Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-131/2024 20.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı və həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə 20 may 2024-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 rayon məhkəməsinə verdikləri iddia ərizəsində bildirmişlər ki, Cavabdeh 10 ildir ki, tanıyır, sonuncunu onlarla Sevinc Quliyeva tanış etmişdir.Özünün qızıl mağazası var, həmin mağazada qızıl alveri ilə məşğul olur. Fəridə də qızıl alveri ilə məşğul olmuş,onunla bir müddət qızıl alveri etmişdir. Sonuncu dəfə 07 aprel 2023-cü ildə mağazadan qızıl məmulatı almışdır. Fəridə 163,5 qram çəkidə 19620 manat zəncir, 176,3 qram çəkidə 21156 manat dəyərində qolbağ, 133,4 qram çəkidə 16008 manat dəyərində qarnitur, 73,8 qram ağırlığında 8856 manat dəyərində sırğa, 340,3 qram ağırlığında 40836 manat dəyərində dəst, 6,2 qram çəkidə 749 manat dəyərində müxtəlif növ qızıl məmulatları satmaq üçün götürmüş və qaytarmamışdır. Həmin qızıl məmulatlarının ümumi dəyəri 61225 manat təşkil etmişdir.61225 manat qızıl məmulatlarından qazanc əldə edə bilməmiş, əlavə olaraq 61225 manat ziyana etmişdir.Dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin sonuncu pulunun olmadığını bildirmişdir. Odur ki, Cavabdeh 61225 manat və 273,68 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və həmçinin İddiaçı1 bildirmişdir ki,cavabdehi onunla Sevinc Quliyeva tanış etmişdir.Sevinc Fəridənin ona yaxın adam olduğunu qeyd edərək sonuncuya qızıl verməsini xahiş etmişdir.Fəridə 2 dəfə Sevinclə gələrək ondan mal götürmüşdür.Sonradan isə tək gələrək ondan mal götürmüş və satıb bir hissəsini ödəmiş, qalan hissəsini isə sonra verəcəyini bildirərək yeni mal götürüb getmişdir.Bu qayda ilə təqribən 20 dəfə ona mal vermişdir.Verdiyi malların dəyərinin təqribən 1/5 hissəsini vermiş, doxsan bir min manatdan çox hissəsi isə qalmışdır. Həmin dövrdə Fəridə lotoreya oynadığını bildirmiş və ona verəcəyi puldan hər ay 4000 manat pulu götürmüş və ümumilikdə 5 ay üçün 20000 manat pul borcundan çıxmışdır.Cavabdehə hər dəfə aldığı malın bir hissəsinin pulunu verdiyi üçün ona etibar etmiş və ona görə yeni mal vermişdir.Fəridə ona bildirmişdir ki, 20000 manat Yeganədə, 20000 manat Sevincdədir.Ona görə də həmin 40000 manat məbləği ümumi məbləğdən çıxaraq qəbzdə 61225 manat borclu olmasını qeyd etmişlər.Qəbzi yazanda təhvil verənin yerində Fəridə, alanın yerində isə İxtiyar imza etmişdir.Fəridə ona aid olan qızılları aparıb lombarda qoyub pul götürüb xərcləmişdir.Əslində cavabdehin ona 110000 manat borcu vardır.Sevinc və Yeganə həmin 40000 manat pulu Fəridəyə verdiklərini bildirmişlər.Ona görə də hazırda 110000 manat pulu tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, onu Sevinc Quliyeva 2022-ci ilin oktyabr ayında Əfsərin yanına aparmış və Sevinc ona əvvəlcədən Əfsərdən onun üçün qızıl götürməsini demişdir.Sevinc ona adında çoxlu qızıl olduğunu qeyd edərək ondan belə bir xahiş etmişdir.Sevinc ona demişdir ki, real qızıl alan var, götürüb qızılı ona versin, satdıqdan sonra ona da hörmət edəcəkdir.Razı olduğu üçün 5000 manat dəyərində qızılı götürüb çölə çıxdıqdan sonra qızılı Sevincə vermiş, Sevincdə öz növbəsində ona 40 manat pul vermişdir. Başqa bir qızıl Əfsərdən götürməmişdir.Sevinc ona bildirmişdir ki, qızılın pulunu bağlamışdır.Ondan sonra Sevinc Əfsərdən qızıl götürüb onun adına yazdırmışdır.Əfsərdən lotoreya pulunu almamış, heç kimdən də qızıl götürüb alver etməmişdir.Özü kirayədə yaşayır,polisdə də izahat verərkən belə izahat vermişdir.Polisdə ona hədə qorxu gəlinmişdir.Lombardda olan qızılları Sevinc ona verərək aparıb qoymasını demişdir.Qızılların bir hissəsi anası və bacısına məxsus olmuşdur.Qəbzi Mirpaşa yazmışdır.Qəbzi özü imza etməmişdir.Onun imzası olmuş olsaydı, ekspert təsdiq edərdi.Odur ki, ona qarşı verilmiş iddanın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş 07 aprel 2023-cü il tarixli alış aktından görünür ki, Cavabdeh iddiaçılara 61225 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin vermiş olduğu 27 mart 2024-cü il tarixli 4/152 saylı rəydən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 52-ci vərəqəsində olan 07 aprel 2023-cü il tarixli malların alış aktında “Təhvil verdim Əoiyev İ.Ə” sözlərindən sonra icra olunmuş imza -İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza təqdim olunmuş mülki işin 52-ci vərəqəsində olan 07 aprel 2023-cü il tarixli malların alış aktında “Təhvil verdim İddiaçı2Ə” və “Təhvil aldım Nəsirova E.A 7.04.2023” sözlərindən sonra icra olunmuş imzaların Cavabdeh tərəfindən icra olunub olunmamasını tədqiqat prosessinin təsviri hissəsinin 2-ci bəndində (Təqdim olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki,nümunələr arasında fərqin olması, həmçinin həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki,müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun.Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkü) göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmədə elan olunmuş Cavabdeh iddiaçıların şikayəti əsasında Salyan RPŞ-də aparılan araşdırma zamanı vermiş olduğu izahatında qeyd etmişdir ki, 2022-ci ilin noyabr ayında Sevinc Quliyeva ona bildirmişdir ki, alver məqsədi ilə qızıl götürüb satmaq istəyir, lakin öz adına qızıl əşyaları götürdüyündən zərgərdən əlavə qızıl götürə bilmir. Bundan sonra Sevinc Quliyeva onunla birlikdə qızılçı Əfsərin yanına getməyi, adına qızıl götürməyi pulunu isə ödəyəcəyini ona çörək pulu verəcəyini bildirmişdir.Pula ehtiyacı olduğu üçün Sevinc Quliyevanın təklifini qəbul etmişdir.Bundan sonra birlikdə Əfsərin qızıl mağazasına gələrək orada Sevinc Quliyeva onu Əfsərə təqdim edərək Sosial Xidmətlər Agentliyində işlədiyini deyərək adına qızıl götürmək istədiklərini demişdir.Həmin gün onlar Əfsərin mağazasından onun adına 3 ay müddətinə 12000 manat dəyərində 100 qram ağırlığında qızıl götürmüşlər.Əfsərlə Sevincin deməsinə görə Əfsər qızılın hər qramını 135 manatdan hesablamışdır.Həmin qızılları götürüb mağazadan çıxanda Sevinc Əfsərdən aldıqları qızılları ondan alıb öz çantasına qoymuşdur.Bir aydan sonra Əfsərdən götürdükləri qızılın aylıq ödənişi üçün 3000 manatı ödəmək üçün Sevinc Quliyeva ilə birlikdə mağazaya getmiş və həmin pulu ödəyən zaman Sevinc yenidən onun adına Əfsərdən 100 qram çəkidə qızıl götürmüşdür.Növbəti ayda ilk dəfə götürdükləri qızılın pulunu qaytaran zaman Sevinc Quliyeva yenidən adına Əsərdən daha 100 qram qızıl götürmüşdür.Bu qayda ilə hər ay Əfsərə pul ödəyən zaman Sevinc Quliyeva onun adına Əfsərdən qızıl əşyaları götürmüş və onlar mağazadan çıxan kimi həmin qızılları ondan almışdır.Ümumilikdə adına Əfsərdən nə qədər qızıl götürdüyünü bilmir, lakin hazırda ümumilikdə adına guya 107000 manat borc qalmışdır.Həmin məbləği onlar özləri hesablamışlar.Hər dəfə Sevinc ilə birlikdə Əfsərdən öz adına qızıl götürən zaman Sevinc ona 50-100 manat çörək pulu vermişdir. Məhkəmədə elan olunmuş X2 iddiaçıların şikayəti əsasında Salyan RPŞ-də aparılan araşdırma zamanı vermiş olduğu izahatında qeyd etmişdir ki,Fəridə onunla həmişə düz alver etdiyi üçün onu Əfsərlə tanış etmişdir.Fəridə Əfsərlə tanış olduqdan sonra Əfsərin 3 kq qızılını satıb və hər ikisi bundan qazanıblar.Fəridə heç vaxt Əfsərdən götürdüyü qızıllardan ona verməmiş, onun üçün Əfsərdən qızıl götürməmişdir.Fəridənin dedikləri doğru deyildir, Fəridə Əfsərin qızılları ilə Noxudlu kəndində özünə ev almışdır.Fəridə özü Ülviyyə adlı qadına bildiyi qədər 500,Südabəyə 600, Yeganəyə 20000 manata kimi faiz vermişdir. Əfsər bunu bildikdən sonra Yeganə ilə dınışmış və onlar Yeganənin aldığı 20000 manat faizi Fəridəyə deyil, Əfsərin özünə verəcəkdir.Həmin vaxt Yeganə ona görə də əlavə Əfsərə Fəridənin götürdüyü qızıllara görə 20000 manat verəcəyi barədə razılaşmışlar.Yəni ümumilikdə Fəridənin Əfsərdən götürdüyü qızıllara görə Yeganə Əfsərə 40000 manat öədəməyi öz öhdəsinə götürüb və 2023-cü ilin avqust ayında həmin pul Əfsərə ödəniləcək.Ondan sonra Fəridənin Əfsərə 67000 manat borcu qalmışdır.Onu da Fəridə özü Əfsərə ödəməlidir.Bu barədə onlar sənəd də yazıblar və Fəridə də həmin sənədə özü imza etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı1 şikayəti əsasında özünün vermiş olduğu izahatında bildirmişdir ki, Cavabdeh təqribən 7-8 ildir ki, tanıyır, onunla Quliyeva Sevinc vasitəsi ilə tanış olmuşdur.Sevinclə 3-4 ildir ki, qızıl alveri etmiş və həmişə onunla heç bir narazılığı olmamışdır.Təxminən 7-8 ay əvvəl Sevinc onun yanına Fəridə adlı bir qadını gətirərək sonuncunun qızıl alveri ilə məşğul olduğunu və ona etibar edib qızıl vermək mümkün olduğunu demişdir.Sevincə inanıb etibar etdiyi üçün gətirdiyi Fəridə adlı qadına da inanmışdır. Ona görə də Fəridəyə inandığı üçün ona qızıllar vermiş, sonuncunun götürdüyü qızılların ilk əvvəl tam olmasa belə böyük hissəsini ödəmişdir.Fəridə 10000 manat dəyərində qızıl götürüb 7000-8000 manat pul ödəmişdir. Qalan hissəni isə sonradan ödəyəcəyini demişdir. Bu qayda ilə Fəridənin götürdüyü malların qalıq hissəsi artmışdır.Fəridə son vaxtlarda götürdüyü mallara görə ödənişlər etməmişdir.Bu barədə Fəridədən soruşmuş, sonuncu hər dəfə pulları ödəyəcəyini demişdir.Hesablama apardıqdan sonra məlum olmuşdur ki, Fəridənin mağazaya nisyə götürdüyü qızıllara görə 107000 manat pul borcu qalmışdır.Vəziyyəti belə gördükdə Fəridəni mağazaya çağırıb mağazada əmək müqaviləsi ilə işləyən satıcı Mirpaşanın yanında mağacaya 107000 manat borclu qaldığı bildirmişdir.Fəridə ona onu da aldatdığını demişdir.Fəridə ondan aldığı qızılları aparıb Aygün adlı qadına verdiyini və sonuncunun da onu aldatdığını demişdir.Fəridəyə qızılları ona verdiyini və başqa adam tanımadığını demişdir.Fəridə həmn vaxt ona bildirmişdir ki, götürdüyü qızılların pulundan 20000 manatlıq hissəsi Sevincdə, 20000 manatlıq hissəsini isə Yeganə adlı qadındadır.61.225 manatlıq hissəsini isə mağazadan götürüb Aygünə vermişdir.Sevinci və Yeganəni yaxşı tanıdığını həmin pulları onlardan ala biləcəyini, Aygündə qalan pulları isə özü alıb verəcəyini demişdir.Sevinc və Yeganəni yaxşı tanıdığı üçün onun dediklərinə inanıb razılaşmışdır.Fəridəyə həmin şəxslərdən pulu özü alacağını demişdir. Qalan 61225 manat pulu isə Fəridənin mağazaya ödəməli olmasını ona demişdir.Fəridə də razı olduğu üçün qarşılıqlı razılaşma əsasında 07 aprel 2023-cü ildə mağazada öz aralarında akt tərtib etmişlər və həmin aktda Fəridənin öz imzası ilə 61225 manat borcu qaldığını təsdiq etmişdir.Ondan sonra Sevinc və Yeganəni mağazaya çağırmış və sonuncular Fəridənin onlardan artıq pulları aldığını demişlər.Fəridəni yenidən mağazaya çağırmış, Fəridə yenidən yalanlar danışmağa başlamışdır.Özü araşdırma aparmış və məlum olmuşdur ki, Fəridə ondan aldığı qızılları dəyərindən aşağı qiymətə aparıb Salyan şəhərində “Qırmızı Lombard”a qoymuş və pul götürmüş və həmin pulu Salyan şəhərində ayrı-ayrı şəxslərə faizə vermişdir. "xxxx" LOMBARD MMC-nin 24 may 2024-cü il tarixli məktubu ilə Salyan RPŞ-nin istintaq böləməsinə ünvanlanmış məktuba əlavə olunmuş siyahıdan görünür ki, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin yanvar ayına kimi olan müddət ərizində Cavabdeh 836,69 qram 500,583,585 və 750 əyarlı qızıl məmulatlarını girov qoymuşdur. Məhkəmədə elan olunmuş Saylan Rayon Məhkəməsinin 2(057)-133/2024 15 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, X1 33023 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 191 manat alınıb İddiaçı1 və İddiaçı2 verilməsi qət olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh Sevinc Quliyeva ilə birlikdə Əfsərin işlədiyi mağazaya gedərək oradan dəfələrlə müxtəlif çəki və qiymətlərdə olan qızıl əşyalarını götürmüş, lakin aldığı qızıl əşyalarının pulunu tam ödəməmişdir. Cavabdeh iddiaçılardan nisyə olaraq qızıl alması özünün Salyan RPŞ-də vermiş olduğu və həmçinin Sevinc Quliyevanın vermiş olduğu izahatlarla da tam təsdiq olunmuşdur.İddiaçı tərəfin təqdim etdiyi nisyə satılan malların qeydiyyat kitabındakı yazışmalardan aydın olur ki, cavabdehə qızıl əşyaları nisyə verilmiş və cavabdeh malları almasına baxmayaraq dəyərini qaytarmaqdan imtina etmişdir. Məhkəmə imza nümunələrin ekspertizası ilə bağlı verilmiş olduğu rəylə bağlı qeyd edir ki, həmin rəy cavabdehin iddiaçılardan qızıl alıb-almamasını təsdiq edən sübut növü deyildir.Məhkəmə rəyə digər sübutlarla birlikdə qiymət verərək belə hesab edir ki, cavabdeh özü Salyan RPŞ-də vermiş olduğu izahatında iddiaçılardan qızıl almasını təsdiq etdiyindən məhkəmə həmin rəyə tənqidi yanaşır. Cavabdeh qızılları öz adına götürərək mağazadan çıxdıqdan sonra həmin qızılları Sevinc Quliyevaya verməsi barədə dedikləri ilə məhkəmə razılaşmır.Cavabdeh bu halın təsdiq olunması üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, iddiaçılar və həmçinin Sevinc Quliyeva da bu halı təsdiq etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, xeyli miqdarda dəyəri olan qızıl əşyaları aldıqdan sonra onları 50-100 manat qazancı müqabilində Fəridə tərəfindən Sevinc Quliyevaya verilməsi inandırıcı deyildir.Halbuki Cavabdeh öz də qızıl əşyaların alveri ilə məşğul olmuşdur.Belə olan halda onun Əfsərdən aldığı qızılları Sevinc Quliyevaya verməsi məntiqə uyğun deyildir.Ona görə də məhkəmə iddianın təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Həmçinin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan götürdüyü qızıl əşyalarının bir qismini "xxxx" LOMBARD MMC-yə girov qoymuşdur.Bu hal bir daha onu göstərir ki, iddiaçının dedikləri daha həqiqətə uyğundur. Eyni zamanda işdə olan sənədlərdən aydın olmuşdur ki, iddiaçıların işlətdiyi mağaza vergi ödəyicisi kimi İddiaçı2 adınadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh 61225 manat və 273,68 manat dövlət rüsumu alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-131/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-131/2024
20.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver