Məhkəmə qərarları › İş №2(057)-485/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-485/2023

23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-485/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 yeni qaydalarla: AZ 5200 , ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyətindədir və orada yaşayır. O, ünvan 3 yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanda yerləşən mənzilə reyestr nömrəsi **********92- 05101-093005 qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixdə reyestr çıxarışı almışdır. Dövlət reyestrindən çıxarışa əsasən mənzil tam mülkiyyət hüququ əsasında mülkiyyətindədir. Həmin mənzildə o, yoldaşı X1, X7, X10 və X11 qeydiyyatdadır. Həmin mənzildə qeydiyyatda olan Cavabdeh oğlunun yoldaşı olmuşdur və Salyan Rayon Məhkəməsinin 2(057)-1900/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Hal-hazırda Cavabdeh həmin mənzilindən qeydiyyatdan çıxmır. Salyan şəhəri 1 nömrəli Mənzil Tikinti Kooperativininin vermiş olduğu 45 nömrəli arayışdan da görünür ki, X10 ona məxsus evdə yaşayır və onun arayışda göstərilən ailə üzvləri həmin ünvanda qeydiyyatdadır. Xüsusi mülkiyyətində olan ünvan 3 Yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh qeydiyyatdan çıxarılmasına köməklik etməyini Salyan RPŞ-dən xahiş etmiş və xx.xx.2022-ci il tarixli 182-44570 A-3222 nömrəli məktubla məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdehin ona məxsus mənzildə olan qeydiyyatı yalnız formal xarakter daşıyır və onun pasport qeydiyyatında qalması mənzilinə olan mülkiyyət hüquqlarımı müəyyən qədər məhdudlaşdırır. Həmin şəxs formal qeydiyyatda olmasına baxmayaraq qeyd olunan ünvanda yaşamır və tələb etməsinə baxmayaraq qeydiyyatdan çıxmır. Onun yaşayış hüququ itirilmiş hesab edilməlidir. Odur ki, ünvan 3 yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzilindən Cavabdeh yaşayış hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışının surətindən görünür ki, ünvan 3 yeni qaydalarla: AZ 5200 , ünvan 1-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1900/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının oğlu X10 ilə Cavabdeh Salyan Rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 257 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. İş materiallarında olan Bakı şəhəri, Yasamal RPİ-nin QVŞV şöbəsi tərəfindən verilmiş müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Verilib 14 fevral 2023-cü ildə, etibarlıdır 14 fevra 2024-cü ilədək. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh, X1, X7, X10 və X2 şəhəri, 28 May küçəsi, ev 55, mənzil 48 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 3, yeni qaydalarla: AZ 5200 , ünvan 1-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının oğlu X10 ilə xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Cavabdehlə X10 arasında olan nikah Salyan Rayon Məhkəməsinin 2(057)-1900/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi pozulmuşdur. Cavabdeh hazırda olduğu yer üzrə, ünvan 4 ünvanına müvəqqəti qeydiyyata alınmağına baxmayaraq iddiaçının mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə iddiaçı cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmalarının mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehin müvafiq mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri 2011-ci ildə yarandığına görə məhkəmə hesab edir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabr 1-dən sonra yaranan münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qanunun mənasından göründüyü kimi, əgər mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verilərsə keçmiş ailə üzvünün istifadə hüquqları saxlanmır. İddia ərizəsinə əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli qətnamədən və tərəflərin izahatından müəyyən edilir ki, tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Cavabdeh iddiaçının mənzilindən çıxın Bakı şəhərinə yaşamaq və işləmək üçün getmişdir. Məhkəmə müəyyən etdi ki, ünvan 3 yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır və iddiaçı ailə üzvləri ilə birlikdə orada yaşayır. Dövlət reyestrindən çıxarışa əsasən həmin mənzil tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. İddiaçının arvadı X1, oğlu X10, nəvələri X7 və X11 və əvvəllər gəlini olmuş Cavabdeh onun mülkiyyətində olan həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdeh ünvan 3 yeni qaydalarla: AZ 5200 , ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda olsa da həmin mənzildən çıxıb getmiş və ünvan 2 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)-1900/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçının oğlu X10 ilə Cavabdeh Salyan Rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 257 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahları pozulmuşdur. Hazırda Cavabdeh iddiaçıya münasibətdə keçmiş ailə üzvü hesab edilir. Məhkəmə iclasında onun iddiaçı ilə sonuncunun mülkiyyətində olan evdən istifadəsi ilə bağlı hər hansi bir razılaşmanın olması müəyyən edilməmiş, iddiaçının oğlu ilə Cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyindən onun iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Buna görə də məhkəmə hesab edir ki, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və Cavabdeh ünvan 3 yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan mənzildən yaşayış hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 100 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ünvan 3 yeni qaydalarla: AZ 5200, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan mənzilindən Cavabdeh yaşayış hüququ itirilmiş hesab edilsin. İddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 100 manat Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar