Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-2429/2025 02.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Ali Məhkəmə qərarının icrasının təmin olunması və uşaqla bağlı psixoloji ekspertiza haqqında tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhlkəməsinin 05 noyabr 2024-cü il tarixli və 2(106)- 1632/2024 nömrəli qətnaməsinin icrasının təmin olunması üçün tədbirlər görülməsi, Azyaşlı uşağın psixoloji vəziyyəti barədə rəy alınması və məhkəmənin qərarının icranın qərəzsiz şəkildə davam etdirilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Ali Məhkəmənin 05 noyabr 2024-cü il tarixli və 2(106)- 1632/2024 nömrəli qətnaməsinə əsasən azyaşlı övladı Əliyev Eldarın mənimlə-anası ilə qalmasına dair qərar çıxarılmışdır. Lakin qərarın icarı zamanı ilkin olaraq atası ilə qalmaq istədiyini bildirmiş, rayon icra hakimiyyətinin nəzdində fəaliyyət göstərən psixiloq tərəfindən rəy verilərək uşağın atasının yanında qalması məqsədə uyğun hesab edilmiş və nəticədə qətnamənin icrası dayandırılmışdır.Bu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə (məhkəmə aktlarının məcburi icra edilməsi) və 233-cü maddəsinə (qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrininicrasının təmin olunması) ziddir. Eyni zamanda, uşağın psixoloji vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə tərəfsiz müstəqil və ixtisaslı psixoloq tərəfindən müayinə olunması zəruridir. MPM -nin 84-cü maddəsinə əsasən,məhkəmə işin halları ilə bağlı rəy verilməsi üçün ekspertiza təyin edə bilər və bu halda psixolji ekspertiza zəruridir.
Məhkəmə icraat iştirakçılarının izahatları
3. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.
6. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmə qərarının icrasının təmin olunması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli “əmlakdan imtina olunduqda icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərarına əsaslanmışdır.
7. Göründüyü kimi, hazırkı işdə iddia məhkəmə qərarının icrasının təmin olunmasına əsaslanır və belə olan halda işə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir.
11. Odur ki, hazırkı işə məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya icra icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır.
12. Göstərilənləri və MPM-nin 52, 191, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı Ali Məhkəmə qərarının icrasının təmin olunması və uşaqla bağlı psixoloji ekspertiza haqqında tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı qaydasında məhkəmə qərarının icrası barədə ərizə ilə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM : Cavid Cəfərov