Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-133/2024 15.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı1,İddiaçı2, Cavabdeh1 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 rayon məhkəməsinə verdikləri iddia ərizəsində bildirmişlər ki, özünün qızıl mağazası var, həmin mağazada qızıl alveri ilə məşğul olur.Aygün də qızıl alveri ilə məşğul olur, onunla bir müddət alveri olmuşdur. 03 mart 2023-cü ildə Aygünə çəkisi 30,94 qram ağırlığında 3560 manat dəyərində qarnitur, 3,24 qram ağırlığında 372 manat dəyərində qolbaq, 14 qram ağırlığında 1610 manat dəyərində qızıl zəncir, 10,61 qram ağırlığında 1220 manat dəyərində qızıl zəncir, 20,7 qram ağırlığında 2380 manat dəyərində qızıl zəncir, 4,2 qram ağırlığında, 483 manat dəyərində qolbaq, 2,71 qram ağırlığında 311 manat dəyərində qolbaq, 3,43 qram ağırlığında 394 manat dəyərində üzük, 3,98 qram ağırlığında 457 manat dəyərində üzük, 3,78 qram ağırlığında 434 manat dəyərində üzük,1,70 qram ağırlığında 195 manat dəyərində üzük, 2,28 qram ağırlığında 262 manat dəyərində üzük, 0,58 qram ağırlığında 63 manat dəyərində klon, cəmi 11741 manat dəyərində qızıl məmulatları vermişdir. 23 mart 2023-cü ildə Aygünə 30,6 qram ağırlığında 4130 manat dəyərində zəncir, 4,6 qram ağırlığında 542 manat dəyərində klon, 13,16 qram ağırlığında 1600 manat dəyərində qolbaq, 2,95 qram ağırlığında 348 manat dəyərində sırğa, 2,47 qram ağırlığında 290 manat dəyərində üzük, 5,40 qram ağırlığında 637 manat dəyərində zəncir, 2,68 qram ağırlığında 316 manat dəyərində qolbaq, 13,6 qram ağırlığnda 1600 manat dəyərində zəncir olmaqla 9463 manat dəyərində qızıl əşyaları vermişdir. 28 mart 2023-cü ildə 31,66 qram ağırlığında 3640 manat dəyərində olan qarnitur, 31,03 qram 3568 manat dəyərində qarnitur, 12,2 qram ağırlığında 1403 manat dəyərində qolbaq, 3,55 qram ağırlığında 408 manat dəyərində kişi üzüyü, 0,80 qram ağırlında 92 manat dəyərində kulon,1,50 qram ağırlığında 172 manat dəyərində zəncir,8,62 qram ağırlığında 991 manat dəyərində zəncir, 3,70 qram ağırlığında 425 manat dəyərində qolbaq, 4,10 qram ağırlığında 472 manat dəyərində qolbaq, 3,25 qram ağırlığında 374 manat dəyərində qolbaq, 2,38 qram ağırlığında 274 manat dəyərində kulon, cəmi 11819 manat dəyərində qızıl məmulatları vermişdir. Verdiyi qızılların ümumi dəyəri 33023 manat olmuşdur. Dəfələrlə pulunu tələb etsə belə cavabdeh imkanı olmadığını bildirmişdir.Odur ki, cavabdeh X1 33023 manat və 190 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər iki iddiaçı iddia ərizəsinə əlavə etdikləri ərizədə Cavabdeh1 33023 manat və 191 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 bildirmişdir ki, Cavabdeh1 2023-cü ildən tanıyır və onu yanına Sevinc Quliyeva gətirmişdir. Sevinc Aygünün vəziyyətinin pis olduğunu deyərək,ona da mal verməsini xahiş etmişdir. Sonradan iki dəfə bu qayda ilə ona mal vermişdir. xx.xx.2023-cü ildə Aygünə qarnitur, 2 ədəd qolbağ, 3 ədəd zəncir, 5 ədəd üzük, 1 ədəd kulon təqribən 100 qrama yaxın qızılı nisyə 1-2 aya aparıb satıb pulunu gətirmək şərti ilə 11.500 manata vermişdir. Qızılları ona vərən zaman özündə olan kitabda qeydiyyat aparmış və başqa sənədləşmə olmamışdır. xx.xx.2023-cü ildə yenə Aygün Sevinclə birlikdə gəlib 8200 manat dəyərində və təqribən 70 qram ağırlığında 2 ədəd qızıl zəncir, 2 ədəd qolbağ, 1 kulon və sırğa götürmüş, davamlı olaraq gətirib pulunu verəcəyini, aprel iyun aylarında borcunu bağlayacağını demişdir. Həmin gün bir saat sonra 14 qaram ağırlığında 1600 manat dəyərində qızıl zəncir də almışdır. xx.xx.2023-cü ildə təqribən 100- 110 qram və 12000 manat dəyərində qızılı yəni-2 ədəd karnitur, 1 ədəd qolbağ, 2 kulon, 1 ədəd kişi üzüyü ona vermişdir. Həmin vaxt Sevinc yanında olmamışdır. Təqribən 10-15 gün sonra başa düşmüşdür ki, qadınlar düz yolda deyillər. Buna görədə pulu geriyə istəmiş və bu zaman Aygün ona demişdir ki, qızılı götürməyi Sevinc ona öyrətmiş, o da, qızılları Sevincə vermişdir. Lakin Sevinc də Aygünün yalan dediyini bildirmişdir. Aygün isə bildirmişdir ki, Sevinc çox qızıl götürdüyü üçün daha qızıl götürə bilmədiyindən sonuncudan onun əvəzinə qızıl götürməsini istəmişdir.Aygünün cəmi otuz üç min manatdan artıq borcu var və bu günə qədər bu borcdan heç bir ödəniş etməmişdir. Verdiyi qızılların hər birinin çəkisi və dəyərini ərizədə qeyd etmişdir və həmçinin nisyə dəftərində də vardır. Verilmiş iddianın əsaslı olması səbəbindən təmin olunmasını xahiş etdi. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı2 bildirmişdir ki, qızıl mağasını atası işlədir, lakin VÖEN onun adınadır. Qızılların verilməsindən məlumatı var, lakin verilən zaman iştirak etməmişdir. Mağazanın onun adına olmasına baxmayaraq, özü mağazada işləmir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 bildirmişdir ki, Sevinci tanıyır və ailəliklə dostluq edirlər. O, İddiaçı1 qızıl götürməmişdir, yadında olmayan tarixdə Sevinc onu İddiaçı1 mağazasına aparmış və nə isə danışmışlar, həmin zaman özü qapıda qalmışdır. Nə söhbət etdiklərini bilməmişdir. Yanlarındakı adam “can sahibi niyə danışmır” demişdir və sonra nə olduğunu yenidən bilməmişdir. Aprel ayında Fəridə, Sevinc və Yeganənin rayonda olan qızıl dükanından onun adına qızıl götürdüklərini və adına yazdırdığlarını öyrənmişdir. Hətta ona göstəriblər ki, Sevinc pulu güya ona verdiyini demişdir. Sevinc, Fəridə və Rahilə onu qorxutmuşlar ki, Sevinc kimdən nə qızıl götürübsə onun pulunu o, ödəyəcək və nəticədə 11 aprel 2023-cü ildə özünə qəsd etmişdir. Sevinc ona zəng vuraraq, bütün borcları onun üstünə atacağını bildirmişdir.May ayında İddiaçı1 onun evinə gələrək Sevincin qızılları ona verdiyini bildirmişdir.Lakin sonuncuya qızılların onun üçün götürülmədiyini bildirmişdir. Polis Şöbəsində sikayət əsasında izahat vermişdir. Arzu müəllim onun üzərinə gəlmişdir. O, qızılları Əfsərdən almamış və polisə belə izahat verməmişdir. Verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X2 bildirmişdir ki, Aygün onun gəlinidir və Əfsəri tanımamışdır. Birinci dəfə Əfsər onu 2023-cü ilin may-iyun aylarında qızıl mağazasına çağırmış və orada Sevinc və qızı olmuşdur.Əfsər ona gəlininin 11000, 10000 və 12000 manat olmaqla, cəmi 33000 manat dəyərində qızıl götürdüyünü bildirmişdir. Gəlini ona demişdir ki, Əfsərdən pul götürməmişdir. Belə ki, Sevinc onu bir dəfə Əfsərin dükanına aparmış, gəlini kənarda qalmış, Sevinc və Əfsər nə isə söhbət etmiş, lakin nə söhbət etdiklərini bilməmişdir. Bir ay sonra Əfsər onların yaşadığı evə gələrək, gəlininin qızılı götürərək pulunu vermədiyini bildirmişdir. Aygün polisdə əslində elə ifadə verməmişdir, ola bilsin ki, saxtakarlıq olmuşdur. İddiaçı1 onun gəlinindən nahaq yerə pul tələb etdiyini bildirərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş 25 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin iş üzrə Cavabdeh1 izahat vermişdir.O, həmin izahıtında qeyd etmişdir ki,ehtiyacı olduğu üçün öz qızıllarını satmış, bunu bilən Sevinc ona qızıl verəcəyini və pulunu hissə-hissə ödəyəcəyini demişdir.Sevincə inandığı üçün onunla razılaşmış və Sevinc ona deməsinə görə 2000 manat dəyərində qarışıq qızıllar vermişdir.Ondan sonra Sevinc elə vəziyyət yaratmışdır ki, onu ömürlük özündən asılı vəziyyət salmış, dəfələrlə ona zəng etmiş, guya onun üçün faizə götürdüyü pulun faizini ödəməyi istəmişdir.Təxminən 4-5 ay əvvəl bir dəfə Sevinc onu Əfsər adlı şəxsin mağazasına aparmış orada Sevinc Əfsərlə danışmış və sonra Əfsər onun adına 3 dəfəyə 33000 manatlıq qızıl vermişdir.Qızıllar onun adına mağazada sənədləşdirilsə də hər dəfə mağazadan çıxan kimi Sevinc onları əlindən almışdır. İlk dəfə Sevinclə birlikdə Əfsər adlı şəxsin qızıl mağazasına gedəndə Əfsər Sevincə onu tanımadığını deyib, ona nisyə satmaq üçün qızıl vermək istəməmiş, lakin Sevinc Əfsərə ona əvəzinə zamin qaldığını deyəndən sonra Əfsər razılaşmış və öz deməsinə görə ümumilikdə cəmi 33000 manat dəyərində qızılları 3 dəfəyə nisyə satmaq üçün ona vermişdir.Qızılları da Sevinc özü götürdüyündən Əfsərə olan həmin məbəlğdə borcunu bağlaya bilməmişdir.2 il əvvəl Sevinc Quliyeva onu X3 ilə tanış etmiş Sevincin deməsinə görə Fəridə faizə pul verdiyindən Sevinc guya hər dəfə onun üçün borcunu bağlamaqdan ötrü Fəridədən onun adına faizə pul götürmüşdür.Əslində isə özü heç vaxt Fəridəyə borca görə müraciət etməmiş və nə də ondan borc və ya faiz pul almamışdır.Həmçinin Fəridə özü də ona heç vaxt satmaq üçün və ya başqa adla qızıl verməmişdir.Ancaq buna baxmayaraq Sevinc və Fəridə onu hədələmiş, ailəsinə barəsində olmayan sözlər deyəcəkləri ilə onu qorxutmuş, özlərindən asılı vəziyyətə saldıqlarından ondan istifadə edib pul qazanmışlar. Vəziyyətin dözülməz olduğunu görmüş, 2023-cü ilin aprelin 11-də özünü öldürmək üçün onkoloji xəstə kimi ona respetlə yazılmış dərmanlardan 4 qutu içərək özünə qəsd etmişdir.Ən böyük səhvi Sevinc Quliyevaya inanması olmuş, Sevinc ona nisyə satmaq adı ilə mal verib onu özündən asılı vəziyyətə salandan sonra başına bu oyunları açmışdır.Əfsərdən qızılları Sevincin tələbi və istəyi ilə götürmüş, sonra da onların hamısını Sevinc əlindən almışdır. İddiaçı1 məhkəməyə təqdim etdiyi nisyə satılan malların siyahısı barədə olan dəftərdən olunmuş kserosurət vərəqələrindən görünür ki, iddiaçı iddia ərizəsində qeyd olunan qızıl əşyaların nisyə satılması barədə qeydiyyat aparılmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı tərəf cavabdehə 2023-cü ilin mart ayında 33023 manat dəyərində qızıl əşyalarını nisyə satmış, cavabdeh isə aldığı qızılların pulunu hissə-hissə satıb pulunu vermək şərti ilə razılaşmış, sonuncu həmin qızılları satıb üç ay ərzində iddiaçının pulunu verməli olduğu halda üzərinə düşən öhdəliyi icra etməmişdir. Tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış iddiaçı üzərinə düşən öhdəliyi icra etməsinə baxmayaraq sonuncu öhdəliyin şərtlərinə əməl etməmişdir. Cavabdehin iddiaçıdan qızıl almaması və polis şöbəsində vermiş olduğu izahatın düzgün olmaması barədə dedikləri ilə məhkəmə razılaşmır.Cavabdeh mülki məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə iddianı etiraf etməmiş və məhkəmədə yanlış izahat vermişdir.İddiaçının cavabdehlə heç bir qərəzçiliyi olmamış, kifayət qədər məbləğ olan qızıl əşyaları vermədiyi şəxsdən qəsdən tələb etməsi inandırıcı deyildir.İddiaçı tərəf qızıl mağazası işlədir.Maddi vəziyyəti də kifayət qədər təminatlıdır.Ona görə də məhkəmə iddiaçının dediklərini daha əsaslı hesab edərək iddianın təmin olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh1 33023 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 191 manat alınıb İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-133/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-133/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver