Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2588/2024 27.09.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, məsləhətçi Mətin Azər oğlu Quliyevin katibliyi ilə, 5 saylı Ərazi Vergilər İdarəsinin borclu Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonu X2 Sosial Müdafiə Fonduna olan 3645,57 manat, İcbari Tibbi Sığorta Fonduna olan 77,45 manat, ümumilikdə 3723,02 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 3645,57 manat, icbari tibbi sığorta fonduna olan 77,45 manat, ümumilikdə 3723,02 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Mirəliyev X1 rayonu, Xəlfəli kəndində yaşayır. Qeyd edilənlərə əsasən Sabirabad rayonu X2 büdcəsinə olan borclarının ödənilməsini təmin etmək üçün Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi və maraqlı şəxs Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi şəxs haqqında məlumatlardan, həmçinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin rəhbəri Mirəliyev X1 rayonu Xəlfəli kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verililir. Həmin Məcəllənin 355-6-cı maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. İş materiallarında qeyd olunur ki xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 3645,57 manat, İcbari Tibbi Sığorta Fonduna 77,45 manat, ümumilikdə 3723,02 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə hazırkı ərizəyə göstərilən kontekstdən yanaşaraq, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması institutunun müəyyən edilmə məqsədi və təyinatını, eləcə də vergi ödəyicisi kimi hüquqi şəxsin rəhbəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixə ümumilikdə 3723,02 manat vergi borcunun yarandığını və qanunla müəyyən edilmiş müddət ərzində vergi borcunun ödənilməsi barədə vergi orqanının etdiyi xəbərdarlığın nəticəsiz qaldığını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Sabirabad rayonu Şəhriyar Bələdiyyəsinin rəhbəri xx.xx.1994-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-2588/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-2588/2024
27.09.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver