Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-52/2023 26.09.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı «həyətyanı sahənin mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı sahənin natura formasında bölünməsi» tələbi barədə mülki işə xx.xx.2023-cü il tarixdə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyətyanı sahənin mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə onun mülkiyyətinə verilmiş 0,18 ha; 5 = 0,036 ha (3,6 sot) həyətyanı torpaq sahəsində üzərində tikili olan ona məxsus evin olması nəzərə alınmaqla mülkiyyətinə verilən 0,036 ha sahənin natura qaydasında bölünüb ayrılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli, 15/1 saylı qərarı ilə o da, daxil olmaqla 5 nəfər ailə üzvlərinin mülkiyyətinə 0,18 ha həyətyanı sahə verilmiş, bu barədə onlara JN – 077A seriyalı, 90910018olan torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ailə başçısı kimi 1 – ci sırada onun adı qeyd olunmuşdur. Şəhadətnamədə 2 – ci sırada adı qeyd olunmuş X6 onun rəsmi nikahla arvadı olmuş və Rahilə xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Şəhadətnamədə qeyd olunan və cavabdeh kimi iddia ərizəsində göstərilən şəxslər onun övladlarıdırlar. Həyətyanı sahənin 1/5 hissəsi onun mülkiyyəti sayılır. Qalaqayın kəndində yerləşən 0,18 ha həyətyanı torpaq sahəsi üzərində olan evini və həyətyanı sahəsini 2003-cü ildə X1. Qeyd olunan alqı-satqını hazırda cavabdehlərin hareda olmasının ona məlum olmaması səbəbindən rəsmiləşdirə bilmir. O, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə məhkəmə iclasında iştirak etməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş və əldə edilmiş sübutları qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən 0,1806 ha torpaq sahəsi Cavabdeh1, İddiaçı (fərdi yaşayış evi və torpaq sahəsi), X5, Cavabdeh3 və X6 tərkibində ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinin "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla ümumi birgə mülkiyyətə verilmiş Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən 0,1806 ha torpaq sahəsinin 0,03 hektarı əsas yoldan yəni şimaldan cənuba doğru 4 metr enində 75 metr uzunluqda yol kimi saxlanılsa (0,18-0,03=0,15 ha), yerdə qalan 0,15 ha torpaq sahəsini ayrı-ayrılıqda hər birinin əsas yola giriş-çıxışının təmin edilməsi ilə təyinatına uyğun istifadəsinə maneə olmadan (yalnız C tikilisinin sökülməsi şərti ilə) və 1 payın üzərində İddiaçı məxsus fərdi yaşayış evi olmaqla beş bərabər hissəyə (hər bir hissə 0,03 ha) natura qaydasında bölünməsi mümkündür. Torpaq sahəsi üzərində yerləşən evin bütövlükdə həmin torpaq sahələrindən birinin yəni 0,03 ha torpaq sahəsində qalması və həmin fərdi yaşayış evi yerləşən torpaq sahəsinə ayrıca küçəyə çıxış verilməsi mümkündür. Ayrılan torpaq sahəsinin döngə nöqtələrinin kordinatları və sərhədləri rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/5440 saylı ekspert rəyinə əsasən, qərardadın birinci sualı üzrə "xxxx" Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla ümumi birgə mülkiyyətə verilmiş Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən 0,1806 ha torpaq sahəsinin 0,03 hektarı əsas yoldan yəni şimaldan cənuba doğru 4 metr enində 75 metr uzunluqda yol kimi saxlanılsa (0,18-0,03=0,15 ha), yerdə qalan 0,15 ha torpaq sahəsini ayrı-ayrılıqda hər birinin əsas yola giriş-çıxışının təmin edilməsi ilə təyinatına uyğun istifadəsinə maneə olmadan (yalnız C tikilisinin sökülməsi şərti ilə) və 1 payın üzərində İddiaçı məxsus fərdi yaşayış evi olmaqla beş bərabər hissəyə (hər bir hissə 0,03 ha) natura qaydasında bölünməsi mümkündür. Torpaq sahəsi üzərində yerləşən evin bütövlükdə həmin torpaq sahələrindən birinin yəni 0,03 ha torpaq sahəsində qalması və həmin fərdi yaşayış evi yerləşən torpaq sahəsinə ayrıca küçəyə çıxış verilməsi mümkündür. Ayrılan torpaq sahəsinin döngə nöqtələrinin kordinatları və sərhədləri rəyə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. İddiaçı iddia tələbinə əsasən paylı mülkiyyətdə olan torpaq sahəsindən onun payının (1/5 hissədə) ayrılıb ona verilməsi üzrə bildirilməlidir ki, iş materiallarına əlavə xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan da aydın olur ki, mübahisələndirilən Sabirabad rayonunun Qalaqayın kəndində yerləşən həmin Çıxarış üzrə 0,1806 ha torpaq sahəsinin iddia tələbində qeyd edildiyi kimi iddiaçı və cavabdehlərin paylı mülkiyyətinə verilmişdir. Bu hissə üzrə məhkəmə araşdırmasının davamı olaraq məhkəmə tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasının mümkünlüyü məsələsinin müəyyən edilməsi məqsədilə təyin edilmiş eksertiza və mütəxəssis tədqiqatının nəticəsi üzrə isə iddiaçının həmin torpaq sahəsində payının (1/5 hissədə) ayrılmasının mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Yuxarıda sadalanan xüsuslar və qanunvericilik normalarının tələbləri nəzərə alındıqda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbini tam əsaslı hesab edilməli, əldə edilmiş mütəxəsis rəyinə uyğun verilmiş ekspert rəyinə uyğun olaraq paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi mümkünlüyü nəzərə alınmaqla iddiaçı və cavabdehlərin ümumi paylı mülkiyyətində olan 0,1806 ha torpaq sahəsi 1/5 hissədə, yəni torpaq sahəsinin 0,03 hektarı əsas yoldan yəni şimaldan cənuba doğru 4 metr enində 75 metr uzunluqda yol kimi saxlanılmaqla (0,18-0,03=0,15 ha) yerdə qalan 0,15 ha torpaq sahəsini ayrı-ayrılıqda hər birinin əsas yola girişçıxışının təmin edilməsi ilə təyinatına uyğun istifadəsinə maneə olmadan (yalnız C tikilisinin sökülməsi şərti ilə) və 1 payın üzərində İddiaçı məxsus fərdi yaşayış evi olmaqla beş bərabər hissəyə (hər bir hissə 0,03 ha) natura qaydasında bölünərək üzərində yaşayış evi olan hissə iddiaçının mülkiyyətinə verilməlidir. İddiaçının mülkiyyətinə ayrılacaq torpaq sahəsinin koordinatları isə ekspert rəyinə və mütəxəssis əlavə edilmiş cizgiyə uyğun müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxil edildiyi üçün və həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyi üçün məhkəmə xərcləri (ekspertiza tədqiqatlarının dəyəri) cavabdehlərə aid edilməlidir. Göstərilənlərə və MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında iddiaçı 0,1806 ha torpaq sahəsi 1/5 hissədə, yəni torpaq sahəsinin 0,03 hektarı əsas yoldan yəni şimaldan cənuba doğru 4 metr enində 75 metr uzunluqda yol kimi saxlanılmaqla (0,18-0,03=0,15 ha) yerdə qalan 0,15 ha torpaq sahəsi ayrı-ayrılıqda hər birinin əsas yola giriş-çıxışı təmin edilməsi ilə təyinatına uyğun istifadəsinə maneə olmadan (yalnız C tikilisinin sökülməsi şərti ilə) və 1 payın üzərində İddiaçı məxsus fərdi yaşayış evi olmaqla beş bərabər hissəyə (hər bir hissə 0,03 ha) natura qaydasında bölünərək üzərində yaşayış evi olan hissə iddiaçının mülkiyyətinə verilsin. İddiaçının mülkiyyətinə ayrılacaq torpaq sahəsinin koordinatları isə ekspert rəyinə və mütəxəssis əlavə edilmiş cizgiyə uyğun müəyyənləşdiril hissəsi ayrılaraq İddiaçı müıkiyyətinə verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 AZN məbləğində pul cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hazırkı qətnamə Sabirabad rayonu Qalaqayın kəndində yerləşən 0,1806 ha olan ümumi torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmış 0,03 ha hissəyə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-52/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-52/2023
26.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver