Məhkəmə qərarları › İş №2(056)-728/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-728/2025

25.02.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-728/2025 25.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, 5 saylı Ərazi Vergilər İdarəsinin borclu Sabirabad rayonunun Qalağayın kənd Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs qarşı «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» tələbinə dair ərizəsi üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 5 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Qalağayın kənd Bələdiyyəsinin İşsizlikdən Sığorta Fonduna 70,81 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1608,39 manat, dövlət büdcəsinə 20,6 manat, İcbari Tibbi Sığorta Fonduna 264,3 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi »nin (VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 1608,39 manat, İşsizlikdən sığorta fonduna 70,81 manat, dövlət büdcəsinə 20,6 manat, İcbari Tibbi Sığorta Fonduna 264,3 manat olmaqla ümumilikdə 1964,1 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cu il il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Hüseynov X1 rayonu, Qalağayın kəndində yaşayır. Qeyd edilənlərə əsasən « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi »nin dövlət büdcəsinə olan borclarının ödənilməsini təmin etmək üçün Sabirabad rayonunun Qalağayın kənd Bələdiyyəsinin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimı qaydada xəbərdar edilmiş maraqlı şəxs Sabirabad rayonunun Qalağayın kənd Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs heç bir üzürlü səbəb göstərmədən məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi şəxs haqqında məlumatlardan, həmçinin Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Sabirabad rayonunun Qalağayın kənd Bələdiyyəsinin rəhbəri Maraqlı şəxs Sabirabad rayonu Qalağayın kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İşdə olan İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna olan borcların ödənilməsi tələbi ilə bağlı bildirişlərdən görünür ki, « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi »nə tələb olunan borcların 5 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi » nin rəhbəri Maraqlı şəxsdur. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi»nin İşsizlikdən Sığorta Fonduna 70,81manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1608,39 manat, dövlət büdcəsinə 20,6 manat, İcbari Tibbi Sığorta Fonduna 264,3 manat ümumilikdə 1964,10 (min doqquz yüz altmış dörd manat,10 qəpik) manat vergi borcu vardır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verililir. Həmin Məcəllənin 355-6-cı maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. Göründüyü kimi «Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi» İşsizlikdən Sığorta Fonduna 70,81manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1608,39 manat, dövlət büdcəsinə 20,6 manat, İcbari Tibbi Sığorta Fonduna 264,3 manat ümumilikdə 1964,10 (min doqquz yüz altmış dörd manat,10 qəpik) manat vergi borcu olduğundan və « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi »nin rəhbəri Hüseynov X1 rayonu Qalağayın kəndində yaşadığından, ərizəçi 5 saylı Ərazi Vergilər İdarəsi « Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi »nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını və bu barədə qətnamə çıxarılmasını tələb etməkdə haqlıdır və Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinin tələbinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. «Azərbaycan Respublikası Sabirabad Rayonunun Qalağayın Bələdiyyəsi» nin rəhbəri xx.xx.1990-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar