Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-539/2023 01.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X qızı və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər X qızı və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 31 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyəti olan Salyan rayonu, İİ Varlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin iclasında ərizə ilə müraciət edərək, cavabdehlərlə barışdığı üçün iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ilə münasibətlərinin düzəldiyini və gələcəkdə belə hallara yol verməyəcəyini qeyd edərək ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini göstərmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı ilə münasibətlərinin düzəldiyini və gələcəkdə belə hallara yol verməyəcəyini qeyd edərək ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiyini göstərmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 260.1, 260.6, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X qızı və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-539/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-539/2023
01.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver