Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-340/2023 03.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun katibliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (Akhmedov) X8 qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, xx.xx.2016-cı il tarixdə cavabdeh (Akhmedov) X10 tərəfindən idarə edilən “BMW 525” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil “Jaguar XF” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi ziyan dəymiş və X1 yüngül dərəcəli xəsarət almışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 dəyən yüngül dərəcəli zərər görə 750 AZN (yeddi yüz əlli manat), “Jaguar XF” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 5000 AZN (beş min manat) ümumilikdə 5750 (beş min yeddi yüz əlli manat) sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh (Akhmedov) X7 təqsirli olması 06 yanvar 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmışdır. Cavabdeh (Akhmedov) X10 hadisə zamanı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi üçün İddiaçı Sığorta Şirkəti ASCnin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.Göstərilənləri nəzərə alaraq, cavabdeh (Akhmedov) X6 xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 dəyən yüngül dərəcəli zərərə görə 750 AZN (yeddi yüz əlli manat), “Jaguar XF” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 5000 AZN beş min manai) ümumilikdə 5750 (beş min yetitli yüz əlli manat) sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77.90 AZN (yetmiş yeddi manat doxsan qəpik) məbləğin cavabdeh (Akhmedov) X6 alınaraq iddiaçı “İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi məhkəməyə göndərdiyi ərizədə işə onların iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdlir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdeh (Akhmedov) X10 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı məktubundan görünür ki, Gürcüstan vətəndaşı Akhmedov Elmin sonuncu dəfə Salyan rayonu, Salyan şəhəri, X9 küçəsi, ev 49 ünvanında qeydiyyata alınmışdır. İş materiallarında olan 034960 nömrəli sığorta aktından görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Jaguar XF” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə X4 5000 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan 034891 nömrəli sığorta aktından görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 dəyən zərərlə bağlı 750 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan 06 iyul 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh tələblə bağlı xəbərdar olunmuşdur. İş materialında olan xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2016-cı il tarixdə, saat təxminən 16:00 radələrində sürücü X10 tanışı X5 məxsus, onun razılığı ilə sürücülük vəsiqəsi və etibarnaməsi olmadığı halda idarə etdiyi, texniki cəhətdən saz olan, BMV markalı, **-XL-*** nömrəli avtomaşınla Bakı şəhəri, Yasamal rayonu, “Chevrolet” mağazasının yaxınlığından ara məhəllədən H.Zərdabi küçəsi istiqamətində hərəkət edərkən H.Zərdabi küçəsinə daxil olan zaman həmin küçə İlə 20 yanvar dairəsi istiqamətində hərəkət edən avtomaşınlara yol verməli olduğu halda yolun boş olmasından tam əmin olmadan qəfləti hərəkətini davam etdirərkən H.Zərdabi küçəsi ilə 20 yanvar dairəsi istiqamətində hərəkət edən “Jaguar XF” markalı, ** RJ *** nömrəli avtomaşının sağ yan hissəsi ilə toqquşmuşdur, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində sonuncu avtomaşının sürücüsü X3 bədən xəsarəti alaraq X13 müraciət etmişdir. Toplanmış materıal üzrə cinayət işi başlanması rədd edilmiş, (Akhmedov) X7 barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar icra olunmasından ötrü Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materialında olan Yasamal RPİ-nin TŞ-nin xx.xx.2017-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından görünür ki, xx.xx.2016-cı il tarixdə, saat 16:00 radələrində baş verən yol nəqliyyat hadisəsində sürücülük vəsiqəsi olmadan idaə edən X7 təqsiri olması müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtoqəza hadisəsi baş vermiş, iddiaçı sığorta müqaviləsinə əsasən sığortalıya sığorta ödənişi ödəmişdir. Baş vermiş sığorta hadisəsi zamanı cavabdeh idarə etmək hüququ olmadan “BMW 525” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyindən sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi (5000 manat+750 manat=5750 manat) məbləğində subroqasiya hüququ yaranmışdır.Ona görə də iddiaçı subroqasiya qaydasında cavabdehə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.2-ci maddəsində qeyd olunmuşdur ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində qeyd olunmuşdur ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.Subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214,216- 220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş X1 dəyən yüngül dərəcəli zərərə görə 750 manat, “Jaguar XF” markalı, ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə 5000 manat, ümumilikdə 5750 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77.90 manat (Akhmedov) X6 alınaraq “İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-340/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-340/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver