Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-149/2023 17.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X7 katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh, X6, X3, X2 və X1 qarşı həyətyanı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh, X6, X3, X2 və X1 qarşı həyətyanı torpaq sahəsinin naturada bölünməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-2045/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-texniki ekspertizası təyin olunaraq, ekspertizanın aparılması Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılaraq, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Exspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat mülki iş ilə birlikdə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəməyə ərizə göndərərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının xahişi təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmə hazırlıq iclasından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 170, 261- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı cavabdehlər Cavabdeh, X6, X3, X2 və X1 qarşı həyətyanı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. HAKİM Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-149/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-149/2023
17.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver