Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2031/2023 27.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh 2048,74 manat pul məbləğinin, 143,41 manat ödənilmiş icra hərəkətləri ilə bağlı xərclərin və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumi 2234,15 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin durmuşdur. Kredit öhdəliklərini lazımınca yerinə yetirməyən Cavabdeh barəsində "xxxx" ASC tərəfindən Salyan rayon Məhkəməsinə pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizə ilə müraciət edilmişdir. Salyan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(057)- 863/2018 saylı məhkəmə qətnaməsinə əsasən borclu özü və Cavabdeh müştərək qaydada 2048,74 manat məbləğində kredit borcunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qərarı alınmışdır. Tələb zamin olduğu üçün əmək haqqına tutma yönəldilmiş və tələbkar banka 2048,74 manat kredit borcu ödənilmişdir. Tərəfindən borc ödənildikdən sonra "xxxx" ASC-dən ona xx.xx.2023-cü il tarixli məktub ünvanlanmış və məktubada "xxxx" ASC qarşısında zamin qismində öhdəliyinin mövcud olmaması qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə tələqram ünvanlayaraq, xx.xx.2023-cü il tarixində keçiriləcək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli 2(057)-863/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Davud oğlu və Cavabdeh müştərək qaydada 2048,74 manat məbləğində kredit borcunun tutularaq "xxxx" ASC-yə ödənilməsi qərarı alınmışdır. Sabirabad Rayon İcra və Probasiya şöbəsinin 05 fevral 2021-ci il tarixli № 241357/2018 saylı məktubundan görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(057)-863/2018 saylı icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından tutulma aparılması üçün “Azərişıq ASC-nin Şirvan regional ağıllı şəbəkələrin idarəetmə mərkəzinin rəhbərliyinə təklif göndərilmişdir. 05 fevral 2021-ci il tarixli borclunun əmək haqqından məcburi qaydada tutulması barədə təklifdən görünür ki, İddiaçı əmək haqqısından 2048,74 manat borc tutularaq "xxxx" ASC-nin hesabına və ümumi borcun 7%-i miqdarında yəni 143,41 manat pul tutularaq Sabirabad rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməlidir. Məhkəmə işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə zamin olmuşdur. Zamin olaraq onun əmək haqqına tutma yönəldilmiş və tərəfindən tələbkar banka 2048,74 manat kredit borcu ödənilmişdir. İddiaçı əmək haqqından 2048,74 manat borc tutularaq "xxxx" ASC-nin hesabına və ümumi borcun 7%-i miqdarında yəni 143,41 manat pul tutularaq Sabirabad rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı cavabdehin öhdəlikləri üçün bank qarşısında zamin olmuş və üzərinə düşən öhdəliyi icra etmişdir.Həmin səbəbdən iddiaçının kredit götürənin yerinə banka ödədiyi məbləğ cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2048,74 manat, 143,41 manat ödənilmiş icra hərəkətləri ilə bağlı xərclər və 42 manat məbləğində ödənilmiş dövlət rüsumu, ümumi 2234,15 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-2031/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2031/2023
27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver