Məhkəmə qərarları › İş №2(057)-2315/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2315/2023

13.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2315/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu İddiaçı cavabdeh Xəlilova (Kazımova) Dilbər Musa qızına qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, payların müəyyən olunması haqqında və dövlət aktında səhvlərin düzəldilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Xəlilova (Kazımova) Dilbər Musa qızına qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, payların müəyyən olunması haqqında və dövlət aktında səhvlərin düzəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi paylı mülkiyyətdə olan Salyan rayonunun, Qarabağlı kəndində yerləşən 0,66 ha paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və Kazımova (Xəlilova) Dilbər Musa qızının payının onların paylarından ayrılması, dövlət aktında səhvən qeyd edilmiş X1 ata adının Şükür qızı kimi qeyd olunması və dövət aktında səhvən qeyd edilmiş X5 əvəzinə X2 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə bağlı olmayan tələbləri (ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, payların müəyyən olunması ilə yanaşı dövlət aktında səhvlərin düzəldilməsi tələbini) bir iddia ərizəsində birləşdirməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, payların müəyyən olunması ilə bağlı iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, dövlət aktında səhvlərin düzəldilməsi barədə X4 və X3 adından məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququnun olmadığı müəyyən olunmuşdur. Beləliklə hesab edirəm ki, iddia ərizəsinin forma və məzmununa riayət olunmamış, iddiaçı tərəfindən inzibati məhkəmədə baxılmalı olan tələblə ümumi məhkəmədə baxılmalı olan tələblər birləşdirildiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət edərkən dövlət aktı və digər sənədlərin notarial qaydada təsdiq olunmuş surətinin işə əlavə etməsi izah olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152 və 263-264cü maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Xəlilova (Kazımova) Dilbər Musa qızına qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi, payların müəyyən olunması haqqında və dövlət aktında səhvlərin düzəldilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar