Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2430/2025 18.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakının çıxarılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ümumi sahəsi 127,5 kv.m olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. Sabirabad rayon İcra Hakimiyyəti Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-70-23/2-230/2025 saylı arayışdan görünür ki, iddiaçı Mahmudov X1 rayonu, Muradbəyli kəndində yaşayır.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən 127.5 kv.m ölçüdə olan ********** çıxarış nömrəli evdən Cavabdeh məxsus: 3 qoşa qapılı yataq otağı üçün şfaner 1 ədəd, taxt yataq 1 ədəd, tumucka 2 ədəd, gecə lampası 2 ədəd, seravant 1 ədəd, termo, kiçik oturacaq 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, xalça (2x3, 4x3) 2 ədəd, döşək tək adamlıq 4 ədəd, yorğan tək adamlıq 6 ədəd, yastıq 8 ədəd, döşəkcə 6 ədəd, yorğan taxt üçün 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq taxt üçün 2 ədəd, taxt üstü dəst (pakrıval, mütəkkə, iki balış) 1 ədəd, taxt üstü üçün adiyal 1 ədəd, tək adamlıq ədyal 1 ədəd, asılqan 6 ədəd, yastıq balaca 5 ədəd, dəsmal 1 ədəd, dəsmal dəsti 1 ədəd, bədən dəsmalı 2 ədəd, yastıq çxolu 16 ədəd, yorğan çxolu 12 ədəd, prastina 14 ədəd, stol üstü süfrə 5 ədəd, pərdə 5 ədəd, stol 1 ədəd, stul 6 ədəd, ütü 1 ədəd, ütü stolu 1 ədəd, sərinkeş 1 ədəd, televizor 1 ədəd, televizor altlığı 1 ədəd, DVD 1 ədəd, lüstür 1 ədəd, ət cəkən maşın 1 ədəd, ləpəçəkən 1 ədəd, böyük vaz 9 ədəd, ləpə qabı 2 ədəd, kiçik vaz 2 ədəd, dolca dəsti (6 bakal) 2 ədəd, külqabı 1 ədəd, böyük bakal 18 ədəd, kiçik bakal 6 ədəd, rumka 10 ədəd, armudu stəkan (nəlbəki) 6 ədəd, abedni dəst 2 ədəd, çay dəsti 2 ədəd, tok somavarı 1 ədəd, dəmir çaynik 2 ədəd, güldan xrüstal 1 ədəd, dolca dəsti (6 stəkanı) 1 ədəd, stəkan 4 qutu, boşqab 6 ədəd, ləpəqabı (böyük) 1 ədəd, vedrə 1 ədəd, külqabı 2 ədəd, termus 1 ədəd, böyük cugun qazan (xamır qazanı) 1 ədəd, susler (balonu) 1 ədəd, çörək bişirən 1 ədəd, ayaq (oxlov) 1 ədəd, qaşıq çamadanı (qaşıq vilka dəsti) 1 ədəd, kasa 16 ədəd, masqura 6 ədəd, nəlbəki 10 ədəd, nəlbəki 24 ədəd, boşqab 24 ədəd, plastik qab 5 ədəd, tava 1 ədəd, qazan 1 ədəd, bıçaq 2 ədəd, qayçı 1 ədəd, katlet çevirən 1 ədəd, kəpkir 1 ədəd, kartof doğrayan 1 ədəd, çömçə 2 ədəd, qaşıq 1 ədəd, su stəkanı 5 ədəd, çaydan 1 ədəd, kruşka (nəlbəki) 6 ədəd, süpürgə 2 ədəd, xəkəndaz 1 ədəd, taxta qaşıq 6 ədəd, çörək qabı 4 ədəd, tefal qazan 2 ədəd, stəkan 7 ədəd, nəlbəki 4 ədəd, tava 1 ədəd, böyük qazan 2 ədəd, kiçik qazan 1 ədəd, boşqab 17 ədəd, su stəkanı 16 ədəd, masqura 6 ədəd, qaşıq 5 ədəd, qəndqabı 13 ədəd, salfetka qabı 2 ədəd, rumka 6 ədəd, razetka (limon) 6 ədəd, xrustal kuruşka 6 ədəd, saat 1 ədəd, podnis 4 ədəd, stolüstü goz muncuğu 1 ədəd, ləpə qabı (kiçik) 2 ədəd, soğan çəkən 1 ədəd, çuğun qazan 1 ədəd, külqabı 1 ədəd, su dolçası 1 ədəd, çaynik 1 ədəd, süzgəç 1 ədəd, ət çəkən 1 ədəd, vilka 19 ədəd, qoz sındıran 1 ədəd, xiyar soyan 1 ədəd, böyük qaşıq 19 ədəd, meyvə bıçağı 10 ədəd, bulud qaşığı 4 ədəd, taxta qaşıq 2 ədəd, kiçik qaşıq 7 ədəd, saxsı qaşıq 7 ədəd, plastik qaşıq 5 ədəd, stolüstü vaz 1 ədəd, qəfədan 2 ədəd, çamadan 2 ədəd, teşt 1 ədəd, güldan və gül 1 ədəd, vedrədə gül (güldan) 1 ədəd, kuxna mebeli 1 ədəd, plastik zibil qabı 1 ədəd, xaladelnik 1 ədəd, spalni 1 ədəd, serevant 1 ədəd cehiz əmlaklarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ümumi sahəsi 127,5 kv.m olan fərdi yaşayış evinin 16,05.2024-cü il tarixində onun adına qeydə alınması barədə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Müvəqqəti icazəsi ilə yuxarıda göstərilən yaşayış evində qardaşı Babaşov Barıs Mirzəkişi oğlu və keçmiş ailəsi bir müddət yaşamışlar. Həmin evlə bağlı Babaşov Baris Mirzəkişi oğlunun və keçmiş ailəsinin heç bir mülkiyyət hüququ olmamışdır. Cavabdeh gəlin gələrkən özünə məxsus cehiz əşyalarını gətirmişdir. Həmin cehiz əşyaları evinin bir otağına yığılıb və bağlı vəziyyətdə saxlanlır. Hal-hazırda həmin əşyalar evdə yaşamağına yer tutumu baxımından narahatçılıq yaradır. Gələcəkdə hər hansı bir təbbi fəlakət baş verərsə, həmin cehiz əşyalarının yararsız hala düşmə ehtimalı çoxdur. Ona görə də, Cavabdeh məxsus əşyaların həmin evdən götürülməsi vacibdir. Dəfələrlə cavabdehə həmin cehiz əşyalarının götürülməsini tələb etsə də, lakin bu günə qədər həmin cehiz əşyalarını ona məxsus evdən götürməmişdir. Belə olan halda məhkəməyə evin boşaldılmasına dair iddia ərizəsi ilə müraciət etmək barədə qərara gəlmişdir.
b) iddiaya qarşı etiraz
5. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi ərizə təqdim edərək, iclasın onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, əvvəlki məhkəmə iclaslarında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşdəki sübutlarla müəyyən olunur ki, Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ümumi sahəsi 127,5 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının qardaşı və cavabdeh ailə olduqları müddətdə həmin mənzildə yaşamışlar, nikah pozulduqdan sonra isə cavabdeh mənzili tərk etmişdir.
12. Hazırda isə iddiaçı onun mülkiyyətdində olan mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edir.
13. Məhkəmə işin faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddiaçıya məxsus mənzildə cavabdehin əşyalarının olduğu cavabdeh və onun nümayəndəsi tərəfindən əvvəlki məhkəmə iclaslarında verilən izahatlarla öz təsdiqini tapır.
15. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Məhkəmə cavabdehin Şirvan İnzibati Məhkəməsinin icraatında 2-1(120)- 4416/2025 nömrəli inzibati iş üzrə mübahisə predmeti olan yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında iddianın olması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, 1(120)-4416/2025 nömrəli inzibati iş üzrə isə Sabirabad rayonu Qasımbəyli Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 0,12 ha həyətyanı torpaq sahəsinin satılması barədə xx.xx.2024-cü il tarixli «Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi»nin etibarsız sayılması ilə bağlıdır. Hazırkı mülki iş üzrə cehiz əşyalarının çıxarılması ilə bağlı iddia tələbinin təmin və ya rədd olunmasına maneə olan hal mövcud deyil. Bu hal hazırkı vəziyyətdə mülkiyyətçi olan şəxsin hüquqlarını məhdudlaşdırmaqla faktiki olaraq onun mülkiyyət hüquqlarını həyata keçirməsinə və əmlakından istifadəsinə maneə yaradır.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: 3 qoşa qapılı yataq otağı üçün şfaner 1 ədəd, taxt yataq 1 ədəd, tumucka 2 ədəd, gecə lampası 2 ədəd, seravant 1 ədəd, termo, kiçik oturacaq 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, xalça (2x3, 4x3) 2 ədəd, döşək tək adamlıq 4 ədəd, yorğan tək adamlıq 6 ədəd, yastıq 8 ədəd, döşəkcə 6 ədəd, yorğan taxt üçün 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq taxt üçün 2 ədəd, taxt üstü dəst (pakrıval, mütəkkə, iki balış) 1 ədəd, taxt üstü üçün adiyal 1 ədəd, tək adamlıq ədyal 1 ədəd, asılqan 6 ədəd, yastıq balaca 5 ədəd, dəsmal 1 ədəd, dəsmal dəsti 1 ədəd, bədən dəsmalı 2 ədəd, yastıq çxolu 16 ədəd, yorğan çxolu 12 ədəd, prastina 14 ədəd, stol üstü süfrə 5 ədəd, pərdə 5 ədəd, stol 1 ədəd, stul 6 ədəd, ütü 1 ədəd, ütü stolu 1 ədəd, sərinkeş 1 ədəd, televizor 1 ədəd, televizor altlığı 1 ədəd, DVD 1 ədəd, lüstür 1 ədəd, ət cəkən maşın 1 ədəd, ləpəçəkən 1 ədəd, böyük vaz 9 ədəd, ləpə qabı 2 ədəd, kiçik vaz 2 ədəd, dolca dəsti (6 bakal) 2 ədəd, külqabı 1 ədəd, böyük bakal 18 ədəd, kiçik bakal 6 ədəd, rumka 10 ədəd, armudu stəkan (nəlbəki) 6 ədəd, abedni dəst 2 ədəd, çay dəsti 2 ədəd, tok somavarı 1 ədəd, dəmir çaynik 2 ədəd, güldan xrüstal 1 ədəd, dolca dəsti (6 stəkanı) 1 ədəd, stəkan 4 qutu, boşqab 6 ədəd, ləpəqabı (böyük) 1 ədəd, vedrə 1 ədəd, külqabı 2 ədəd, termus 1 ədəd, böyük cugun qazan (xamır qazanı) 1 ədəd, susler (balonu) 1 ədəd, çörək bişirən 1 ədəd, ayaq (oxlov) 1 ədəd, qaşıq çamadanı (qaşıq vilka dəsti) 1 ədəd, kasa 16 ədəd, masqura 6 ədəd, nəlbəki 10 ədəd, nəlbəki 24 ədəd, boşqab 24 ədəd, plastik qab 5 ədəd, tava 1 ədəd, qazan 1 ədəd, bıçaq 2 ədəd, qayçı 1 ədəd, katlet çevirən 1 ədəd, kəpkir 1 ədəd, kartof doğrayan 1 ədəd, çömçə 2 ədəd, qaşıq 1 ədəd, su stəkanı 5 ədəd, çaydan 1 ədəd, kruşka (nəlbəki) 6 ədəd, süpürgə 2 ədəd, xəkəndaz 1 ədəd, taxta qaşıq 6 ədəd, çörək qabı 4 ədəd, tefal qazan 2 ədəd, stəkan 7 ədəd, nəlbəki 4 ədəd, tava 1 ədəd, böyük qazan 2 ədəd, kiçik qazan 1 ədəd, boşqab 17 ədəd, su stəkanı 16 ədəd, masqura 6 ədəd, qaşıq 5 ədəd, qəndqabı 13 ədəd, salfetka qabı 2 ədəd, rumka 6 ədəd, razetka (limon) 6 ədəd, xrustal kuruşka 6 ədəd, saat 1 ədəd, podnis 4 ədəd, stolüstü goz muncuğu 1 ədəd, ləpə qabı (kiçik) 2 ədəd, soğan çəkən 1 ədəd, çuğun qazan 1 ədəd, külqabı 1 ədəd, su dolçası 1 ədəd, çaynik 1 ədəd, süzgəç 1 ədəd, ət çəkən 1 ədəd, vilka 19 ədəd, qoz sındıran 1 ədəd, xiyar soyan 1 ədəd, böyük qaşıq 19 ədəd, meyvə bıçağı 10 ədəd, bulud qaşığı 4 ədəd, taxta qaşıq 2 ədəd, kiçik qaşıq 7 ədəd, saxsı qaşıq 7 ədəd, plastik qaşıq 5 ədəd, stolüstü vaz 1 ədəd, qəfədan 2 ədəd, çamadan 2 ədəd, teşt 1 ədəd, güldan və gül 1 ədəd, vedrədə gül (güldan) 1 ədəd, kuxna mebeli 1 ədəd, plastik zibil qabı 1 ədəd, xaladelnik 1 ədəd, spalni 1 ədəd, serevant 1 ədəd İddiaçı məxsus olan Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ümumi sahəsi 127,5 kv.m olan fərdi yaşayış evindən çıxarılmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: 3 qoşa qapılı yataq otağı üçün şfaner 1 ədəd, taxt yataq 1 ədəd, tumucka 2 ədəd, gecə lampası 2 ədəd, seravant 1 ədəd, termo, kiçik oturacaq 1 ədəd, divan 1 ədəd, kreslo 2 ədəd, xalça (2x3, 4x3) 2 ədəd, döşək tək adamlıq 4 ədəd, yorğan tək adamlıq 6 ədəd, yastıq 8 ədəd, döşəkcə 6 ədəd, yorğan taxt üçün 1 ədəd, döşək taxt üçün 1 ədəd, yastıq taxt üçün 2 ədəd, taxt üstü dəst (pakrıval, mütəkkə, iki balış) 1 ədəd, taxt üstü üçün adiyal 1 ədəd, tək adamlıq ədyal 1 ədəd, asılqan 6 ədəd, yastıq balaca 5 ədəd, dəsmal 1 ədəd, dəsmal dəsti 1 ədəd, bədən dəsmalı 2 ədəd, yastıq çxolu 16 ədəd, yorğan çxolu 12 ədəd, prastina 14 ədəd, stol üstü süfrə 5 ədəd, pərdə 5 ədəd, stol 1 ədəd, stul 6 ədəd, ütü 1 ədəd, ütü stolu 1 ədəd, sərinkeş 1 ədəd, televizor 1 ədəd, televizor altlığı 1 ədəd, DVD 1 ədəd, lüstür 1 ədəd, ət cəkən maşın 1 ədəd, ləpəçəkən 1 ədəd, böyük vaz 9 ədəd, ləpə qabı 2 ədəd, kiçik vaz 2 ədəd, dolca dəsti (6 bakal) 2 ədəd, külqabı 1 ədəd, böyük bakal 18 ədəd, kiçik bakal 6 ədəd, rumka 10 ədəd, armudu stəkan (nəlbəki) 6 ədəd, abedni dəst 2 ədəd, çay dəsti 2 ədəd, tok somavarı 1 ədəd, dəmir çaynik 2 ədəd, güldan xrüstal 1 ədəd, dolca dəsti (6 stəkanı) 1 ədəd, stəkan 4 qutu, boşqab 6 ədəd, ləpəqabı (böyük) 1 ədəd, vedrə 1 ədəd, külqabı 2 ədəd, termus 1 ədəd, böyük cugun qazan (xamır qazanı) 1 ədəd, susler (balonu) 1 ədəd, çörək bişirən 1 ədəd, ayaq (oxlov) 1 ədəd, qaşıq çamadanı (qaşıq vilka dəsti) 1 ədəd, kasa 16 ədəd, masqura 6 ədəd, nəlbəki 10 ədəd, nəlbəki 24 ədəd, boşqab 24 ədəd, plastik qab 5 ədəd, tava 1 ədəd, qazan 1 ədəd, bıçaq 2 ədəd, qayçı 1 ədəd, katlet çevirən 1 ədəd, kəpkir 1 ədəd, kartof doğrayan 1 ədəd, çömçə 2 ədəd, qaşıq 1 ədəd, su stəkanı 5 ədəd, çaydan 1 ədəd, kruşka (nəlbəki) 6 ədəd, süpürgə 2 ədəd, xəkəndaz 1 ədəd, taxta qaşıq 6 ədəd, çörək qabı 4 ədəd, tefal qazan 2 ədəd, stəkan 7 ədəd, nəlbəki 4 ədəd, tava 1 ədəd, böyük qazan 2 ədəd, kiçik qazan 1 ədəd, boşqab 17 ədəd, su stəkanı 16 ədəd, masqura 6 ədəd, qaşıq 5 ədəd, qəndqabı 13 ədəd, salfetka qabı 2 ədəd, rumka 6 ədəd, razetka (limon) 6 ədəd, xrustal kuruşka 6 ədəd, saat 1 ədəd, podnis 4 ədəd, stolüstü goz muncuğu 1 ədəd, ləpə qabı (kiçik) 2 ədəd, soğan çəkən 1 ədəd, çuğun qazan 1 ədəd, külqabı 1 ədəd, su dolçası 1 ədəd, çaynik 1 ədəd, süzgəç 1 ədəd, ət çəkən 1 ədəd, vilka 19 ədəd, qoz sındıran 1 ədəd, xiyar soyan 1 ədəd, böyük qaşıq 19 ədəd, meyvə bıçağı 10 ədəd, bulud qaşığı 4 ədəd, taxta qaşıq 2 ədəd, kiçik qaşıq 7 ədəd, saxsı qaşıq 7 ədəd, plastik qaşıq 5 ədəd, stolüstü vaz 1 ədəd, qəfədan 2 ədəd, çamadan 2 ədəd, teşt 1 ədəd, güldan və gül 1 ədəd, vedrədə gül (güldan) 1 ədəd, kuxna mebeli 1 ədəd, plastik zibil qabı 1 ədəd, xaladelnik 1 ədəd, spalni 1 ədəd, serevant 1 ədəd İddiaçı məxsus olan Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən ümumi sahəsi 127,5 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM : Cavid Cəfərov