Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3169/2024 03.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin, Maraqlı şəxs barəsində olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi əsasında mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edərək hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan hüquqi şəxs «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün İcbari Tibbi Sığorta Fonduna 1335,52 (bir min üç yüz otuz beş manat, 52 qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 5121,7 ( beş min yüz iyirmi bir manat, 70 qəpik) manat olmaqla ümumilikdə 6457,22 (altı min dörd yüz əlli yeddi manat, 22 qəpik) manat vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ» nin rəhbəri Maraqlı şəxsdur və o, Sabirabad rayonu Mürsəlli kəndində yaşayır. Qeyd olunanları nəzərə alaraq «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Maraqlı şəxs 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Süleymanov Elməddin Nizaməddin oğlu ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 5 saylı Ərazi Vergilər İdarəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında izahat verən Maraqlı şəxs ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin yaranmış vergi borcu ilə bağlı tələbini qəbul edərək bildirdi ki, ərizədə göstərilən İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borclar o, bələdiyyə sədri olmazdan öncə, yəni 2019-cu ilə qədər yaranmış borclardır. Onun bələdiyyə sədri olduğu müddət ərzində kənd camaatı 1500 manat məbləğində ödənişlər etmişdir, qalan vergi borcu da ödəniləcəkdir. Maraqlı şəxs izahatına əlavə olaraq 5 saylı Ərazi Vergilər İdarəsinin onun barəsində olan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi ilə bağlı heç bir etirazının olmadığını bildirdi. İşdə olan İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borcların ödənilməsi tələbi ilə bağlı bildirişlərdən görünür ki, «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nə tələb olunan borcların 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin rəhbəri Maraqlı şəxsdur. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin İcbari Tibbi Sığorta Fonduna 1335,52 (bir min üç yüz otuz beş manat, 52 qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 5121,7 ( beş min yüz iyirmi bir manat, 70 qəpik) manat olmaqla ümumilikdə 6457,22 ( altı min dörd yüz əlli yeddi manat, 22 qəpik) manat vergi borcu vardır. Məhkəmə ərizəyə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin İcbari Tibbi Sığorta Fonduna 1335,52 (bir min üç yüz otuz beş manat 52 qəpik) manat, Dövlət Sosial Müdafiə Fonduna 5121,7 ( beş min yüz iyirmi bir manat 70 qəpik) manat olmaqla ümumilikdə 6457,22 ( altı min dörd yüz əlli yeddi manat, 22 qəpik) manat vergi borcu olduğundan və «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin rəhbəri Maraqlı şəxs Sabirabad rayonu Mürsəlli kəndində yaşadığından, ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilərək «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. «AZƏRBAYCAN RESPUBLİKASİ SABİRABAD RAYONUNUN ULACALİ BƏLƏDİYYƏSİ»nin rəhbəri, xx xxxx 1944-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(056)-3169/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3169/2024
03.12.2024 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver