Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 2(056)-3167/2024 24.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Səlim Məhərrəm oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Baxışova (Tağıyeva) Afət Araz qızının iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və Baxışova (Tağıyeva) Afət Araz qızının Cavabdeh qarşı «mülkiyyətə verilmiş pay torpağının bölünüb ayrılaraq iddiaçılara verilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və Baxışova (Tağıyeva) Afət Araz qızı Cavabdeh qarşı «mülkiyyətə verilmiş pay torpağının bölünüb ayrılaraq iddiaçılara verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar video görüntü ilə keçirilmiş məhkəmə iclasında müraciət edərək, iddia tələbinin baxılmamış saxlanılması sənədlərinin özlərinə geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və Baxışova (Tağıyeva) Afət Araz qızının Cavabdeh qarşı «mülkiyyətə verilmiş pay torpağının bölünüb ayrılaraq iddiaçılara verilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-3167/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №2(056)-3167/2024
24.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver