Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-2924/2025 15.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Verdilər İdarəsinin Maraqlı şəxs olmaqla icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Sabirabad rayonunun X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 266,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 4217,35 manat olmaqla, ümumilikdə 4483,59 manat borcu vardır.
2. xx.xx.2025-ci il tarixli **********965800, xx.xx.2025-ci il tarixli **********663000 nömrəli bildirişlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən göndərilmişdir.
Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) Ərizə tələbi
3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 4217,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 266,24 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix – xx xxxxxxx 1957-ci il, Doğulduğu yer - Azərbaycan, Sabirabad, Muğan Gəncəli K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizənin əsaslarına görə, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN X1 (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 266,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 4217,35 manat olmaqla, ümumilikdə 4483,59 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********965800, xx.xx.2025-ci il tarixli **********663000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
b) ərizəyə etiraz
5. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.
a) məhkəmə icraat iştiakçılarının izahatları
6. Məhkəmə iclasında maraqlı şəxs qeyd edilən borcu 15 gün müddətinə ödəyəcəyini bildirdi.
7. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; Maddə 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək, vergi orqanlarının hüququdur.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 25.3. ümumi məhkəmələr bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə baxırlar; Maddə 305.1.12. məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır; Maddə 355-5.1. vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 355-5.2. ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; Maddə 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-7.3. işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; Maddə 355-7.4. vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; Maddə 234.1. qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, vergi ödəyicisi olan Azərbaycan Respublikası Sabirabad Rayonunun X1 icra orqanının rəhbəri Əliyev X2 rayonu, Muğan Çiçəkli kəndi ünvanında rəsmi qeydiyyatdadır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən, Azərbaycan Respublikası Sabirabad Rayonunun X1 İcbari Tibbi Sığorta Fonduna 266,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 4217,35 manat olmaqla, ümumilikdə 4483,59 manat təşkil edir. Ərizəçi orqan vergi ödəyicisi olan hüquqi şəxsə bildiriş göndərərək, vergi borcunu 5 gün müddətində ödəmədiyi halda, qanunvericiliklə müəyyən olunmuş tədbirlərin görüləcəyi barədə onu xəbərdar etmişdir.
12. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi olan fiziki şəxsin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi, yəni hesablanmış vergilər üzrə borcu ödəməməsi məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, həmin öhdəliklərinin icrasını təmin etmək üçün hazırkı iş üzrə maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
13. Göstərilənləri və MPM-in 216-220, 227, 234, 355-4, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizə təmin edilsin. Vergi ödəyicisi olan Azərbaycan Respublikası Sabirabad Rayonunun X1 ümumilikdə 4483,59 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs (doğulduğu tarix xx xxxxxxx 1957-ci il, doğulduğu yer - Azərbaycan, Sabirabad rayonu, Muğan Gəncəli kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim: Cavid Cəfərov