Məhkəmə qərarları › İş №2(056)-2586/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2586/2024

25.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2586/2024 25.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 ona məxsus Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı evin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı ev mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzilə dair adına xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. O, qeyd edilən mənzili əvvəlki mülkiyyətçi Cavabdeh6 rəsmi alqı-satqı yolu ilə xx.xx.2024-cü ildə almışdır. Cavabdehlər mənzil satılanadək göstərilən mənzilin sakinləri olublar, yəni bu mənzildə yaşayıblar. Ona qədərki mülkiyyətçi Cavabdeh6 olmuş, digər cavabdehlər isə onun ailə üzvləridir. Əvvəlki mülkiyyətçi və ailə üzvləri onun mənzilində faktiki olaraq yaşamasalar da, qeydiyyatdan çıxmamışlar. Onların qeydiyyatı formal xarakter daşıyır və könüllü gələrək qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlər və onların övladları təsadüfi şəxslər olmadığından və əvvəlki mülkiyyətçinin ailə üzvləri olduğundan və ev onun mülkiyyətinə keçənə qədər bu evdə yaşadıqlarından onların onun evində yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün iddia qaldırmışdır. Əgər onlar təsadüfi şəxslər olsa idi, inzibati məhkəmədə iddia qaldırardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından və onların məlum olan sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadığından məhkəmə MPM-nin 147-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı ev üzərində mülkiyyət hüququ İddiaçının adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı evdə X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü X5, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qeydiyyatdadır. AN-İ No ******* nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh6 mülkiyyətində olan Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı evi 25000 manata İddiaçı satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı ev üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü X5, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 həmin evdə pasport qeydiyyatda qalmaqdadırlar. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə ümumiləşdirərək hesab edir ki, iddiaçının iddia tələbi onun mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğundan əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı evdən cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 istifadə hüququ itirilmiş hesab edilsin. Hazırkı qətnamə X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, xx.xx.2019-cu il təvəllüdlü X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Sabirabad şəhəri, Məhəmməd Füzuli küçəsi, 35 saylı evdən yaşayış yeri üzrə qeydiyyatının ləğvi üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar