Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-433/2023 15.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hаkim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan, ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddia tələbinı onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. O, hazırda həmin evdə yaşayır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Qeyd olunan şəxslər ona məxsus ünvanda yaşamırlar və onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Odur ki, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan, ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xаhiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından və onların məlum olan sonuncu qeydiyyatda olduğu ünvanda yaşamadıqların məhkəmə Azərbaycan Respublikasının MPMnin 147-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN- tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 qeydiyyatdadır. ünvan 2 ünvanında yerləşən binanın sakinləri tərəfindən tərtib edilmiş və onların imzaları, həmçinin Sabirabad rayon MİS-nin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AKT-dan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Əliyeva X1 şəhəri, ev 37, mənzil 38 saylı ünvanda qeydiyyatda olsalar da həmin ünvanda yaşamırlar, həmçinin onların qeydiyyatı formaldır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ İddiaçı adına tam payla ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Eyni zamanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Əliyeva X1 şəhəri, İ.Qayıbov küçəsi, ev 37, mənzil 38 ünvanında qeydiyyatdadır. Həmin şəxslərin mülkiyyətində olan evdən qeydiyyatdan çıxarmaq üçün iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyyətində olan, ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddiaçı iddiasını müdafiə edir, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişlər. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə ümumiləşdirərək hesab edir ki, iddiaçının iddia tələbi onun mülkiyyət hüququnun qorunması ilə əlaqədar olduğundan əsaslı hesab edilməli və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnаmənin surəti rəsmi qаydаdа verildiyi gündən 1 (bir) аy müddətində Sabirabad Rаyоn Məhkəməsi vаsitəsilə Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-433/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-433/2023
15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver