Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-123/2024 28.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə 28 fevral 2024-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 3000 manat məbləğində pulun və ödədiyi 51 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, yol uzaq olduğundan xx.xx.2024-cü il tarixdə saat 10:20-yə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı özünün qulluq etdiyi hərbi hissənin yaxınlığında yerləşən kafedə işləmişdir. xx.xx.2021-ci ildə Raufdan 1000 manat pul almış və ayda gücü çatan miqdarda 150 manat qaytarmışdır. Belə ki həmin pulun bir hissəsini qaytarmış və 350 manat borclu qalmışdır. İddiaçı başqa pul almamışdır. İddiaçı pulunu istəyəndə 100 manat verə biləcəyini demiş, lakin sonuncu 600 manat fazi verəcəyini bildirmişdir. Özü 350 manat verməyə razıdır.xx.xx.2021-ci il tarixli qəbzi özünün yazmadığını, ekspertin düzgün rəy vermədiyini qeyd edərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə elan olunmuş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı ehtiyyacı olduğu üçün borc olaraq 3000 manat pul almış və həmin pulu üç ay müddətinə geri qaytaracağına söz vermişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 51 manat dövlət rüsumu ödənilmişdir. Beyləqan rayon İHB-nin Təzəkənd kəndi İƏD-nin verdiyi 10 oktyabr 2023-cü il tarixli № 672 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də Beyləqan rayonu Bolsulu qəsəbəsində yaşayır. 11 yanvar 2024-cü il tarixli 4/15 saylı ekspert rəyindən görünür ki, Cavabdeh adından olan 3000 manata dair 19 mart 2021-ci il tarixli Qəbzdəki yazılar və qəbzin sonunda “İmza” sözünün qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə cavabdehi dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,Cavabdeh İddiaçı 3000 manat borc almış, lakin həmin borcundan qaytarmamışdır.Cavabdeh özü 1000 manat borc aldığını və 650 manat qaytardığını qeyd etsə belə iddiaçı tərəf bunu təsdiq etməmiş, əksinə məhkəməyə cavabdeh tərəfindən yazılmış qəbzi təqdim edərək sonuncunun ona 3000 manat borcu olduğunu bildirmişdir.Cavabdeh iddiaçının təqdim etdiyi sübutların təkzib olunması üçün məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutların daha möhtəbər və əsaslı olduğu qənaətinə gələrək iddianın təmin olunmasını qanuni və əsaslı hesab etmişdir. . Eyni zamanda məhkəmə baxışı zamanı aydın olmuşdur ki, borclunun borclu olması barədə verdiyi sənəd iddiaçıda olmuş və həmin sənədin tələbkarda olması bir daha onu göstərir ki, borclu üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 529.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3000 manat və dövlət rüsumu kimi ödənilmiş 51 manat alınıb İddiaçı verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində pul Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-123/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-123/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver