Məhkəmə qərarları › İş №2(057)-2636/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2636/2025

24.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2636/2025 24.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Arif oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh Arif oğluna (bundan sonra - cavabdeh) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Arif oğlundan 23 mart 2025-ci il tarixli hadisə nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş maddi zərər kimi 13000 manat, 3 ay müddətində əldən çıxmış qazancı 2000 manat, onun və qızının 3 ay müddətində zədələri ilə əlaqədar olaraq istifadə etdikləri taksi xidməti və maddi, mənəvi olaraq aldıqları zədələrlə bağlı sağlamlıqlarının bərpası üçün aldıqları dərmanlar və müalicə xərcləri kimi 2000 manat olmaqla cəmi 17000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 141 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2025-ci il martın 23-də saat 09 radələrində idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, sürücü hərəkətin təhlükəsizliyini təmin etmək üçün qarşıda hərəkətdə olub, sola dönmə işıq siqnalını yandırıb sola manevrə başlayan VAZ 2103 markalı avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sola istiqamətləndirməməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyib qarşı istiqamətdən gələn o- İddiaçı idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobildə olan qızı- yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Nəticədə Cavabdeh Salyan Rayon Məhkəməsinin 1(057)-66/2025 saylı, xx.xx.2025-ci i il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 135 nömrəli rəyindən görünür ki, qızı- 2013-cü il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərsağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir və mənim qəza nəticəsində aşkar edilmiş xəsarətləri- sağ saidin əzilməsi, sağ baldırın qançırı və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Həmçinin 1 iyun 2025-ci il tarixli, 124 nömrəli “İnam- 93” istehsal-kommersiya kiçik müəssisəsindən alınmış ziyan aktından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində 2016-cı il buraxılışlı, Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin dəyəri və təmir xərcləri ümumilikdə 8756 manat təşkil etmişdir. 01 iyun 2025-ci il tarixli, 124 nömrəli “İnam- 93” istehsal-kommersiya kiçik müəsisəsindən alınmış ,ziyan atında avtomobilinə dəymiş ziyan 8756 manat göstərilsə də faktiki ziyan 13000 manatdır. Belə ki, həmin avtomobil tərəfimdən 17500 manata alınmış və hazırda həmin avtomobilin qalıq dəyəri 4500 manat dəyərindədir. Bu da avtomobilinin 13000 manat ziyan görməsi və nəticədə onun 13000 manat ziyan çəkməsini təsdiq edir. Əlavə olaraq qeyd etmək istəyir ki, o, fərdi qaydada dərzilik fəaliyyəti ilə məşğul olur və 3 aya yaxındır ki, qəza nəticəsində aldığı xəsarətlər nəticəsində əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və nəticədə 3 aya 2000 manat pul qazana biləcəyi halda zədələri səbəbindən qazana bilməmiş və nəticədə 2000 manat ona ziyan dəymişdir. Həmçinin onun və qızının 3 ay müddətində zədələri ilə əlaqədar olaraq istifadə etdiyi taksi xidməti və maddi və mənəvi olaraq aldığı zədələrlə bağlı sağlamlığının bərpası üçün aldığı dərmanlar və müalicə xərcləri cəmi 2000 manat edir ki, bu da cavabdehin təqsirindən və qəza səbəbindən olmuşdur. Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hazırki tarixə qədər nə maddi nə də mənəvi olaraq heç bir köməklik göstərməmiş, adı bir telefon zəngi belə edib sağlamlıq vəziyyətimizi soruşmamışdır. Cavabdehin təqsiri üzündən ailəsi çox ciddi stress keçirmiş və əsəb gərginliyinə məruz qalmışlar. Nəticədə mənəvi zərərə məruz qalmışlar. Maddi və fiziki zərərə məruz qalmaları şüurlarında mənfi psixoloji təsir etmişdir, sağlamlıqları pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş ümumi ziyan 17000 manat məbləğindədir. Yuxarıda qeyd edilən zərərlər cavabdehdən əralınaraq ona ödənilməlidir.Belə ki, həmin zərərlər cavabdehin hüquq pozuntusu nəticəsində yaranmış və nəticədə ona və qızına maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh tərəfindən isə heç bir ödəniş edilməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil EMİS-ə elektron kabinet vasitəsilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsi” ərizə yerləşdirərək göstərmişdir ki, icraatda olan 2(057)-2636/2025 saylı mülki iş üzrə iddia ərizəsində “xahiş edirəm” hissəsində “Cavabdeh Arif oğlundan 23 mart 2025-ci il tarixli hadisə nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş maddi zərər kimi 13000 manat, 3 ay müddətində əldən çıxmış qazancı 2000 manat, onun və qızının 3 ay müddətində zədələri ilə əlaqədar olaraq istifadə etdikləri taksi xidməti və maddi, mənəvi olaraq aldıqları zədələrlə bağlı sağlamlıqlarının bərpası üçün aldıqları dərmanlar və müalicə xərcləri kimi 2000 manat olmaqla cəmi 17000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 141 manat pulun alınaraq iddiaçıya verilməsi” kimi qeyd edilmişdir. İddia tələbinin həcminin dəqiqləşdirilməsi zərurəti yarandığından “xahiş edirəm” hissəsini “Cavabdeh 23 mart 2025-ci il tarixli hadisə nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər kimi 10000 manat, 3 ay müddətində əldən çıxmış qazanc 2000 manat, iddiaçının və qızının aldığı mənəvi ziyan kimi 4000 manat, vəkilə ödənilmiş 300 manat olmaqla cəmi 16300 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 141 manat pulun alınaraq iddiaçıya verilməsi” kimi qəbul edilməsini xahiş edirik. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin (xahiş edirəm hissəsinin) “Cavabdeh 23 mart 2025-ci il tarixli hadisə nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilimə vurulmuş maddi zərər kimi 10000 manat, 3 ay müddətində əldən çıxmış qazancım 2000 manat, onun və qızının aldığı mənəvi ziyan kimi 4000 manat, vəkilə ödənilmiş 300 manat olmaqla cəmi 16300 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 141 manat pulun alınaraq mənə verilməsinə dair qətnamə çıxarasınız” kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, ona dəymiş maddi və mənəvi ziyan məbləğini tələb edir. Cavabdehin törətdiyi qəza nəticəsində onun sağlamlığına dəyən xəsarətlə hələ də sağalamamışdır, bu səbəbdən də işləyə bilmir. Qəza nəticəsində əzilmiş avtomobil isə yararsız vəziyyətdədir, hələ də həmin maşını təmir etdirməmişdir. O maşını təmir etdirsə də cəmi 2500-3000 manata sata bilər. Halbuki həmin maşını 17500 manat pula almışdır. Ailə ilə birlikdə 25 ildir ki, kirayə mənzildə yaşayır, maddi imkanı aşağıdır. Cavabdeh hadisədən sonra onlarla maraqlanmamışdır. Cavabdeh barəsində məhkəmənin hökmü var. Sığorta şirkəti tərəfindən maşına dəyən ziyan məbləğindən 5000 manat pul verilmişdir. Lakin ona dəyən ziyan çoxdur, iddia ərizəsində qeyd etmişdir. Sığorta şirkəti tərəfindən özü və qızının sağlamlığıan dəyən zərərlə bağlı 2200 manata pul verilmişdir. Hadisədən sonra onun çoxsaylı xahişi ilə cavabdeh tərəf ona 500 manat pul vermişdir. Odur ki, iddianın təmin olunmasını məhkmədən xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının avtomobilinə dəyən zərər, həmçinin iddiaçının və onun qızının sağlamlığına dəyən zərər, müalicə xərcləri sığorta şirkəti tərəfindən ödənilmişdir. Əldən çıxmış fayda ilə bağlı iddiaçının tələb etdiyi məbləği isə qəbul etmir, hesab edir ki, dərzi işləyən iddiaçı ayağından xəsarət aldığı üçün əmək qabiliyyətində olub. Qəzadan sonra iddiaçı və onun ailəsi ilə görüşmüş, onlara 500 manat pul vermişlər. Odur ki, nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, cavabdehin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçının ona mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin əməlinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon Məhkəməsinin 1(057)-66/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündən görünür ki, Cavabdeh, 2025-ci il martın 23-də saat 09 radələrində idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, sürücü hərəkətin təhlükəsizliyini təmin etmək üçün qarşıda hərəkətdə olub, sola dönmə işıq siqnalını yandırıb sola manevrə başlayan VAZ 2103 markalı avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sola istiqamətləndirməməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyib qarşı istiqamətdən gələn Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 60/12, ev 44-də yaşayan İddiaçı idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobildə olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin hökmdən görünür ki, Cinayət işinin istintaq materiallarında olan 11 iyun 2025-ci il tarixli, 124 nömrəli “İnam- 93” istehsal-kommersiya kiçik müəssisəsindən alınmış ziyan aktından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin dəyəri və təmir xərcləri ümumilikdə 8756 manat təşkil etmişdir. Həmçinin həmin hökmdən görünür ki, İstintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 136 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ saidin əzilməsi, sağ baldırın qançırı və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, hüquqiyardım üçün iddiaçı tərəfindən 300 manat pul, iddia ərizəsinə məhkəmədə baxılması üçün 141 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar - Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halıdır ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm cavabdeh tərəfindən mübahisələndirilməmiş, qanuni qüvvəsini almış və cəza cavabdeh tərəfindən icra edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən vurulmuş maddi və mənəvi zərərə görə cavabdehdən pul tələb etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Nissan Note” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sıradan çıxmış ehtiyat hissələrinin dəyəri və təmir xərcləri ümumilikdə 8756 manat ziyan dəymiş, həmçinin iddiaçının sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlə almasına, iddiaçının qızı xx.xx.2013-cü il təvəllüdlü X1 uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Sığorta şirkəti tərəfindən avtomobilə dəyən zərər görə 5000 manat ödəniş edilmiş, həmçinin cavabdeh tərəf məhkəmə iclasında hadisədən sonra iddiaçıya 500 manat ödəniş etdiyini bildirmiş, iddiaçı təsdiq etmişdir. Bununla belə cavabdehin təqsiri üzündən iddiaçı və onun ailəsi maddi zərərə məruz qalmış, lakin həmin zərər tam ödənilməmişdir. İddiaçı dəyən zərərin qalan hissəsini tələb edir. Göründüyü kimi, iddiaçıya vurulmuş maddi ziyan məbləğindən 5000 manat ödənilmiş, 3756 manat ödənilməmiş qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, 3756 manat maddi ziyan cavabdehdən alınaraq iddiaçıya verilməli, maddi ziyanla bağlı qalan hissədə iddia təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 7-ci bəndinə əsasən Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının və qızının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun və ailəsinin psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X3rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə işin hallarını və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, İddiaçı Cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının və onun ailə üzvünün sağlamlığına xəsarət yetirilməsi nəticəsində dərin mənəvi sarsıntı keçirtməsi və depresiyaya düşməsi ilə bağlı cavabdehdən mənəvi ziyan kimi 4000 manat məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının və onun ailə üzvünün sağlamlığına xəsarət yetirilməsi və bununla da ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının və onun ailə üzvünün sağlamlığına xəsarət yetirilməsi, vurulmuş mənəvi zərərin ağırlıq dərəcəsini, habelə baş vermiş hadisəyə görə cavabdehin barəsində Cavabdeh Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin iddiaçıya sağlamlığa vurulmuş zərər görə 2200 manat sığorta ödənişinin ödənilməsini, həmçinin hadisədən sonra cavabdeh tərəfin iddiaçıya 500 manat ödəniş etməsini nəzərə alır. Belə olan halda cavabdehin ailə, əmlak vəziyyətini və ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə yetərli sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını 4000 manat məbləğini yüksək hesab edərək, qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərər ağlabatan məbləğdə, yəni 2500 (iki min beş yüz) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Hazırki işdə isə iddiaçı yuxarıda qeyd olunmuş xüsusatlara münasibətdə əldən çıxmış faydanın dəyərinin müəyyən edilməsini təmin edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Qüvvədə olan qanunvericiliyin imperativ tələbi olaraq tərəf ona vurulmuş ziyanın təsdiq edilməsi, habelə ziyanın dəyməsində qarşı tərəfin təqsirinin olması və ziyanın həcminin müəyyən edilməsi barədə sübutları məhkəməyə təqdim etməlidir. Məhkəmə araşdırması zamanı əldən çıxmış iddia tələbi üzrə tərəflərin yerinə yetirmədikləri öhdəliklər, habelə natamam yerinə yetirdikləri öhdəliklər barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Buna görə də, məhkəmə əldən çıxmış fayda ilə bağlı iddia tələbinin təmin olunmasını qanuni və əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 56.4 (əlli altı manat qırx qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 3756 (üç min yeddi yüz əlli altı) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 6556 (altı min beş yüz əlli altı) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 56.4 (əlli altı manat qırx qəpik) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 3756 (üç min yeddi yüz əlli altı) manat, mənəvi zərərə görə 2500 (iki min beş yüz) manat, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, ümumilikdə 6556 (altı min beş yüz əlli altı) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 56.4 (əlli altı manat qırx qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar