Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2562/2025 24.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildən, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 (yaşayış sahəsindən) cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlunun, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X3 və xx.xx.2013-cü il təvəllüdlü X6, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi, 57 saylı evdə qeydiyyatda olsa da, Sabirabad şəhəri, H.Əliyev prospekti, 62 saylı evin 11 saylı mənzilində yaşayır. Evində qeydiyyatda olan şəxslər Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlu, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X7 və xx.xx.2013-cü il təvəllüdlü X11, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X8 evi satın aldığı zamandan onun evində qeydiyyatda qalmışlar. Onun həmin şəxslərlə hər hansı qohumluq əlaqəsi yoxdur. Göstərilən şəxslərin onun evində qeydiyyatda qalması mülkiyyətçi olaraq onun mənzilinə sahiblik və istifadə hüququnu pozur. Həmin şəxslərin evindən qeydiyyatdan çıxarılması ilə bağlı Sabirabad RPŞ-yə müraciət etmiş, orada ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından və onlar məlum olan sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə MPM-nin 147-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildə, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 ünvanı üzərində mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildə, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 ünvanında Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlu, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X7 və xx.xx.2013-cü il təvəllüdlü X11, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X8 qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildə, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 ünvanı üzərində mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlu, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X7 və xx.xx.2013-cü il təvəllüdlü X11, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X10 və xx.xx.2021-ci il təvəllüdlü X8 həmin evdə pasport qeydiyyatda qalmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə ümumiləşdirərək hesab edir ki, iddiaçının iddia tələbi onun mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğundan əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildən, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 ünvanından cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlunun, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X3 və xx.xx.2013-cü il təvəllüdlü X6, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə Cavabdeh6, Cavabdeh4, Cavabdeh2 oğlunun, Cavabdeh1, Cavabdeh5, onun övladları xx.xx.2010-cu il X3 və xx.xx.2013-cü il təvəllüdlü X6, Cavabdeh3, onun övladları xx.xx.2015-ci il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X4 Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 62, 11 saylı mənzildən, yeni qaydalarla: Sabirabad şəhəri, H.Əliyev prospekti, giriş 468, M3, m1 ünvanından yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2562/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2562/2025
24.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver