natura üzrə ayrılması zərurəti meydana çıxmışdır. İddiaçılar bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsinin həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etməyə əlverişli olmasına etiraz etmir. AR Mülki Məcəlləsinin 1282-ci maddəsində qeyd edilir ki, “Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə də onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin". X16 mülkiyyətçi olmasa da həmin torpaq sahəsindən müddətsiz istifadə hüququnun miras əmlaka daxil olduğunda şübhə yoxdur. Mülki Məcəllənin 1151.1 -ci maddəsinə əsasən “Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir". İqtisadi dəyər kəsb edən, yəni pul ekvivalenti ilə ölçüləbilən şəxsə mənsub istənilən hüquqlar əmlak hüquqları olduğuna görə mübahisəli torpaqdan müddətsiz istifadə hüququ əmlak hüququdur və miras əmlaka daxildir. Belə ki, üçüncü şəxslər həmin torpaqdan istifadə nəticəsində uzun illər ərzində qazanc əldə etmişlər və halhazırda da mübahisəli torpaq sahəsinin iddiaçıların payına mənsub hissəsinə də qanunsuz sahibliyi və istifadəni həyata keçirirlər. Bu hüquq X10 bələdiyyə tərəfindən verilmiş və reyestr qeydiyyatına alınmışdır. Xüsusi hüquqda bir qayda olaraq yalnız əşya hüquqları reyestr qeydiyyata alındığına və əşya hüquqları üçün numerus clausus (məhdud say) prinsipi hakim olduğuna görə müddətsiz istifadə hüququnun xüsusi hüquqa aid əşya hüququ olmadığı bəllidir, çünki bu cür əşya hüququ müəyyən edilməmişdir. Ona görə də bu hissədə iddiaçılar hesab edir ki, müddətsiz istifadə hüququ ümumi hüquq qaydaları çərçivəsində qiymətləndirilməlidir. Lakin ümumi hüquq qaydaları istifadə hüququ üçün anlayış müəyyən etməmişdir və Sabirabad rayonu, X11 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli cavab məktubunda bu hüququn yaranması üçün əsas olan sənədlərin mövcud olmadığı bildirilmişdir. "iddiaçılar hesab edir ki, müddətsiz istifadə hüququnun bələdiyyə tərəfindən 10 ildən artıq müddət ərzində tanınması, reyestr qeydiyyatına alınması və üçüncü şəxs kimi qeyd olunan digər vərəsələrin ordan iqtisadi dəyər kəsb edən fayda hasil etmələrinə razılığı həmin hüququn miras əmlak olmasını təsdiq edir və istifadə hüququ anlayışı ümumi hüquq qaydaları çərçivəsində müəyyən edilməsə də qanunvericiliyin ümumi sistematikası və yuxarıda sadalanan hallar əsasında aşkardır ki, həmin hüquq üzrə paylara mütənasib naturada bölgünün həyata keçirilməsi mümkündür və bu hal Mülki Məcəllənin 1276-cı maddəsində əksini tapmışdır. Mülki Məcəllənin 1276-cı maddəsinə əsasən “Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma miimkün olsun və qanunla qadağan edilməsin İddiaçılar qeyd edir ki, bələdiyyə tərəfindən muris üçün tanınmış sözügedən hüquq -imumi hüquq qaydaları çərçivəsində tənzimlənsə də, vərəsəlik münasibətləri hər bir halda xüsusi hüquq (mülki qanunvericilik) qaydaları çərçivəsində qiymətləndirilməlidir və ona görə də Mülki Məcəllənin əlaqədar maddələrinə istinad etməkdə haqlıdırlar. TƏRƏFİN İZAHATİ: İddiaçı1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 və İddiaçı3 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh Sabirabad rayonu Muğan-Gəncəli Bələdiyyəsinin nümayəndəsi, həmçinin üçüncü şəxslər X13, X14, X7, X15 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Buna görə də məhkəmə cavabdeh Sabirabad rayonu Muğan-Gəncəli Bələdiyyəsinin (maraqlı şəxslər X13, X14, X7, X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM EDİLMİŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə edilmiş: Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə təkrar verilmiş AZ-İ 605665 nömrəli «Ölüm haqqında şəhadətnamə»dən görünür ki, X12 xx.xx.2011-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydi kitabında 2013-cü ilin may ayının 30-cu günündə 416 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri, 20 saylı Vəkil Bürosu tərəfindən edilən xx.xx.2023-cü il tarixli, 83 nömrəli sorğudan görünür ki, Sabirabad Rayonu Salmanlı Bələdiyyəsinin mülkiyyətində olan və X8 istifadə hüquqi ilə yüklü edilmiş Sabirabad rayonu, Salmanlı kəndində yerləşən 159.985508 ha torpaq sahəsindən istifadə hüququ xx.xx.2010-cu ildə X.Kərimovun vəfat etməsindən sonra vərəsələrinə keçmişdir. Qanuni vərəsələrdən biri hüquqlarını müdafiə etdiyi İddiaçı1 atası X12 olmuşdur. Ç.Kərimov verilən miras əmlakı qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsimləşdirmədən xx.xx.2011-ci il tarixində vəfat etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinin tələbinə uyğun olaraq Ç.Kərimova məxsus pay onun birinci növbədən olan vərəsələri- qızı İddiaçı1, oğlu İddiaçı2, arvadı İddiaçı3 irsi transmissiya qaydasında keçmişdir. Hüquqlarını müdafiyə etdiyi İddiaçı1 yüksək keyfiyyətli hüquqi yardım göstərmək məqsədi ilə aşağıda qeyd edilən məlumatların tədim edilməsi üçün müraciət edir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR qanununun 15-ci maddəsinə əsasən hüquqi yardım üçiin müraciət edən fiziki və hüquqi şəxslərin .... mənafelərini... məhkəmə digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında təmsil etmək və ... hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkilin hüquqlarıdır. Sabirabad Rayonu Salmanlı Bələdiyyəsinin mülkiyyətində olan və X8 istifadə hüquqi ilə yüklü edilmiş Sabirabad rayonu, Salmanlı kəndində yerləşən 159.985508 ha torpaq sahəsinin hansı məqsədlə (əkinçilik, bağçılıq və s.) yüklü edilməsi (istifadəyə verilməsi), yüklü edilmiş hissənin torpaq sahəsinin hansı hissəsini təşkil eməsi və onun naturada bölgüsünün mümkün olub-olmaması haqqında məlumat verməyiniz, həmin torpaq sahəsindən istifadə hüququna əsas olan müvafiq əqdin tərəfindən təsdiqlənmiş surətinin, X.Kərimova məxsus olmuş hüquqi ünvanı AZ5400, ünvan 1 Hüquqi şəxlərin Dövlət Qeydiyyatı üzrə İmişli bölgə şöbəsində “MƏDƏT” kəndli fermer təsərrüfatının qeydiyyata alınması təsdiqləyən vəsiqənin tərəfinizdən təsdiqlənmiş surətinin digər zəruri sənədlərin tərəfdən təsdiqlənmiş surətlərini yuxarıda qeyd edilən ünvanlardan birinə göndərilməsi xahiş olunur. Sabirabad rayonu, Muğangəncəli bələdiyyəsinin sədri Qabil Əliyevin xx.xx.2023-cü il tarixli, 14 nömrəli məktubundan görünür ki, Sabirabad rayonu, X11nə daxil olmuş 01 fevral 2023-cü il tarixli, 83 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli Qanununa əsasən Cəngan, Çiçəkli, Muğan Gəncəli və Salmanlı bələdiyyələrinin əhatə etdiyi Cəngan, Çiçəkli, Muğan Gəncəli və Salmanlı kəndlərində X11 yaranmışdır. Məlumat üçün bildirilmişdir ki, Salmanlı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid təxminən 160 ha kənd təsrrüfatı təyinartlı örüş torpaq sahəsinin əvvəllər X8 istifadəsində olmuşdur. 2011-ci ildə o vəfat etdikdən sonra həmin sahənin onun vərəsələri X15 1/6 hissə, X7 1/6 hissə açıq saxlanılır, İddiaçı2 1/18 hissə, İddiaçı1 1/18 hissə, X14 1/6 hissə, İddiaçı3 1/18 hissə, X13 1/6 hissə olmaqla xx.xx.2021-ci il tarixdən müddətsiz istifadə üçün paylara bölünmüş və həmin şəxslərin adlarına müvafiq çıxarış tərtib olunmuşdur. Lakin vərəsələr arasında torpaq sahəsi ilə bağlı mübahisə yarandığından torpaq sahəsinin İddiaçı1 aid hissədə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı onun X11nə daxil olmuş müraciətinə cavab olaraq torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı nər hansı ixtilaflar olarsa əmlakın naturada tanınması, əmlak üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə hər hansı şəxs tərəfindən maneçilik törədilərsə həmin şəxslərdən bu hərəkətlərə son qoyulması, həmin hərəkətlər davam etdirildikdə isə bu hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi və həmin hərəkətlərə son qoyulması barədə məhkəməyə müraciət etməsi barədə vətəndaşa cavab məktubu göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mübahisəli sahəyə dair bələdyyədə sorğuya əlavə olunmuş çıxarışdan başqa hər hansı torpaqayırma sənədləri mövcud deyil. 07 aprel 2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə vəfat etmiş oğlu – X4 vərəsələri, Bakı şəhəri, Ə.Qasımzadə küçəsi ev 72, mənzil 136-da qeydiyyatda olanlar arvadı X17, oğlu İddiaçı2 və qızı İddiaçı1dır. Onların hər biri bu miras əmlakdan 1/18 hissə (1/6:1/3=1/18) pay almalıdır. Şəhadətnamə verilən miras əmlak, vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X4 xx.xx.2010-cu ildə vəfat etmiş atası X10 məxsus hüquqi ünvanı: AZ5400 Sabirabad rayonu, Salmanlı kəndi olan, 5 saylı Ərazi Vergilər İdarəsində, xx.xx.2005-ci il tarixdə, ********** VÖEN-lə uçota alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********099800 nömrəli məktuba əsasən üzərində məhdudiyyət və yüklülük qeydə alınmamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi ŞəxslərinDövlət Qeydiyyatı üzrə xx.xx.2004-cü il tarixli qərarına əsasən adı dəyişdirilmiş “MƏDƏT” kənd fermer təsərrüfatının nizamnamə kapitalındakı 100% paydan və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 1 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmış, **********32 reyestr, ********* qeydiyyat nömrəli çıxarışda DƏDRX-dən verilmiş, xx.xx.2018-ci il tarixli, 264 nömrəli arayışa əsasən arayışın verildiyi tarixədək üzərində məhdudiyyət və yüklülük qeydə alınmamış, “MƏDƏT” kəndli fermer təsərrüfatının istifadəsində olan Sabirabad rayonu, Salmanlı kəndində yerləşən, 159.985508 ha torpaq sahəsinin üzərindəki daimi istifadə hüququndan ibarətdir. Miras əmlakın qalan 2/6 hissəsini açıq saxlanılır, 3/6 hissəsinə şəhadətnamə verilmişdir. Çıxarışdan görünür ki, X15 altıda bir hissə, X7 altıda bir hissə açıq saxlanılır, İddiaçı2 on səkkizdə bir hissə, İddiaçı1, X14 altıda bir hissə, İddiaçı3 on səkkizdə bir hissə, X13 altıda bir hissə, Hüququ yüklü edilən şəxs(şəxslər) Sabirabad Rayonu Salmanlı Bələdiyyəsi, Yüklü edilən əmlakın (əmlak hissəsinin) növü və ünvanı ünvan 5k hissəsinin) ölçüsü (torpaq sahəsinin ölçüsü hektarla, digər daşınmaz əmlakın ölçüsü kvadratmetrlə) 159.9855 ha, Yüklü edilən torpaq sahəsinin kateqoriyası Kənd təsərrüfatı təyinatlı torpaqlar, Yüklülüyün müddəti xx.xx.2021-ci il tarixdən müddətsiz, Əsas öhdəliyin mahiyyəti və icra müddəti Bakı şəhər 13 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 2V-82 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, Hüququn əvvəlki yüklülüyü altıda iki hissə açıq saxlanılır, X15 altıda bir hissə, X7 altıda bir hissə, Yüklü edilən əmlakın reyestr nömrəsi **********32, Qeydiyyat nömrəsi ********** və Qeydiyyat tarixi xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5079 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə Sabirabad rayonu, Salmanlı kəndində yerləşən Sabirabad rayonu, X3 mülkiyyətində olan və ********** qeydiyyat nömrəli, **********32 Reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X13, X14, X7, X15, İddiaçı1, İddiaçı2 və İddiaçı3 müddətsiz istifadəsinə verilmiş ümumi sahəsi 159.9855 (160.0) ha olan torpaq sahəsinin adları çəkilən şəxslərin paylarına uyğun naturada bölgüsü mümkündür. Bölgünün ölçüləri (160:6=26.67) ha və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Qərardadın ikinci sualı üzrə Sabirabad rayonu, Salmanlı kəndində yerləşən Sabirabad rayonu, X3 mülkiyyətində olan və ********** qeydiyyat nömrəli, **********32 Reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən X13, X14, X7, X15, İddiaçı1, İddiaçı2 və İddiaçı3 müddətsiz istifadəsinə verilmiş ümumi sahəsi 159.9855 (160.0) ha olan torpaq sahəsinin naturada bölgüsü mümkündür. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən hissə 26.67 ha olmaqla istifadəsinə verilə bilər. Həmin hissənin koordinatları və sxem mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5079 saylı «Ekspertiza xərclərinə dair bildiriş»dən görünür ki, ekspertiza xərclərinin dəyəri 50 manat təşkil edir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq olunmalı hüquq normaları əsasında qiymət verməklə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, Sabirabad rayonu Salmanlı kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 159.985508 (ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəllər X8 istifadə hüququ ilə yüklü edilmişdir. xx.xx.2010-cu il tarixində o vəfat etdikdən sonra həmin sahə onun vərəsələri X15 1/6 hissə, X7 1/6 hissə, X12 1/6 hissə, X14 1/6 hissə, X13 1/6 hissə olmaqla müddətsiz istifadə hüququ paylara bölünmüşdür. Daha sonra xx.xx.2011-ci il tarixində X8 vərəsəsi X12 vəfat etmiş və xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə AR Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən X4 vərəsələri irsi transmissiya qaydasında onun payına vərəsəlik hüququ əldə etmişdirlər. X4 vərəsəlik qaydasında əldə etdiyi müddətsiz istifadə hüququna dair 1/6 hissə payı ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun vərəsələri İddiaçı1, İddiaçı2 və İddiaçı3 arasında müvafiq olaraq 1/18 hissə paylara bölünmüşdür. Tərəflər arasında paylardan istifadə ilə bağlı mübahisə yarandığından hazırki tələblə məhkəməyə müraciət edilmiş, əldə edilmiş ekspert rəyi ilə payların naturada ayrılmasının mümkünlüyü müəyyən edilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Qanunun 11.1-ci maddəsinə əsasən, bələdiyyə torpaqları ümumi istifadəyə, habelə daimi və ya müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinin tələbinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən, hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Həmin Məcəllənin 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Həmin Məcəllənin 1282.1-ci maddəsinə əsasən, bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «Broniovski Polşaya qarşı» işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. Mübahisə pretmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində cöstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertə verilməli məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci və 124.2-ci maddələrində qeyd olunur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması iləəlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən cavabdehdən alınır. Odur ki, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutulub dövlət nəfinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sabirabad Rayonu Salmanlı Bələdiyyəsinin mülkiyyətində olan və X8 istifadə hüququ ilə yüklü edilmiş Sabirabad rayonu, X3 mülkiyyətində olan, Sabirabad rayonu, Salmanlı kəndində yerləşən və ********** qeydiyyat nömrəli, **********32 Reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən müddətsiz istifadəyə verilmiş ümumi sahəsi 159.9855 (160.0) ha olan torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 1/18 hissədə paylarına uyğun olmaqla, cəmi 26,67 ha olmaqla naturada ayrılmaqla iddiaçıların istifadəsinə verilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 payına düşən hissə 26.67 ha hissə torpaq sahəsi paylara uyğun olaraq iddiaçıların istifadəsinə verilərkən ayrılacaq torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun müəyyən edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat vəsait üçüncü şəxslər X13, X14, X7, X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, KOD 210005; X1, VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 01 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-22/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-22/2024
07.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver