Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2200/2024 20.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Pənahovun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi Maraqlı şəxs - Sabirabad Melioservis İdarəsinin rəhbəri Maraqlı şəxs iştirakı ilə, 5 saylı Ərazi Vergilər İdarəsinin borclu Sabirabad Melioservis İdarəsinin rəhbəri Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8651,87 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 11007,43 manat, İşsizlikdən sığorta fonduna olan 448,28 manat, icbari Tibbi Sığorta Fonduna olan 1761,18 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, BAĞİROV TAPDİQ BALAQARDAŞ OĞLU barəsində (Doğulduğu tarix xx xxxx 1968-ci il, Doğulduğu yer - AZƏRBAYCAN, SABİRABAD, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan SABİRABAD MELİOSERVİS İDARƏSİNİN (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 11007,43 manat, dövlət büdcəsinə 8651,87 manat məbləğində (o cümlədən, vergilər üzrə 7980,98 manat, faizlər üzrə 670,89 manat) , İcbari Tibbi Sığorta Fonduna 1761,18 manat, İşsizlikdən sığorta fonduna 448,23 manat olmaqla, ümumilikdə 21868,76 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü li tarixli **********253200, xx.xx.2024-cü il tarixli **********109600, xx.xx.2024-cü il tarixli **********732100, xx.xx.2024-cü il tarixli **********509600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Bağırov X2 şəhəri, M.Mirağaoğlu küçəsi ev 60-da yaşayır. Qeyd edilənlərə əsasən Sabirabad Melioservis İdarəsinin dövlət büdcəsinə olan borclarının ödənilməsini təmin etmək üçün Sabirabad Melioservis İdarəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclası zamanı maraqlı şəxs qismində dindirilmiş Maraqlı şəxs iddianı qəbul etməyərək izahatında göstərdi ki, Qəbul haqqında 29 fevral 2000-ci il tarixli 0002N°-li AKT 2000- 2023-cü illər üzrə və eləcədə 2024-cü ilin l-rübbünə aid olan bütün mühasibat sənədlər qovluqlarda provodka şəklində,idarələrlə bağlanmış müqavilələr, əmək haqqına dair hesablanmış əmək haqları kitab şəklində ,Vergilər idarəsi tərəfindən aparılmış Səyyar Vergi yoxlamaları və digər yoxlama aktları Audit və sair Aktlar, 1 nəfər X4 əmək qabiliyyətini qismən itirilməsi barədə olan 1 ədəd papka, idarənin işçilərinin son haqq-hesabı barədə olan əmək haqları.(Əmək haqqı və son haqq hesablar cədvəl formasında) akta əlavə edilir. Bundan başqa X1 cəriməsi barədə məhkəmə aktı. idarənin 05 aprel 2024-cü il tarixə Debitor və Kreditor borcları barədə məlumat Debitor borcu yoxdur Kreditor borcları =77710,40 Əmək haqqı üzrə = 33232.66 manat (Siyahı əlavə edilir) a)DSMF-işsizlik və tibbi sığorta borcu sistemdən çıxarışlar əlavə edilir =25740,63 d)Vergilər idarəsinə =16058,11 ğ)İdarənin Vergilər idarəsinin şəxsi hesab vərəqələri Akta əlavə edilir. Həmkarlar təşkilatına =2679 manat İdarənin anbar qalığı 19177,85 manat olmaqla Akt tərtib edilərək X3 İdarəsinin anbardarına təhvil verilib. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi şəxs haqqında məlumatlardan, həmçinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Sabirabad Melioservis İdarəsinin rəhbəri Bağırov X2 şəhəri, M.Mirağaoğlu küçəsi ev 60-da qeydiyyatdadır. İş materillarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli aktnda görünür ki, Qəbul haqqında 29 fevral 2000-ci il tarixli 0002N°li AKT 2000-2023-cü illər üzrə və eləcədə 2024-cü ilin l-rübbünə aid olan bütün mühasibat sənədlər qovluqlarda provodka şəklində,idarələrlə bağlanmış müqavilələr, əmək haqqına dair hesablanmış əmək haqları kitab şəklində ,Vergilər idarəsi tərəfindən aparılmış Səyyar Vergi yoxlamaları və digər yoxlama aktları Audit və sair Aktlar, 1 nəfər X4 əmək qabiliyyətini qismən itirilməsi barədə olan 1 ədəd papka, idarənin işçilərinin son haqq-hesabı barədə olan əmək haqları.(Əmək haqqı və son haqq hesablar cədvəl formasında) akta əlavə edilir. Bundan başqa X1 cəriməsi barədə məhkəmə aktı. idarənin 05 aprel 2024-cü il tarixə Debitor və Kreditor borcları barədə məlumat Debitor borcu yoxdur Kreditor borcları =77710,40 Əmək haqqı üzrə = 33232.66 manat (Siyahı əlavə edilir) a)DSMF-işsizlik və tibbi sığorta borcu sistemdən çıxarışlar əlavə edilir =25740,63 d)Vergilər idarəsinə =16058,11 ğ)İdarənin Vergilər idarəsinin şəxsi hesab vərəqələri Akta əlavə edilir. Həmkarlar təşkilatına =2679 manat İdarənin anbar qalığı 19177,85 manat olmaqla Akt tərtib edilərək X3 İdarəsinin anbardarına təhvil verilib Məhkəmə maraqı şəxsin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verililir. Həmin Məcəllənin 355-6-cı maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İş materiallarında qeyd olunur ki xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Sabirabad Melioservis İdarəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 11007,43 manat, İşsizlikdən Sığorta Fonduna 448,28 manat, ümumilikdə 8651,87 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə hazırkı ərizəyə göstərilən kontekstdən yanaşaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun müəyyən edilmə məqsədi və təyinatını, eləcə də vergi ödəyicisi kimi hüquqi şəxslərin rəhbəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixə ümumilikdə 8651,87 manat vergi borcunun yarandığını və qanunla müəyyən edilmiş müddət ərzində vergi borcunun ödənilməsi barədə vergi orqanının etdiyi xəbərdarlığın nəticəsiz qaldığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sabirabad Melioservis İdarəsinin rəhbəri xx.xx.1968-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-2200/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2200/2024
20.08.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver