Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-647/2023 24.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bəşirova (Hüseynova) Hökümə Aruz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh8 və Cavabdeh9 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bəşirova (Hüseynova) Hökümə Aruz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh8 və Cavabdeh9 qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bəşirova (Hüseynova) Hökümə Aruz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)-2401/2015 saylı qətnaməsi ilə cavabdehlər X3, X4 və Əsədova Gülnazxanım Firudin qızından müştərək qaydada № 22R000006195 saylı kredit razılaşması üzrə 51615.90 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipotek, predmeti olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh1, Cavabdeh2, Bəşirova (Hüseynova) Hökümə Aruz qızı, Əsədova Gülnazxanım Firudin qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh9 və Cavabdeh8 ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarımızın həyata keçirilməsinə mane olur. “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər hazırda ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bəşirova (hüseynova) Hökümə Aruz qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh8 və Cavabdeh9 ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin nümayəndəsi X5 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən onun nəyə görə cavabdeh qismində işə cəlb edilməsini anlaya bilmədiyini bildirmişdir. O, izahatında göstərmişdir ki, atası X13 xx.xx.1969-cu ildə ünvan 3 ünvanı sonradan dəyişib. Həmin evdə yaşamadıqlarını bildirmişdir. 147 saylı evdə kimlərin yaşamasını bilmir. Cavabdeh olaraq göstərilən Cavabdeh6 onun bacısıdır. Bacısı 20 ildir ki, Rusiya Fedarasiyasında yaşayır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh5 və Cavabdeh8 iddia tələbini qəbul etmədiklərini, mənzillərinin banka girov qoyulmasından xəbərsiz olduqlarını, banka olan borcu ödəmək istədiklərini bildirmişlər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Füzuli Rayon Məhkəməsinin 2(064)-2401/2015 saylı, 16 dekabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlər X3, Əsədova Gülnazxanım Firudin qızı və X2 müştərək qaydada 22R000006195 saylı razılaşma üzrə 23122.33 ABŞ dolları kredit borcu, 8493.60 ABŞ dolları faiz borcu, 20000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 51615.90 ABŞ dollarının Azərbaycan manatı ekvivalenti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzi tutulmuş, Tutma ipoteka ilə yüklü edilmiş, cavabdeh Əsədova Gülnazxanım Firudin qızına məxsus olan ünvan 2 ünvanında yerləşən xüsusi mülküyyətində olan, ümumi sahəsi 78,2 kvadratmetr, yaşayış sahəsi 38 kvadratmetr, yardımçı sahəsi 40,2 kvadratmetr olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin ev açıq hərracda satılsın, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən 19225.15 manat məbləğində müəyyən edilsin, satışdan əldə ediləcək vəsait qeyd olunan borc üzrə İddiaçı QSC-nin hesabına ödənilmiş, ev satıldıqdan sonra cavabdeh Əsədova Gülnazxanım Firudin qızının həmin evdən istifadə hüququ itirilsin, cavabdeh Əsədova Gülnazxanım Firudin qızı evdən çıxarılsın, həmin fərdi yaşayış evi boşaldılmış, İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* saylı, xx.xx.2013-cü ildə, ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, mübahisəli mənzil İddiaçı QSC-nin adına mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 ünvan 4 ünvanında yerləşən evdə pasport qeydiyyatındadırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0095 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 78,2 kv.m, yaşayış sahəsi 38 kv.m, yardımçı sahəsi 40,2 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 145 saylı fərdi yaşayış evi Füzuli Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(064)-2401/2015 saylı qətnaməsi ilə cavabdehlər X3, X4 və Əsədova Gülnazxanım Firudin qızının kredit borcunun tutulması tələbi ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilmiş, həmin fərdi yaşayış evi açıq hərraca satılmış, iddiaçı fərdi yaşayış evini almışdır və xx.xx.2016-cı ildən mülkiyyətindədir. Cavabdehlər hazırda həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququnun itirilmişlər ona görə də onların fərdi yaşayış evində qeydiyyatda olmalarının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək məhkəmədən cavabdehlərin müvafiq fərdi yaşayış evində istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, bundan başqa, cavabdehlərin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan və cavabdehlərin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, 100 manat məbləğində dövlət rüsumu müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evə olan istifadə hüquqları itirilmiş hesab edilsin. 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Qapalı Səhimdar Cəmiyyətinə ödənilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 İddiaçı Qapalı Səhimdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-647/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-647/2023
24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver