Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2470/2025 06.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi vergi ödəyicisi olan hüquqi şəxs Salyan 10 saylı X1 İcarə Dəstəsinin (VÖEN: **********) icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə (Maraqlı şəxs: Maraqlı şəxs) Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Salyan 10 saylı X1 İcarə Dəstəsinin (VÖEN: **********) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Salyan 10 saylı X1 İcarə Dəstəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********249300, xx.xx.2024-cü il tarixli **********086400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Ərizəçi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul etməyərək bildirdi ki, hazırda Salyan 10 saylı X1 İcarə Dəstəsinin İcra Orqanının rəhbəri vəzifəsində xidmət etmir, belə ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin 28 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Salyan 10 saylı X1 İcarə Dəstəsi "xxxx" ASC-yə çevrilmişdir. Daha sonra 19 may 2008-ci ildə 23 nömrəli əmrlə ona Əmlak Məsələləri Dövlət Komitəsinin Səhmdarlarının birinci ümumi yığıncağı çağırılanadək Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri vəzifəsi həvalə edilmişdir. xx.xx.2016-cı ildə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 aprel 2016-cı il tarixli 01 nömrəli protokoluna əsasən tutuduğu vəzifədən azad edilmiş və həmin vaxtdan cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan “hüquqi şəxs haqqında məlumat”dan görünür ki, əsas fəaliyyət növü sanitar-texniki işləri, istilik və havanın kondisiyalandırılması sistemlərinin quraşdırılması olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs vergi ödəyicisi kimi ********** saylı VÖEN-lə xx.xx.2005-ci ildə Ərizəçində qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs 5 gün müddətində borcunun ödənilməsinə dair **********9 nömrəli xx.xx.2019-cu il tarixli, **********6 nömrəli 19 noyabr 2024-cü il tarixli bildirişlər göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “xəbərdarlıq”dan görünür ki, 2037.45 manat borcun ödənilməsi Maraqlı şəxs tələb olunur. İş materiallarından görünür ki, Maraqlı şəxs 12 may 2009-cu ildə “vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması”na dair ərizə ilə Ərizəçinə müraciət etmişdir. İşmateriallarından görünür ki, Salyan 10 saylı X1 İcarə Dəstəsi ilə Ərizəçi arasında 2009-cu ilin may ayında “vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə imzalanmışdır (imzalayan şəxs Maraqlı şəxsƏ). İş materiallarından görünür ki, əmək kitabçasında olan qeydə əsasən, xx.xx.2016-cı ildə "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 25 aprel 2016-cı il tarixli 01 nömrəli protokoluna əsasən Maraqlı şəxs tutuduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinin tələbinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.2-ci maddəsinə əsasən, Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərizəçi hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 1264,4 manat, dövlət büdcəsinə 749,71 manat məbləğində (o cümlədən, vergilər üzrə 580,55 manat, faizlər üzrə 169,16 manat) olmaqla, ümumilikdə 2014,11 manat borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxx 1963-cü il, Doğulduğu yer – Azərbaycan, Sabirabad, Vladimirovka k, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-2470/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2470/2025
06.08.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver