Məhkəmə qərarları › İş №2(057)-1164/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1164/2023

13.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1164/2023 13.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhərində yaşayan və orada 104 saylı orta məktəbdə müəllim işləyən Cavabdeh ona məxsus Xalac kəndində yerləşən 02 otaqlı mənzilinə yaşayış hüququna xitam verilməsi və ona məxsus 5 (beş) min manata yaxın qiyməti olan şəxsi əşyalarının onun evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh 2012-ci ildə onun oğlu X5 ilə nikah münasibətinə girərək ailə qurmuşdur. Birgə nikahlarından Səma adlı övladları dünyaya gəlmişdir. Ailə qurandan sonra onlar bir müddət ona məxsus Xalac kəndindəki evdə onların ailəsi ilə birlikdə yaşamışlar. Lakin gəlini - Ramilə bu müddət ərzində Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki 104 saylı orta məktəbdə müəllim işlədiyinə görə onlar xeyli vaxt Bakı şəhərində kirayə mənzil tutaraq orada yaşamışlar. Sonrakı vaxtlarda ailə münasibətlərində yaranmış narazılıqlar nəticəsində 2016-cı ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən onların nikahları pozulmuşdur. Nikahları pozulandan sonra Ramilə övladını da götürüb Bakı şəhərində yaşayan valideynlərinin yanına köçmüş və hazırki vaxta kimi orada yaşayır. 2018-ci ildə onlar yenidən barışaraq bir yerdə yaşamışlar və onların 2-ci övladları dünyaya gəlmişdir. 2022-ci ilin yanvar ayında yenidən onların münasibətləri pozulmuş və Ramilə övladlarını götürərək Bakı şəhərinə valideynlərinin yanına getmişdir. Nikahları pozulduqdan sonra və Ramilə yaşayış üçün Bakı şəhərinə köçməsinə baxmayaraq gəlin gələn zaman ona məxsus evə gətirdiyi cehizlik əşyalarını onun evinin 01 otağına yığmışdır. Ramilə Bakı şəhərinə gedəndən sonra həmin cehizlik əşyalarını onun evindən götürmədiyindən həmin cehizlik əşyalarının evindən götürülməsi ilə bağlı oğlu Süleyman Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Cavabdeh onların iddialarına qarşı qarşılıqlı iddia verərək ona məxsus evdə yaşayış hüququnun təmin olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsinə əsasən onların iddiası təmin edilməmiş və Ramilənin qarşılıqlı iddiası təmin olunaraq ona məxsus evdə yaşamaq hüququ verilmişdir. Məhkəmənin bu qətnaməsi qanunun tələblərinə zidd olduğundan və ədalətsiz olduğundan o, hakimə öz etirazını bildirsə də məhkəmədə ona bildirilmişdir ki, kiminsə xahişinə əsasən belə qətnamə çıxarmışdır. O prosessual müddəti ötürdüyündən həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Bildirir ki, Xalac kəndindəki fərdi yaşayış evi ona məxsus olmaqla 02 otaqdan ibarətdir. Həmin ev DƏDRX-də rəsmi qeydiyyatdan keçməmiş və çıxarışı yoxdur. Lakin ev Xalac kənd İƏN-nin təsərrüfatbaşına kitabında rəsmi qeydiyyatdan keçirilmiş və bu barədə ona arayış verilmişdir. Fərdi yaşayış evi 02 otaqdan ibarət olmaqla bir otaqda Ramilənin cehizlik əşyaları saxlanılır və həmin otağın qapısı cavabdeh tərəfindən bağlanaraq onların həmin otaqdan istifadə etməsinə icazə vermir. Digər otaqda isə o, həyat yoldaşı və nikahı pozulmuş oğlu Süleyman yaşayırlar. Əgər Süleyman yenidən ailə qurarsa onda onun gəlinini haraya gətirə biləcəklər? bir otaqda birlikdə necə yaşayacaqlar? Cavabdeh Ramilə oğlu Süleymanla ayrılan vaxtdan bu günə kimi heç vaxt onların evinə gəlməmiş və onların evində bir gün belə yaşamamışdır. Artıq 07 aydan çoxdur ki, cavabdeh onların evinə gəlmir və həmin evdə yaşamır. Yalnız otağın qapısını bağlayaraq onların öz evində yaşamalarına maneçilik törədir. Cavabdeh onun evindən Bakı şəhərinə köçdüyü vaxtdan sonra vaxtaşırı olaraq Xalac kənd İƏN-nə müraciət edərək onun evində yaşamaması faktının təsdiq olunması ilə bağlı müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və Xalac kənd İƏN-ninn 01 iyun 2023-cü il tarixli Aktı ilə təsdiq etmişlər ki, həqiqətən də Ramilə onun evində yaşamır. Bütün qonşuların və qohumların hamısı bilir ki, cavabdeh Bakı şəhərinə köçəndən sonra heç vaxt onun evinə qayıtmamış və burada yaşamamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdeh uzun müddətdir ki, Bakı şəhərinə işləyir və yaşayır. Cavabdeh evdə yaşamasa da ona məxsus bütün cehiz əşyaları evin bütün otaqlarına yığılmışdır. Cavabdeh evə gələndən sonra hər gün evdə dava-dalaş olur. Onların rahat günləri yoxdur. Oğlu cavabdehlə barışmaq istəmir. Oğlu məhkəmədə cavabdehə qarşı iddia qaldırsa da məhkəmə onun iddiasını təmin etməmişdir, qətnamədən narazı qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 göstərmişdir ki, ev 1965-ci ildə 2 otaq olaraq tikilmişdir. Cavabdeh onun gəlini olmuşdur. Oğlu ilə gəlini bir müddət onlara məxsus evdə yaşasalar da sonradan Bakı şəhərində yaşamışlar. Hazırda onların nikahı pozulmuşdur. Otaqın birindən vaxtı ilə oğlu cavabdehlə birlikdə istifadə edirmiş, digərində isə özü həyat yoldaşı ilə birlikdə istifadə edirmiş. Cavabdeh gələndən sonra məcbur qalıb eyvanda qalır. Yayda eyvanda qalmaq mümkün olsa da qışda qalmaq mümkün deyil. O, stolda oturmaq istədikdə cavabdeh deyir ki, stol mənimdir gedib öz stolunda otur. Cavabdehin cehizləri bir otağa yığılsa o, öz evində rahat yaşayar. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli evə qayıtmasına səbəb başqa yaşayış yerinin olmaması və uşaqlarıdır. Ev iddia ərizəsində göstərildiyi kimi 2 otaqlı deyil, 5 otaqdan ibarətdir. Uşağının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə 2 nömrəli X7 müalicəyə gedir. Sonuncu dəfə müalicə xx.xx.2023xx.xx.2023-cü il tarixlərində olmuşdur. Növbəti müalicə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində olacaqdır. Bir müddət əri ilə birlikdə Bakı şəhərində yaşamışlar, o, isə müəllimə işləmişdir. 22 iyun 2023-cü il tarixdən İcra məmuru tərəfindən evə köçürülmüşdür. Evdə daimi olaraq yaşayır. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayonu, Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 513 saylı Xələc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə təsərrüfatbaşına kitabından çıxarışından görünür ki, İddiaçı Salyan rayonu, Xalac kəndində yerləşən 1963-cü ildə çiy kərpicdən tikilmiş 01 mərtəbəli 02 yaşayış otağından ibarət, ümumi sahəsi 130 kvm., olan fərdi yaşayış evi və istifadəsində olan 0,50 ha həyətyanı torpaq sahəsi Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 17 saylı səhifəsində 96 saylı şəxsi hesabında qeydə alınmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1473/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X3 Cavabdeh qarşı cehiz əşyalarının götürülməsi tələbinə dair iddiası təmin olunmaması, Cavabdeh X4 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Səma və xx.xx.2019-cu il təvəllüdlü Əsma adlı uşaqları ilə birlikdə gəlin köçdüyü və cavabdeh Süleyman Məmmədovla valideynlərinin yaşadıqları Salyan rayonunun, Xalac kəndində yerləşən evə köçürülməsi qət edilmişdir. Salyan rayon Xalac kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli aktından görünür ki, İddiaçı Salyan rayonu, Xalac kəndində yerləşən evinə baxış keçirilmiş, Cavabdeh iki övladı ilə birlikdə (qonşuların verdiyi ifadəyə görə) halhazırda həmin evdə yaşamadığı aşkar olunmuşdur. Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Vüqar Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1473/2022 saylı qətnaməsi tam icra olunaraq Cavabdeh iki övladı ilə birlikdə cavabdeh Süleyman Məmmədovun valideynlərinin yaşadıqları Salyan rayonu, Xalac kəndində yerləşən evə köçürülmüşlər. 2 nömrəli X13 X17 xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş X1 görünür ki, X8 (Daun sindromu) xx.xx.2023-cü il tarixdə Mərkəzə daxil olmuş xx.xx.2023-cü il tarixdə evə yazılmışdır. 1 nömrəli X13 tərəfindən verilmiş rezervasiya № 67468 saylı sənədin surətindən görünür ki, X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində reabilitasiya xidmətindən istifadə edəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cavabdeh İddiaçı oğlu X5 ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2019-cu il təvəllüdlü X8 doğulmuşdur. Cavabdeh, iddiaçının oğlu X5 2012-ci ildə ailə qurduqda sonra mübahisəli evə gəlin köçmüş, burada əri X5, qayınanası-İddiaçı, qaynatası X6 və daha sonra, nikahdan doğulmuş iki uşağı ilə birlikdə yaşamışdır. Ev xüsusi mülkiyyətdə deyil. Hazırda Cavabdeh ilə iddiaçının oğlu X5 rəsmi nikahda deyillər. İddiaçının oğlu X5 Cavabdeh qarşı “cehiz əşyalarının götürülməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. İlk iddia üzrə Cavabdeh X4 qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1473/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X3 Cavabdeh qarşı “cehiz əşyalarının götürülməsi” tələbinə dair iddiası təmin olunmamış, Cavabdeh X4 qarşı “evə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. Qətnamə xx.xx.2023cü il tarixdə icra edilmiş Cavabdeh iki övladı ilə birlikdə mübahisəli evə köçürülmüşdür. İddiaçı Cavabdeh həmin evdə yaşamasının onun mülkiyyət hüququnu pozduğunu hesab edərək cavabdehə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Salyan rayonu, Xalac kəndində yerləşən 2 otaqlı mənzilə yaşayış hüququna xitam verilməsi və ona məxsus 5 (beş) min manata yaxın qiyməti olan şəxsi əşyalarının onun evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü madddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2012-ci ildə yarandığından həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideyinləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2 otaqlı mübahisəli mənzilə yaşayış hüququna xitam verilməsini tələb etsə də, cavabdeh və övladlarının mübahisəli mənzildən istifadə hüququna malik olduğundan və onlara kompensasiya təklif etmədiyindən iddia təmin edilməməlidir. Belə ki, cavabdeh və azyaşlı övladları mübahisəli evə məhkəmə qətnaməsi əsasında köçürülmüş olduğundan və cavabdehin başqa yaşayış yeri olmadığı üçün cavabdehin istifadə hüququna yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. İddiaçı tərəf cavabdehin başqa yaşayış yerinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda kompensasiya təklif etməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı “mənzilə yaşayış hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Salyan Rayon Məhkəməsinin 2(057)-1473/2022 saylı, xx.xx.2022-ci il tarixli evə köçürülmə barədə qətnaməsi qanuni qüvvəsini almış və icra edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddası təmin olunmamalıdır. Son olaraq məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və ona məxsus əşyaların evdən çıxarılması” tələbinə dair iddası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar