Məhkəmə qərarları › İş №2(057)-201/2024

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-201/2024

18.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-201/2024 18.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X2 katibliyinin iştirakı ilə İddiaçı sədri X1 iştirakı çıxarışın ləğv olunması tələbi barədə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sədri X3 rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində DƏDRX-nın Cavabdeh1 verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 80901306 saylı çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı sədri X3 iş üzrə əlavə sübutu olmadığını, regional ədliyyə idarəsinin göstərişi ilə iddia qaldırıdığını qeyd edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh1 və DƏDRXnın 13 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə hər ikisinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq Kürqaraqaşlı Bələdiyyəsinin 13 noyabr 2023-cü il tarixli 32 saylı qərarından inzibati məhkəməyə şikayət etdiyini,bu barədə məhkəmənin icraatında iş olduğunu qeyd edərək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınında məlum olmuşdur ki, Cavabdeh1 Bakı şəhəri, Səbil rayonu, Nizami küçəsi ev 66, mənzil 72-də qeydiyyatdadır. DƏDRX-nın 13 saylı Ərazi İdarəsinin hüquqi ünvanı ünvan 1 belə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə icraata qəbul olunmuşdur. Ona görə də mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Cavabdeh1 ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş aidiyyəti üzrə göndərildiyindən həmin ərizəyə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı sədri X1 Cavabdeh1 və DƏDRX-nın 13 saylı ərazi idarəsinə qarşıs vermiş olduğu iddia ərizəsi əsasında qeydə alınmış 2(057)-201/2024 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar