Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2365/2024 23.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, İddiaçı Cavabdeh qarşı “evə köçürülmənin dayandırılması, kompensasiya verilməklə əmlakların evdən çıxaılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “evə köçürülmənin dayandırılması, kompensasiya verilməklə əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı hazırki tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunu ödəməmiş, bu barədə qəbzi iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iddiaçı cavabdehə qarşı 2022-ci ildə cehiz əşyaların çıxarılması tələbi ilə bağlı Mediasiya orqanına müraciət etmiş, xx.xx.2022-ci ildə mediasiya prosesinin davam etdirilə bilməməsi barədə mediator tərəfindən arayış verilmiş, arayışda 50 manat mediasiya xərcinin hazırki iddiaçı tərəfindən ödənilməsi öz əksini tapmış, xx.xx.2022-ci ildə iddiaçı ödənilməli olan dövlət rüsumunun ödənilməmiş hissəsi üzrə Sabirabad Rayon Məhkəməsinin hesabına 50 manat ödəmiş və hazırki iddiaya da həmin qəbzi əlavə etmişdir ki, həmin qəbzin hazırki tələb üzrə ödənilməli olan dövlət rüsumunun ödənilmiş kimi qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçı prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “evə köçürülmənin dayandırılması, kompensasiya verilməklə əmlakların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2365/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-2365/2024
23.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver