Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-253/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 Azər oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3204.88 manat, İşsizlikdən sığorta fonduna olan 9.78 manat, İcbari Tibbi Sığorta Fonduna olan 19.54 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan Əhmədabad X2 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3204,88 manat, İşsizlikdən sığorta fonduna 9,78 manat, İcbari Tibbi Sığorta Fonduna 19,54 manat olmaqla, ümumilikdə 3234,2 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli **********178900 nömrəli və xx.xx.2022-ci il tarixli **********177200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən qeyd edilən hüquqi şəxsin icra orqanının rəhbəri Nəzirli X6 rayonu, Əhmədabad kəndi ünvanında yaşayır. PROSESSUAL MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və hüquqi şəxsin rəhbəri Maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: Ərizəyə əlavə olunmuş: Əhmədabad X2 (VÖEN: **********) «Şəxsi hesab vərəqəsi»ndən çıxarışdan görünür ki, hüquqi şəxsin icra orqanın rəhbəri Məmmədəli Nəzirovdur. xx.xx.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi Baş İdarəsinin rəisi Məhəmməd Yunusov Maraqlı şəxs yaranmış borcla bağlı xəbərdarlıq ünvanlamış, borc ödənilmədiyi halda Maraqlı şəxs onun ölkədən getmək hüququnun məhdudlaşdırılması məqsədi ilə məhkəməyə müraciət ediləcəyi vurğulanmışdır. Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış Sabirabad Rayon Qeydiyyat şöbəsi X1 Reystrindən Çıxarışdan görünür ki, X2 əvvəlki qanuni təmsilçisi Maraqlı şəxs, hazırki qanuni təmsilçisi X4. Qeyd edilən dəyişikliyin tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-3051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi geri qaytarılmış, qərardadın məzmununda ictimai birliyin rəhbərinin hazırki ərizə üzrə maraqlı şəxs olan Maraqlı şəxs deyil, X5ması göstərilmişdir. SUBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-6-cı maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Maraqlı şəxs hmədabad X2 əvvəlki qanuni təmsilçisi olmuş, hazırki qanuni təmsilçisi isə X4. Bu dəyişiklik xx.xx.2022-ci il tarixində həyata keçirilmiş və dövlət qeydiyyatına alınmışdır. Maraqlı şəxs isə xəbərdarlıq həmin tarixdən sonra xx.xx.2022-ci il tarixində ünvanlanmışdır. Halbuki, xəbərdarlıq ünvanlanan zaman Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri olmamışdır. Bununla yanaşı, hazırki tələblə məhkəməyə müraciət edilərkən, ərizəçi ərizəsinə Maraqlı şəxs hüquqi şəxsin icra orqanının rəhbəri olması barədə hər hansı bir sübut məhkəməyə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq və sadalanan qanunvericilik aktlarının müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi tələbinin əsası kimi istinad etdiyi dəlili sübut edə bilmədiyinə, həmçinin tələbi işin faktiki hallarına uyğun gəlmədiyinə görə ərizə əsassız hesab ediərək təmin edilməməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-253/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-253/2023
12.01.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver