Məhkəmə qərarları › İş №2(057)-322/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-322/2023

27.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-322/2023 27.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdeh X1 Salyan rayonu, Kürsəngi kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)164/2021 saylı qətnaməsində göstərilən evə köçmə hüququna riayət etmədiyi üçün istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə verdiyi digər ərizəsində iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. İddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə səasən ərizənin baxılmamış saxlanması barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259,263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh X1 Salyan rayonu, Kürsəngi kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)164/2021 saylı qətnaməsində göstərilən evə köçmə hüququna riayət etmədiyi üçün istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi tərəfindən qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar